Beynəlxalq Öpüş günü: Bayramın tarixi və öpüşlər haqqında maraqlı faktlar
İyulun 6-sı Beynəlxalq Öpüş günüdür. Bayram 60-dan çox ölkədə tanınır. Bu romantik bayram 19-cu əsrin sonlarında Böyük Britaniyada icad edilib. Və bu əsrin 10-cu illərinin əvvəllərində Birləşmiş Millətlər Təşkilatında təsdiqlənib və beynəlxalq status alıb.
Lent.az xarici KİV-ə istinadən öpüşlər haqqında bilmədiyiniz maraqlı faktları təqdim edir.
Niyə insanlar öpüşür?
Tədqiqatçılar öpüşün icad edildiyi dövrü dəqiq müəyyənləşdirə bilməyiblər. Öpüşün intuitiv bir proses və ya tam öyrənilmiş bir davranış olduğu dəqiq bilinmir. Bir əfsanəyə görə, öpüşü icad edən qədim insanlar ruhun insanın nəfəsində yaşadığına inanırdılar və öpüşən insanların nəfəslərinin birləşməsi “ruhların toyu”nu simvolizə edir.
Amma alimlər müəyyən ediblər ki, əksər ölkələrdə öpüşmək mədəni normaya çevrilib. İnsanlar küçədə, filmlərdə və reklamlarda daim öpüşən insanları görürlər. Buna görə öpüş romantik bir əlaqənin məcburi bir komponenti kimi qəbul edilməyə başlayıb.
Bütün ölkələrdə öpüşmək layiqli sayılmır. Məsələn, İslam dövlətlərində, eləcə də Çin və Yaponiyada camaat arasında öpüşmək adət deyil. Bu nalayiq hesab olunur. Avropalılar və amerikalılar demək olar ki, hər yerdə öpüşürlər.
Öpüşmə haqqında maraqlı faktlar
Öpüşləri və onların orqanizmə təsirini öyrənməklə filematologiya elmi məşğul olur. Alimlər sübut ediblər ki, öpüşməyi sevən insanlar orta hesabla 12 il daha çox yaşayırlar. Həmçinin, öpüş bədəndəki ağrıları aradan qaldırır, bədənə anestezik təsir göstərir.
Minnesotadan olan bir amerikalı A. E. Volfram 1990-cı ildə festival zamanı rekord vurub. O, 8 saatda 8001 insanı öpüb, yəni hər 3,6 saniyədən bir yeni bir insanla öpüşüb. Ekranda ilk öpüş 1896-cı ildə göstərilib. O, May İrvin və Con S. Rayet tərəfindən Tomas Edisonun "Öpüş" adlı 30 saniyəlik reklam çarxında çəkilib.

1926-cı il "Don Juan" filmi ən çox öpüşmə səhnələrinə görə rekorda sahibdir - filmdə 191 dəfə öpüş var. Kino tarixində ən uzun öpüş 185 saniyə (3 dəqiqə) olub. "You’re in the Army Now" (1940) filmində Regis Toomey və Jane Vyman arasında nümayiş etdirilib.
Elm öpüşün sağlamlıq üçün faydalarını sübut edib. O, insanın sinir sisteminə müsbət təsir edir və stressi daha asan aradan qaldırmağa kömək edir. Uzun müddət davam edən həssaslıq hərəkəti yorğunluğa, stressə səbəb olan hormonları boğur. Həmçinin, öpüşmək qan təzyiqini bir qədər aşağı salır, ağızda turşuluğu normallaşdırır və kariyes riskini azaldır.
Kilo vermək üçün öpüşməyin faydaları da sübut edilib. 20 dəqiqə davam edən ehtiraslı öpüş kaloriləri effektiv şəkildə yandırır və maddələr mübadiləsini ikiqat artırır. Bir dəqiqə belə təmas 500 metr qaçışa bərabərdir.
Ən uzun öpüş 2013-cü ildə Tailanddan olan cütlük tərəfindən edilib. Onlar 58 saat 35 dəqiqə 58 saniyə fasiləsiz öpüşüblər.
Necə qeyd etmək olar?
Bayram rəsmi səviyyədə olmasa da, onlarla ölkədə qeyd olunur. Bu gün bütün dünyada müxtəlif bayram tədbirlərinin, müsabiqələrin, fləşmobların keçirilməsi adətdir. Tez-tez tədbir iştirakçıları arasında mükafatlar oynanılır ("Ən uzun", "Ən gözəl", "Ən qeyri-adi öpüş" və s.).
Ümumdünya Öpüş Gününü Sevgililər Günü adlandırmaq olar. Çünki bu, sevən insanlar arasında hissləri ifadə etmək üçün əla fürsətdir.
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
5 mart 2026 18:29
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43

