- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
Səfəvilər dövlətini təkbaşına idarə edən bir qadın Sultan - Pərixan xanım

1548-ci ildə anadan olan Pərixan xanımın atası ikinci Səfəvi hökmdarı Şah Təhmasib, anası isə Sultanağa xanım idi.
Deyilənə görə, o, elmə, İslam hüququna və şeirə böyük marağı olan biri olduğu üçün atasının sevimlisi olub. Pərixan xanım uşaq vaxtlarından oxumağı, xəttatlığı və Quranı öyrənmişdi. Pərixanın şəxsi mülklərinin sayı hədsiz çox idi, ona görə də həmdə maliyyə müstəqilliyinə malik idi.
Gənc şahzadə qız dövlət idarəçiliyində...
Gənc şahzadə xanım Səfəvi türk şahzadələrindən öz təhsili, fiqh elmini yaxşı bilməsi, qeyri-adi zəka və siyasi fərasəti ilə fərqlənərək bir çox siyasi məsələlərdə atasının müşaviri kimi çıxış etməyə başlayır.
Pərixanın Səfəvilər dövlətinin işlərində iştirakı Təhmaspın hakimiyyətinin son illərindən başlayır. Uzun hakimiyyətdən artıq yorulmuş Şah Təhmasib Pərixanıma kifayət qədər hüquq və səlahiyyət vermişdi.
Tarixçilər yazır ki, Pərixan Sultan ağıl və biliyinin çoxluğuna görə başqa möhtərəm xanımlardan üstün və atasının yanında hamıdan izzətli, hörmətli və məşvərət sahibi idi , başqaları ona həsəd aparırdı. Hətta o Təbriz əhlinin narazılığını qaldırmış, atasına onları vergilərdən azad etməyi məsləhət bilmişdi. 1557-ci ildə atası onu əmisi oğlu və Sistan valisi Bədi əl-Zaman ilə nişanlandı . Nikahları kəsilsə belə Pərixan heç bir zaman şah sarayından kənara çıxmayaraq ailə həyatını birdəfəlik rədd edir.
Ömrünün sonlarından şah Təhmasib xəstələnir. Pəri xan xanım şah xəstə olduğu müddətdə ona qulluq edirdi. Təbii ki, məsələ təkcə qoca və xəstə ataya öz borcunu qaytarmaqdan ibarət deyildi.
Yeni şahın kim olacağını o müəyyən edir!
Sarayda artıq yeni şahın kim olacağı barədə müzakirlər dedi qodu olmaqdan çıxaraq böyük çəkişməyə dönüşdü. Ustalcu tayfası Təhmasibin oğlu Heydər Mirzə Səfəviyə üstünlük verirdilər. Anası gürcü olduğu üçün gürcülər də onu dəstəkləyirdilər .
Rumlu , Əfşar və Qacar tayfası isə anası türk olan İsmayı Mirzəni dəstəkləyirdilər. Xatırladaq ki, İsmayıl Mirzə 20 il idi ki, Qəhqəhə qalasında həbsdə idi. Onun taleyini Pərixan müəyyən edir. Pərixan varisin kim olacağı müzakirələrində İsmayıl Mirzəni dəstəkləməyə qərar verir.
İstəməsə də qardaş qətlinə bais olur..
Heydər Mirzə Şah Təhmasib vəfat edəndə onun yanında olan yeganə oğul idi. Ertəsi gün o, özünü yeni şah elan etdi. O, öz təhlükəsizliyini təmin etmək üçün Pəri xan xanımı həbs etdi. Lakin İsgəndər bəy Münşinin yazdığına görə , Pərixan xanım ustalıqla Heydər Mirzəni inandıraraq deyir: “Qadınlar axmaq məxluqlardır. Əgər axmaqlığım və uzaqgörənliyimlə hər hansı bir günah işlətmişəmsə, bağışlanma diləyirəm , mən sizə itaət yolu ilə gedəcəyəm və Əlahəzrətin xoşuna gələn rəftardan bir tük belə kənara çəkilməyəcəyəm ” . Məlumata görə, Perihan Hanım daha sonra qardaşının ayağını öpür. O, Heydər Mirzənin orada olan anasına üz tutub dedi: “Şahid olun ki, padşahın ayaqlarını öpmək və onu taxta çıxması münasibətilə təbrik etməkdə heç kim məndən üstün olmadı ” . Hələ öz yerini bərkitməmiş və Pərixan xanımın gücünə ehtiyacı olan Heydər Mirzə Heydər Mirzə bacısına üz tutub dedi: “Mən səni həmişə sevmişəm. Qardaşın Süleyman Mirzəni və ananın qardaşı Şamxal Sultanı mənim müttəfiqim et”.
