Məhkəmə SOCAR-ın sabiq vitse-prezidentinin gəlini ilə bağlı QƏRAR verdi

Nərimanov Rayon Məhkəməsində oliqarx, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun keçmiş gəlini Fidan Abbasovaya qarşı iddia üzrə məhkəməyə hazırlıq iclası keçirilib.
Musavat.com xəbər verir ki, hakim Nərgiz Tağıyevanın sədrliyi ilə keçirilən iclasda Fidan Abbasovanın vəkilləri aidiyyət məsələsini qaldırıblar.
Bildiriblər ki, vəkil Adəm Məmmədov Fidan Abbasovaya qarşı şərəf və ləyaqətin alçaldılması üzrə iddianı Nərimanov Rayon Məhkəməsinə təqdim edib. Fidan Abbasova isə Xətai rayonu ərazisində qeydiyyatda olmaqla oradakı mənzilində yaşayır. Buna görə də iddiaya aidiyyəti üzrə Xətai Rayon Məhkəməsində baxılmalıdır. Hakim Nərgiz Tağıyeva vəkillərin etirazını əsaslı sayıb və iddiaya baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Fidan Abbasovanın anası Ülkər Abbasova Musavat.com-a qızına qarşı iddiaların əsassız olduğunu, onu susdurmağa yönəldiyini deyib:
“Mənim nəvəmin taleyi ilə oynayırlar, alver ediblər. Bu gün də Fidana qarşı bir neçə iddia qaldırmaqla uşağın taleyi ilə bağlı yaratdıqları süni maneələrin aradan qaldırılmasına əngəl törətməyə çalışırlar. Xətai Rayon İcra Şöbəsinin məmuru Xatir Məmmədov qarşı tərəfin maraqlarından çıxış edir. Qızım barəsində yalandan əsas yaradıb axtarış elan etmişdi. Guya qızıma çağırış göndərib, guya qapımıza gəlib qapını açmamışıq. Halbuki qızımın vəkilləri ona dəfələrlə zəng etmişdilər, biz də evdə olmuşuq. Ona görə də Xatir Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, barəsindəki axtarış haqqında 17 may 2024-cü il tarixli qərarın ləğv edilməsi barədə şikayətə baxıldı. Məhkəmə Fidan Abbasovanın şikayətini araşdıraraq belə qərar gəldi ki, icra məmuru Xatir Məmmədov icra sənədi üzrə əsassız olaraq onun barəsində axtarış qərarı qəbul edib. Məhkəmə qərardadında yazdı ki, icra məmuru qanunsuzluğa yol verib, qızım barəsində heç bir qanuni əsas olmadan, qanunsuz olaraq həbsli axtarış qərarı verib. İcra məmuru Xatir Məmmədov qızıma heç bir halda rəsmi heç bir bildiriş təqdim etməyib, yaşadığımız ünvana gəlməyib. Buna baxmayaraq qızım Fidan Abbasovanın qeydiyyatda olduğu ünvanda yaşamadığı ilə bağlı əsassız akt tərtib edib. İcra məmuru Xatir Məmmədov qərəzli hərəkətlər edərək qızım barəsində əsassız olaraq təqdimat vermişdi. Sağ olsun ədalətli məhkəmə, Xatir Məmmədovun əsassız qərarını ləğv elədi. O zaman da bu sayaq nəvəmin övladlıq məsələsini əngələ salmışdılar. Qızımın adından Sabunçu Məhkəməsinə Ruslan adlı şəxs iddiadan imtina sənədinə qol çəkmişdi. Bunların bir istəyi var – qızımın övladı ilə bağlı iddiasına baxılmasın”.
Ülkər Abbasova bildirib ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı, 12 may 2017-ci il tarixli qərardadından 3 oktyabr 2023-cü il tarixdə şikayət vermək üçün buraxılmış müddətin bərpa olunması barədə qızı ərizə verib.
Sabunçu rayon Məhkəməsi ərizəni təmin etməyib. Bakı Apellyasiya Məhkəməsinə müraciət olunub. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1885/2024 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2074/2017 saylı işi üzrə 30.10.2023-cü il tarixli qərardadı ləğv olunub. Müddət bərpa edilib və ərizəyə baxılması üçün mülki işin Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alındı.
Ülkər Abbasova bildirib ki, Bakı Apellyasiya Məhkəməsi Sabunçu məhkəməsinin qarşısına bir sıra tapşırıqlar da qoyub. Ülkər Abbasova deyib ki, qızının iddiasına Sabunçu Rayon Məhkəməsində hakim Ruslan Mirzəliyevin sədrliyi ilə iyulun 12-də baxılacaq.
Xatırladaq ki, Fidan Abbasovanın vəkili Ziya Ələsgərov Musavat.com-a demişdi ki, müvəkkilinə qarşı qanunsuz addımlar atılır.
