Dövlət bir şagirdə 6400 manat xərcləyir” – Adambaşı maliyyələşmənin DETALLARI
"İlin sonuna kimi məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır".
Bunu Elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Onun sözlərinə görə, bu, bir neçə məktəbdə pilot layihə kimi həyata keçiriləcək.
Maraqlıdır, bu sistemin əhəmiyyəti nədən ibarətdir?
Təhsil eksperti Kamran Əsədov Bizim.Media-ya bildirib ki, 2011-ci ildən ölkədəki ali təhsil və orta ixtisas təhsil müəssisələri, 2019-cu ildən isə peşə təhsil müəssisələri bu sistemlə idarə olunur:
“13 iyun 2024-cü ildə isə publik hüquqi şəxs olan ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsi təsdiq olundu. Proses kifayət qədər ciddi və ağırdır. Prosesə əsasən, dövlət hər bir təhsilalana ayırdığı maliyyəni təhsil müəssisəsinin hesabına köçürür, qanunvericiliyə uyğun olaraq təhsil müəssisəsi həmin maliyyəni idarə edir, elm və təhsil naziri sözügedən prosesin şəffaf keçirilməsinə nəzarət edir”.
Adambaşı maliyyələşmə nədir?
Ekspertin sözlərinə görə adambaşına maliyyələşmə o deməkdir ki, hər şagirdə görə məktəbə dövlət maliyyə ayırır, yəni hər şagirdin ödədiyi vəsait hesabına maliyyələşmə həyata keçirilir. Azərbaycanda təhsil xərclərinin böyük hissəsi dövlət tərəfindən ödənilir. UNESCO-nun 2023-ci ildə təhsil monitorinqi ilə bağlı hesabatında bildirilir ki, təhsil xərclərinin ¾ hissəsi dövlət tərəfindən maliyyələşdirilir. Azərbaycanın da daxil olduğu gəliri aşağı və orta olan ölkələrdən fərqli olaraq qalan hissə isə ev təsərrüfatının üzərinə düşür.
Hesabata əsasən, Azərbaycanda təhsil sahəsində dövlət xərcləri ÜDM-in 2,9 faizini təşkil edir. Cənubi Qafqaz regionunun digər ölkələrinə gəlincə, Ermənistanda bu göstərici 2,8, Gürcüstanda isə 3,8 faizdir. Azərbaycanın dövlət xərclərinin ümumi həcmində təhsilin payı 8,2 faizdir”.
Dövlət bir şagirdin orta təhsilinə 6400 manat xərcləyir
Ekspert vacib bir məqama da toxunub. O, deyib ki, Azərbaycanda dövlət məktəbəqədər hər bir şagird üçün 4 370 dollar (adambaşına düşən ÜDM-nin 26 faizi), orta təhsil üçün 3 765 dollar (22 faiz), ali təhsil üçün isə 3 972 dollar (23%) xərcləyir:
“Amma Azərbaycanın ana maliyyə sənədinə nəzər yetirdikdə təhsilə ayrılan vəsaitin ümumilikdə faiz etibari ilə yüksək olmadığı məlum olur. Yəni, investisiya layihələrinə 6-7 milyard manat ayrılırsa, təhsil üçün onun üçdə biri nəzərdə tutulur. Sertifikasiya, DİM-in qəbul və buraxılış imtahanları və digər imtahan nəticələri ilə deyə bilərik ki, Bakıda təhsilin keyfiyyəti ilə öyünə biləcək belə məktəbləri barmaqla saymaq olar.
Bəs adambaşı maliyyələşmə məktəblərə nə qazandıracaq?
Kamran Əsədov bildirib ki, bu yeniliyin mahiyyəti odur ki, şagirdin arxasınca maliyyə gəlsin:
“Yəni bu halda məktəblər daha çox şagird cəlb etməkdə maraqlı olacaqlar. Hazırda hər şagirdə ildə təqribən 1300 manata qədər vəsait sərf olunur. Amma bu pulun necə sərf olunması məlum deyil.