Heydər Mirzə Pərixan xanıma saraydan çıxmağa icazə verdi, lakin o, dərhal saray qapısının açarlarını dayısı Şamxal Sultana verdi. Heydər Mirzənin tərəfdarları özünü yetirənə qədər o , şahzadəyə yaraşmayan şəkildə, başı kəsilərək öldürülür.
Deyilənə görə Heydər Mirzənin ölümünü istəməyən Pərixan dayısına qəzəblənmiş və bu hadisə onun həyatında dərin mənəvi böhrana səbəb olur.
Dövlətin faktiki hökmdarı...
Heydər Mirzə ilə İsmayıl Mirzə arasında gedən sülalə mübarizəsi zamanı Pərixan faktiki olaraq dövlətin hökmdarı oldu; 1576-cı il mayın 23-də bütün şahzadələrə və səltənətin yüksək rütbəli üzvlərinə Qəzvinin baş məscidinə toplaşmağı əmr edən də o idi , burada görkəmli din xadimi Mir Məxdum Şərifi Şirazi Səfəvilər sülaləsinin yeni şahı kimi İsmayıl Mirzənin adına xütbə oxudu .
Hələ Qəhqəhə qalasında olan İsmayıl Mirzə minlərlə qızılbaş döyüşçüsü ilə birlikdə tezliklə oradan çıxarılaraq 4 iyun 1576-cı ildə Qəzvinin ətrafına çatdı. Həmin müddət ərzində qızılbaş tayfalarının başçıları hər gün Pərixan xanımın sarayına baş çəkirdilər və İsgəndər bəy Münşinin dediyinə görə , “səltənətin istər maliyyə, istərsə də dövrün siyasəti ilə bağlı ona məlumat verirdilər , onun əmrindən çıxmağa heç kəs cəsarət etmirdi”.
II İsmayıl və Pərixan xanım!
İsmayıl Mirzə 22 avqust 1576- cı ildə taxta çıxır. O doqquz illik həbsi ona çox pis təsir etmişdi. Tezliklə öz ailəsindən olan hər kəsin, öz anabir qardaşı Məhəmməd Xudabəndə istisna olmaqla öldürülməsini əmr etdi . Eyni zamanda bir çox qızılbaş başçılarının və Pəri Xan xanımın sarayına daxil olmasının qadağan olunduğunu elan etdi. II İsmayılın onu şah etmək üçün çox mübarizə aparan Pərixanı saymaması, ona qarşı düşmənçilik hissi yaradır.
İki il sonra II İsmayıl müəmmalı şəkildə ölür. Bu hadisədən dərhal sonra Pərixan xanım öz səlahiyyət və nəzarətini bərpa etdi. Saray əhli, ordu və tayfa başçıları, və onun sözünə uyğun xidmət edirdilər.
İkinci şəksiz hökmdarlıq və faciəvi son!
Deyilənə görə, Pərixana varis kimi taxta keçmək də təklif olunur. Lakin o bu təklifi rədd edir.
Yeni şah uğrunda müzakirələr başlandı. Qızılbaş tayfalarının əksəriyyəti II İsmayılın oğlu Şücəddin Məhəmməd Səfəvinin şah elan olmasını irəli sürsə də Pərixan Məhəmməd Xudabəndini dəstəkləyir. Məhəmməd Xudabəndə demək olar ki, kor idi. Pərixan hesablayır ki, kor şahı idarə etmək asan olacaqdır. Pərixan xanımın hesablamalarındakı yeganə qüsur o idi ki, o, yeni şahın arvadı Mehdi Ülyanın gücünü görə və hesablaya bilmədi.
Məhəmməd Xodabəndanı şah tacına çıxaran zaman Səfəvi əsilzadələri yeni şahı təbrik etmək üçün Pəri Xan xanımdan icazə istədilər. Yeni şah Şirazda idi. Pəri Xan xanımın təsir dairəsi və nüfuzu o qədər böyük idi ki, onun birmənalı razılığı olmadan heç kimin Şiraza getməyə cəsarəti çatmırdı.
12 fevral 1578-ci ildə Məhəmməd Xodabəndə və arvadı Məhdi Ülya Qəzvinin kənarına daxil oldular. Bu, Pəri Xan xanımın iki ay 20 gün ərzində istifadə etdiyi şəriksiz hakimiyytin sonu olur. Şəhərə çatanda Pəri xan onları qızıla tutulmuş taxt-- rəvanda oturaraq qarşılayır. Tarixçilər yazır ki, Şahın arvadı Məhdi Ulya onun əlini öpsə də Pərixan ona heç bir əhəmiyyət vermir. Bu hadisə Məhdi Ülyada Pərixan xanıma böyük kinin yaranmasına səbəb olur. Hakimiyyəti birmənalı ələ keçirməkdə niyyətli olan Məhdi Ülya şaha Pərixan xanımın sağ olacağı müddətdə heç bir nüfuzunun olmayacağını bildirir.
