Rəsul Quliyev builki parlament seçkilərindən danışdı - Özümü Don Kixot vəziyyətinə salmaq istəmirəm
“Rüstəm İbrahimbəyovla müttəfiqik”
“Mən sizin mənim tərəfdarlarımın olması barədə söylədiklərinizi təsdiqlədim, özümdən təşəbbüs gəlmədi. Bilirsiniz, cəmiyyəti inkişaf etdirən yeganə fundamental amil rəqabətin olmasıdır. Həm də rəqabət hamı üçün eyni şərtlər çərçivəsində olmalıdır. Bu rəqabət istər siyasətdə (yəni seçkilərdə), istər təhsildə, istərsə də biznesdə sağlam fundament üzərində qurulmalıdır. Bu prinsip tək yaxşı yaşamaq, ölkənin qüdrətinin artması üçün yox, həm də mənəvi və əxlaqi inkişafın fundamentidir”.
Bunu Modern.az saytına Milli Məclisin eks-sədri Rəsul Quliyev özünün və tərəfdarlarının qarşıdan gələn parlament seçkilərində hansı formada iştirakı ilə bağlı suala cavab verərkən deyib.
Sabiq parlament sədri bildirib ki, Azərbaycanda seçkilərdə rəqabət prinsipi hələ qurulmayıb.
Rəsul Quliyevin sözlərinə görə, Azərbaycanda rəqabət mühiti olsa da, bu, çox qeyri-sağlamdır.
“Yəni rüşvətin çoxluğu-azlığı qohumluq və yaxınlıq əlaqələrinə söykənir. Belə bir şəraitdə seçkilərdə iştirak etmək və tərəfdarlarıma məsləhət vermək səmimi olmaz. Mən öz iştirakımla özümü Don Kixot vəziyyətinə salaram. Baxmayaraq ki, Don Kixot obrazına xüsusi rəğbətim var”,-deyə o əlavə edib.
Keçmiş spiker Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovla birgə perspektivdə hansısa siyasi təşkilat yaratmaq istəyib-istəməməsi barədə suala da aydınlıq gətirib.
O, söyləyib ki, real proqram və planla istənilən siyasi qurumda iştirak edə bilər.
“İstər Rüstəm müəllimlə, istərsə də onsuz. İndiki müxalifətçilərin bir çoxu ya məni anlamaq şanslarına malik deyillər, ya da anlamaq istəmirlər. Sözsüz ki, onların heç biri ilə düşmənçilik etmirəm. Onların istənilən uğuruna pozitiv reaksiya verəcəyəm. Ancaq məsələ ondadır ki, onlar diqqəti cəlb etmək naminə atdıqları ucuz hərəkətləri ilə özlərini məhv etmələri bir yana qalsın, hökuməti gücləndirirlər. Hökumətin öz daxilində müxalifətin yaranacağı labüddür. Və sözsüz o müxalifət qat-qat təcrübəli və imkanlı olacaq”.
Rəsul Quliyev Rüstəm İbrahimbəyovun Azərbaycan müxalifətindəki yerini və rolunu da qiymətləndirib:
“Rüstəm İbrahimbəyov istənilən işini - istər kino sənəti və dramaturgiyasında, istər yazdığı digər əsərlərində - yüksək keyfiyətlə, yuxarı standartlarla yerinə yetirir. Hər halda onun yaradıcılığını bütün mərhələlərdə izləyən adam kimi münasibətim bu şəkildədir. Gördüyü işdə çox səmimidir. O, Milli Şura ideyasından öncə ölkədə vətəndaş cəmiyyəti yaratmaq təşəbbüsü ilə çıxış edirdi. Fikirləşirəm ki, o bu ideyalarından əl çəkməyib. Bu çox vacib məsələdir. Sözsüz ki, onunla mən təbii müttəfiqik. Rüstəm İbrahimbəyov özünün çəkisi və ideyaları ilə müxalifətin fövqündədir”.
Xatırladaq ki, Rəsul Quliyev 2013-cü il prezident seçkiləri öncəsi yaradılmış Milli Şuranın üzvü olsa da, sonradan bu təşkilatdan istefa verib.
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
