Zamirə Hacıyeva Bakıda necə qaçırılmasından danışdı
Cəmiyyət12 iyun 2024 13:35
Londonda Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakları ilə bağlı məhkəmə dinləmələri davam etdirilir. Belə ki, Z.Hacıyeva Naytsbricdə 15 milyon funt sterlinq dəyərində evin və Berkşirdə qolf sahəsinin qanun çərçivəsində alındığını sübut etməlidir. O, məhkəmədə sözügedən əmlakların qanuni vəsaitlərlə alındığını sübut edə bilməzsə, bu aktivlər müsadirə edilə bilər.
"Qafqazinfo” "The Standard” nəşrinə istinadən xəbər verir ki, C.Hacıyevin həyat yoldaşı Londonun Ali Məhkəməsində Bakıda olarkən necə qaçırılmasından, bu zaman harada saxlanılmasından və Londona köçməsindən danışıb.
Onun sözlərinə görə, 2005-ci ildə dəhşətli qaçırılma hadisəsi ilə üzləşməzdən əvvəl rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.
Hacıyeva qeyd edib ki, avtomobilinə çatarkən onu qaçıran şəxslər arxadan yaxınlaşıblar: "Üç kişi məni kənarda gözləyən və sürücüsü olan avtomobilə apardı. Özümü müdafiə etmək üçün onların əllərindən çıxmağa çalışdım. Onlar məni maşının içərisinə atdılar və başıma torbaya bənzər bir şey keçirdilər. Onlar, həmçinin yola düşməzdən əvvəl qollarıma qandal da taxdılar. Mən heç nə eşitmirdim, heç nə görmürdüm. Bir müddət sonra biz dayandıq və məni bir maşından digərinə apardılar, başımda torba ilə həmin avtomobilin arxa oturacağında əyləşdirdilər. Başıma arxadan tapançaya bənzər bir şey dayamışdılar və oturmağımı, tərpənməməyimi dedilər. Dəhşət içərisində idim, bu insanların kim olduğunu və hara getdiyimizi, yoldaşım və uşaqlarımı bir daha görüb-görməyəcəyimi bilmirdim”.

O əlavə edib ki, Bakıdan kənar əraziyə aparılıb, çox dar və zirzəmiyə bənzər bir məkanda saxlanılıb: "Mən orada 28 gün keçirdim. Qapı daim bağlı olurdu və mənimlə qapıda olan lyuk vasitəsilə danışırdılar. Məkanda sanitar qovşaq da yox idi. Həmin şəxslər mənə gündə bir dəfə yemək verirdilər. Dayanmadan musiqi səslənirdi və bu, işgəncəyə bənzəyirdi. Tezliklə zaman qavramını itirdim və artıq günün hansı saatı olduğunu bilmirdim. Orada saxlanıldığım müddətdə, məni qaçıran şəxslər yoldaşımdan pul tələb etməyə çalışıblar və mənə dedilər ki, yoldaşın əməkdaşlıq etməsə, səni öldürəcəyik”.
Hacıyeva bildirib ki, onun əsarətinə Azərbaycan Milli Təhlüksizlik Nazirliyinin həyata keçirdiyi silahlı əməliyyatdan sonra son qoyulub. Qeyd olunub ki, sözügedən əməliyyat zamanı onu qaçıran şəxslərdən biri zərərsizləşdirilib.
"Düşünürəm ki, mənim qaçırılmağımda məsuliyyət daşıyan şəxslərin bəziləri Azərbaycanda yüksək vəzifədə qalırlar”, - deyə o əlavə edib.
Hacıyeva iddia edib ki, onun qaçırılmağı yoldaşı Cahangir Hacıyevə qarşı iddiaların başlanğıcı olub. Onun sözlərinə görə, bu prosesin kuliminasiya nöqtəsi yoldaşının Azərbaycan Beynəlxalq Bankında fırıldaqçılığa görə "yanlış mühakimə” edilməsi olub.
Xatırladaq ki, Zamirə Hacıyeva 2005-ci ilin 10 fevral tarixində Bakının mərkəzində qadın gözəllik salonundan çıxarkən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun dəstəsi tərəfindən qaçırılmışdı. Z.Hacıyevanın xüsusi sifarişlə oğurlandığı, sifarişçisinin girovluqda olan qadına 8 martda Hacı Məmmədovun vasitəsi ilə qızıl güllər yolladığı da bildirilirdi.
Fotoda: Hacı Məmmədov

Hacı Məmmədov məhkəməsində demişdi ki, Zamirə Hacıyevanın oğurlanmasının sifarişçisi ona 2 qətl də tapşırıb: "Rövşən Əliyev və Fətulla Hüseynovun qətlini sifariş edən şəxs Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını da sifariş edib. Bu sifarişçinin kim olduğunu Cahangir elə ilk gündən bilirdi”.
Digər ifadəsində H.Məmmədov Zamirə oğurlandıqdan 6 saat sonra Cahangir Hacıyevdən 1-2 milyon avro pul almalı olduqlarını da vurğulamışdı.
Oxşar xəbərlər
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 2026 14:16
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
Xəbər lenti
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
Video & Fotoqalereya
Video
Fotoqalereya