Şah və arvadı gənc şahzadənin və onun sadiq dayısının həyatına son qoymaq üçün sui-qəsd haqqında razılığa gəlir. 1578-ci il fevralın 12-də yeni şah saraya daxil olaraq Səfəvi taxtına çıxdı. Bu münasibətlə Pərixan xanım başda olmaqla bütün şahzadələr, zadəganlar toplaşdı. Saraya Pərixanın yaxın adamlarından Xəlil Xan Əfşar da çağırılmışdı. Əmr qəti olur: Şahzadə öldürüləcəkdi. Tacqoyma mərasimindən sonra evinə gedən Pərixan xanımın kəcavəsinin yolunu Xəlil Əfşar dəyişdirir, tərəfdarları mübarizəyə atılsa da Xəlil şahın əmrini yerinə yetirdiyini bildirir. İskəndər Munşi yazır ki qəribə də olsa Pərixan öz taleyini qəbul edir və boğularaq öldürülür.
Otuz ildən az bir müddətdə o, Şərqin tarixinin gedişatına təsir edən ən parlaq qadınlarından birinə çevrilməyi bacardı. O qədər nüfuzludur ki, tarixçilər onu Avropa hökmdarları ilə müqayisə edirlər: İngiltərə kraliçası Anna Boleyn, Şotlandiya və Fransa kraliçası Meri Stüart və Rusiya İmperatoru II Yekaterina. Bundan əlavə, o, Şərqdə həmişə yüksək qiymətləndirilən bir poetik istedada sahib idi. Şübhə yoxdur ki, tarixin güclü qadınları arasında Pərxanın adı həmişə çəkiləcək.
Məqalə Demokratiya və Qadın Təşəbbüsləri İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qadın təşəbbüsləri: tarixi irs” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Məqalədəki fikirlərə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 2025 00:55
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 2025 15:33
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 2025 19:38
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 2025 11:16
- ANAMA-nın vəzifəli şəxsləri sərxoş vəziyyətdə həbs olundu
12 sentyabr 2025 13:30
- Culfada ağır qəza - 4 polis əməkdaşı öldü
12 sentyabr 2025 11:03
- Günəş nədən ibarətdir və niyə Yeri yandırmır? - Cavab sizi təəccübləndirə bilər
11 sentyabr 2025 11:22
- Azərbaycanda ilk dəfə qadın hərbi həkimlər hazırlanacaq
11 sentyabr 2025 10:45
- Azərbaycan kürünü xaricə neçəyə satır?
11 sentyabr 2025 10:27
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14
- Bu gün Elçin Mahmudovun doğum günüdür
14 sentyabr 15:20
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 13:22
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 13:11
- BİR ÇÖRƏK QORXUSU - Səməd Qaraçöp
14 sentyabr 11:48
- Təhsil niyə oxuyub-anlama problemini həll edə bilmir ? Könül Aydın Nəhmətova
14 sentyabr 11:02
- Təyyarədən sürətli qatır: 1 saatlıq yolu 15 dəqiqəyə çatdı
14 sentyabr 10:40
- Bakıda bu qəbiristanlığın köçürülməsi təklif olunur
14 sentyabr 10:11
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 09:53
- Bu il bəşəriyyəti tənəzzülə aparan fəlakət olacaq - Vanqa və Nostradamusun PROQNOZU
13 sentyabr 23:03
- Gürcüstanın keçmiş müdafiə naziri həbs olundu
13 sentyabr 22:23
- Səfirimizin katibəsindən nikahdankənar uşağı var? - Aliment vermir
13 sentyabr 19:38
- 2,2 milyon nəfər tədrisə başlayır: İlk dərs bu mövzuya həsr olunacaq
13 sentyabr 16:55
- 1992-ci ildə Baş nazir vəzifəsindən istefa verdim, Heydər Əliyevə zəng vurdum… –Sabiq Baş nazir Həsən Həsənovdan maraqlı açıqlamalar /VİDEO
13 sentyabr 15:35
- Xalq artisti vəfat etdi
13 sentyabr 14:48
- 28 MAY-dan NİZAMİ- yə metro işləməyəcək: Alternativ nəqliyyat necə olacaq?
13 sentyabr 12:09
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 11:16
- Serbiyada etirazların təşkilinə 4 milyard dollar sərf olunub – Vuçiç
13 sentyabr 10:12