Vəkil bildirmişdi ki, Xətai Rayon Məhkəməsində qarşılıqlı iddiaya baxılarkən qarşı tərəf vəsatətlə çıxış edib və işə mahiyyəti üzrə baxış sonuclanana qədər Fidan Abbasovaya sosial şəbəkələrdə və KİV-də Orxan İsmayılzadə barəsində şəxsi məlumatların paylaşılmasının qadağan edilməsini xahiş edib. Məhkəmə vəsatəti təmin edərək bu barədə qərardad çıxarıb. Vəkil bildirib ki, Fidan Abbasova Orxan İsmayılzadə barəsində şəxsi məlumatları deyil, özünün hədələnməsi, aldadılması, övladının ata adının təmin edilməsi, aliment tələbindən danışıb və bunlar heç bir halda Orxan İsmayılzadənin şəxsi məlumatları hesab edilə bilməz. Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf, ləyaqətə və işgüzar nüfuza zərər verilməsinə dair iddia təqdim edib.
Orxan Mikayılzadə məhkəməyə şikayətində Fidan Abbasovanı övladının atasının onun olmasını bildirməklə şər atdığını, onun şərəf və ləyaqətini alçaltdığını iddia edib. Xətai Rayon Məhkəməsində Orxan İsmayılzadənin şikayətini araşdıran hakim Aygün Həsənova obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini – atalıq testi təyini haqda qərardad verib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası(MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub. Bioloji qohumluğun təyini – atalıq testi – DNT-nin keçirilməsinin zamanı haqda tərəflərə məlumat verilib. Lakin Orxan İsmayılzadə ekspertizanın keçirildiyi ünvana gəlməyib.
Həmin gün Musavat.com-a açıqlama verən Fidan Abbasova bildirib ki, məhkəmə qərardadı əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə övladı Nili də gətirib.
Fidan Abbasova deyib ki, Orxan Mikayılzadə ekspertizanın keçirilməsində iştirak etməyib. Onun sözlərindən sitat:
“Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf, ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi”.
ARAYIŞ
Bioloji qohumluğun təyini – Atalıq testi necə keçirilir?
Hər bir fərdin genomik DNT ardıcıllığı digər insanlardan fərqlidir (eyni yumurta əkizləri istisna olmaqla). Hər yeni fərddə yarısı anadan, yarısı atadan olmaqla yeni bir DNT qarışığı ortaya çıxır. Ana və atadan (irsi olaraq) köçürülən və bədənimizin kodlarını daşıyan bu məlumat toplusu, hüceyrə nüvələrində DNT adlanan quruluşda kodlanır. Yalnız bir-biri ilə əlaqəli olan insanlar (məsələn, ana, ata və uşaqlar) ortaq DNT ardıcıllığını paylaşırlar. Bu üsulla test edilən insanın bioloji ata olub-olmaması ortaya çıxır.
Bəs atalıq testi necə aparılır?
Bioloji quruluşumuzla bağlı bütün məlumatlar DNT dediyimiz quruluşda 2 nüsxədə kodlanır. Bu nüsxələrdən biri anadan, digəri atadan gəlir. Beləliklə, genetik məlumatlarımızın yarısını anamızdan, yarısını da atamızdan alırıq. Bu səbəbdən həm ata, həm də anamız ilə ortaq gen bölgələrimiz var. Bu məlumatlara uyğun olaraq keçirilən atalıq testində uşaqla ata arasında tamamilə ortaq olması lazım olan bölgələrin analizi aparılır. Uşağın və atanın analiz edilən gen bölgələri bir-biri ilə eynidirsə, bu, bioloji qohumluğun olduğunu müəyyən edir. Bu gün etibarlılıq faizini artırmaq üçün ən az 15 ümumi gen bölgəsi atalıq testlərində araşdırılır və nəticələr 99.99% dəqiqliklə alınır. Fidan Abbasova aylıar öncə ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarına, Ombudsmana, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimova, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova müraciət ünvanlamış, üzləşdiyi qanunsuzluqların aradan qaldırılmasını xahiş etmişdi. Həmin müraciətində bildirmişdi ki, qayınatası Mikayıl İsmayılov onu həbslə hədələyir, tələblərindən əl çəkməsini tələb edir.
Onun sözlərinə görə, Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı baş tutub. Faktiki nikahı rəsmi nikaha çevirənədək cavabdehlə birlikdə yaşayıb, faktiki ailə münasibətləri 3 sentyabr 2016-cı ilədək davam edib:
“Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə Nil adlı övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi.
Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksək vəzifəli məmur idi və istədiyi kimi istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasova demişdi ki, qarşı tərəfin yalan vədinə inanıb:
“Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 2025 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 2025 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 2025 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 2025 12:22
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 2025 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 2025 15:44
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 2025 13:08
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 2025 18:04
- Prezident İlham Əliyev Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub
14 sentyabr 2025 13:22
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14