Azərbaycanın relyefi elədir ki, 4400 məktəbdən 2000-dən çoxunda şagird sayı 200 nəfərdən azdır. ABŞ-ın bəzi ştatlarında hər bir uşaq üçün dövlət tərəfindən təhsil üçün ayrılan vəsait vauçer şəklində verilir. Bu vauçeri təhsildən başqa heç bir yerdə istifadə etmək, xərcləmək olmur. Valideyin həmin pulu istədiyi məktəbə və müəllimə yatırır. Bu məktəblər arasında daha keyfiyyətli təhsilə rəqabət mühiti yaradır. Beləcə, təhsilə ayrılan həmin maliyyəni əldə etmək uğrunda rəqabət başlayır. Adambaşına maliyyələşmə şagirdin göstəricilərinə uyğun dəyişə də bilir. Təhsildə daha yaxşı nəticələri olan şagirdlərə ayrılan maliyyənin məbləği artır, aşağı göstəriciləri olan şagirdə münasibətdə məbləğ azalır”.
Adambaşı maliyyələşmə xarici təcrübədə necədir?
Ekspert qeyd edib ki, Birləşmiş Ştatlarda hər şagirdin təhsilinin maliyyələşməsi üçün illik 14,418 dollar büdcə ayırılır:
“12 illik təhsil sistemi üzrə ABŞ-da bir şagirdin təhsil almasına ümumilikdə 586,4 milyard dollar sərf olunur. Təhsilin maliyyələşməsində yerli bələdiyyələr də iştirak edir. Bu ölkədə təhsil xərcləri ABŞ-ın üzvü olduğu YUNESKO kimi beynəlxalq təşkilatlar tərəfindən müəyyən edilmiş meyarlardan aşağıdır. Ölkə təhsilə dövlət maliyyəsinin 11,6%-ni qoyur ki, bu da beynəlxalq standart olan 15,00%-dən xeyli aşağıdır. Birləşmiş Ştatlardakı məktəblər hər şagirdə orta hesabla ildə 12,624 dollar xərcləyir ki, bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) daxil olan 37 digər inkişaf etmiş ölkə arasında şagirdə düşən ən yüksək - beşinci yerdədir.
Digər ölkələrə gəlincə, bu məbləğ dəyişir. Lüksemburqda hər şagirdin illik təhsilinə büdcədən ibtidai sinif üzrə 21 143 dollar, yuxarı siniflər üzrə 25 421 dollar ayrılır.
Koreyada bu məbləğ ibtidai sinif üzrə 12,535, yuxarı siniflər üzrə 14,978 dollar, Fransada ibtidai sinif üzrə illik 8,724, yuxarı siniflər üzrə 13,006 dollardır.
Adambaşına təhsil xərcləri ən aşağı hesab olunan ölkə sırasında İndoneziya qərarlaşıb. Bu ölkədə ibtidai siniflər üzrə bir şagird üçün illik 1,514 dollar, yuxarı siniflər üçün 1,435 dollar ayrılır”.
Bu təcrübənin tətbiqi Azərbaycan məktəbləri üçün nə qədər yararlı olacaq?
Ekspert dünya təcrübəsinə əsasalanaraq bildirib ki, orta məktəblərdə adambaşına maliyyələşmə sisteminin tətbiq edilməsi təhsilin keyfiyyətinə müsbət təsir edəcək:
“Çünki şərti olaraq şagird sıxlığı aşağı olan məktəblərdə adambaşına düşən vəsait daha çoxdur. Praktik olaraq bu gün ən az şagird sıxlığı olan Daşkəsən rayonunda bir uşağa daha çox pul xərclənir. Çünki orada hər sinifdə cəmi 3-5 şagird təhsil alır. Lakin müəllimlər ölkə üzrə mövcud olan eyni maaş sistemi ilə əməkhaqqı alır. Yəni adambaşı maliyyələşməyə keçid özü-özlüyündə rasionallaşdırma tələb edir
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 2026 21:43
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
4 mart 2026 19:57
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- 2,9 milyonluq tenderin qalibi olan şirkət -qara siyahı - da - Saxta sənəd təqdim edib
26 fevral 2026 13:31
- Təhsil qurumundan ard-arda tenderlər: ümumi məbləğ 23 milyona yaxınlaşdı
25 fevral 2026 21:07
- Prezident Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 fevral 2026 12:09
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
