Nəcməddin Sadıkov üçün 6 dəst STƏKANA 21 MİN, 80 ədəd ÇAXIRAA 8 MİN MANAT vermişəm
Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin həbs edilmiş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Ağaoğlan oğlu Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Nurəddin oğlu Kazımov, Quru qoşunların maliyyə idarəsinin sabiq rəisi, polkovnik Bayram Tahir oğlu Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə idarəsinin sabiq rəisi Vüsal Ədalət oğlu Əlizadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan məhkəmə prosesində Cəlal Kazımovun vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işində çoxsaylı şəxslərin ad və soyadları mövcuddur.
Onun sözlərinə görə, həmin şəxslərin kart hesablarına pullar köçürülüb və mənimsənilib.
Vəkil qeyd edib ki, həmin şəxslərin cinayət işində izahatları var və onlar “ölü canlar” deyillər: “Kimlərin adına əlavə pullar yazılıbsa həmin şəxsləri maliyyə xidmət rəisləri tanıyıb”. Vəkilin sözlərinə görə, kartlara köçürülmə yolu ilə 1 milyon manata yaxın pulun mənimsənilməsindən söhbət gedir. Əli Adıgözəlov həmin şəxslərin məhkəməyə çağırılması və dindirilməsinin təmin olunmasını istəyib.
Vəkil Əli Adıgözəlov əlavə olaraq qeyd edib ki, maliyyə xidmət rəisləri bu gün şahid olsalar da vəsaiti mənimsəyən şəxslərdir. Onlar da gələcəkdə təqsirləndirilən şəxs ola bilərlər.
Hakim Fikrət Əliyev vəsatəti təmin etməyib. Məhkəmə belə qərara gəlib ki, həmin şəxslərin cinayət işində izahatları var, sənədlərin tədqiqi mərhələsində həmin izahatlar açıqlanacaq və araşdırma aparılacaq.
Daha sonra məhkəmə cinayət işində olan 128 cilddən ibarət olan sənədlərin tədqiqinə başlayıb. Həmin sənədlərin arasında təqsirləndirilən şəxslərin xidməti fəaliyyətləri ilə bağlı xasiyyətnamələr də var.
Hərbi Dəniz Qüvvələrinin istintaq orqanına göndərdiyi xasiyyətnamədən məlum olub ki, Vüsal Əlizadə xidməti dövründə şəxsi heyətlə münasibətləri həmişə yaxşı olub, qulluq dövründə heç bir nöqsan və cəza almayıb.
Amma Vüsal Əlizadədən fərqli olaraq Hərbi Hava Qüvvələrinin o vaxtkı komandanı olmuş Ramiz Tahirovun Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə göndərdiyi rəydə HHQ-nin maliyyə xidmətinin rəisi olmuş Cəlal Kazımov mənfi xarakterizə olunub.
Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, müdafiə etdiyi şəxsə qarşı verilən xasiyyətnamə qərəzli olub. Vəkil bildirib ki, Cəlal Kazımov 2018-2020-ci illərdə döyüş bölgələrində olub, xidmətinin, ona verilən tapşırıqların öhdəsindən də layiqincə gəlib.
Cəlal Kazımovun özü də çıxış edərək bu xasiyyətnamənin qərəzli olduğunu deyib: “30 il xidmət etmişəm və heç vaxt töhmət və ya cəza almamışam. 2020-ci ilin 23 iyulundan həmin ilin dekabr ayına, yəni 44 günlük Vətən müharibəsi gedən dövrdə döyüş bölgəsində olmuşam”.
Təqsirləndirilən Bayram Bayramovla bağlı Quru Qoşunlarının keçmiş komandanı Ənvər Əfəndiyev tərəfindən göndərilən rəydə o, hərbi xidməti dövründə müsbət xarakterizə olunub. Həmin rəydə göstərilib ki, Bayram Bayramov xidməti dövründə heç bir vaxt töhmət almayıb.
Amma hakimlərin açıqladığı sənədlərdən məlum olub ki, Bayram Bayramov əvvəllər məhkum olunub. Rəsmi sənədlərə görə, Bayram Bayramov Cəlilabad Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəzadan da aşağı həddə cəza təyin olunub. Belə ki, həmin hökmlə Bayram Bayramov 500 manat miqdarında cərimə olunub.
Daha sonra hakimlərin açıqladığı sənədlərə görə, Vüsal Əlizadə 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edib. Buna görə də o, Ağdamın işğalından azad olunmasına görə, Ordunun 100 illiyi medalları ilə təltif olunub.
Müdafiə Nazirliyinin göndərdiyi rəydən isə məlum olub ki, general Nizami Məmmədov xidməti dövründə heç bir vaxt töhmət və ya cəza almayıb. Rəydə general xidməti ilə bağlı müsbət xarakterizə olunub.
Daha sonra hakimlər Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi olmuş, hazırda ehtiyatda olan və barəsində ayrıca icraatda cinayət işi olan Elnur Süleymanovun istintaqa təqdim etdiyi hesabatı açıqlayıb. Elnur Süleymanovun göndərdiyi hesabatda qeyd olunub ki, nazirlikdə 2015-2019-cu illərdə keçirilən tədbirlərə 713 min manat xərc çəkilib.
Belə ki, bəzi mühüm tədbirlər üçün nazirliyin sifarişi ilə “Ağ Çiçəyim” gül salonları şəbəkəsindən həmin illər ərzində 60 min manatlıq gül alınıb. Nazirliyin inzibati binasının qarşısında olan dibçəklərin alınması üçün isə 14 min manat xərclənib.
Həmin hesabatda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovla bağlı bəzi xərclər açıqlanıb. Məlum olub ki, Nəciməddin Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat xərclənib.
Bundan əlavə Nəciməddin Sadıkova göstərilən illərdə 80 çaxır alınıb ki, həmin çaxırların birinin qiyməti 100 manat olub.
Növbəti məhkəmə prosesi iyulun 19-da keçiriləcək.
Xatırladaq ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatdan çoxu ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (Mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 2026 00:48
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 2026 17:34
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Prezident sakinlərlə görüşdü, Zangilan City Park Hotelin təməlini qoydu (YENİLƏNİB)
10 may 2026 13:46
- Məhkəmə qərarını geri oxutmaq istəyirlər – işin içində keçmiş vəkil Adəm Məmmədov da var
10 may 2026 13:05
- Artıq ALƏT kimi də istifadəyə yaramırsan
10 may 2026 12:39
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
