NAR-ın dəstəyi ilə Ana dilində səlis danışanların çempionatı - Cəlalə Nəzəroğlunun müsahibəsi
Artıq 4-cü ildir ölkəmizdə “Diksiya Akademiyası”nın “Ana dilində hekayəni danış” natiqlik çempionatı keçirilir. Azərbaycanın dörd bir yanından gənclər çempionatda hekayələrini danışırlar və natiqlik bacarıqları ilə yarışırlar.
“Ana dilində hekayəni danış” natiqlik çempionatının 4-cüsünün finalı bugünlərdə baş tutacaq. Final öncəsi Diksiya Akademiyasının rəhbəri Cəlalə Nəzəroğlu ilə layihə haqqında söhbətləşdik.
“Qafqazinfo” həmin müsahibəni təqdim edir:
- Cəlalə xanım, “Ana dilində hekayəni danış” natiqlik çempionatını həyata keçirmək üçün sizə ilham verən nə oldu?
- Mən orta məktəbdə oxuyanda, tez-tez həm rayon daxilində, həm bütün ölkəni əhatə edən şeir müsabiqələri keçirilirdi. Həmişə düşünürdüm ki, hər kəs şeiri əzbərləyib pafoslu formada deyə bilir. Görəsən, nəzmlə deyil, nəsrlə danışsaydılar, yenə də eyni nəticəni göstərə bilərdilər? Şeiri demək üçün xüsusi tələblər var, onları da yerinə qoyduğumuz zaman o çempionatda yaxşı performans göstərə bilirsiniz. Orada bizim söz ehtiyatımız sorğulanmır. Bədahətən öz fikirlərini deməyə gələndə, çox adam duruxub qalır. Düşündüm ki, belə bir çempionatı keçirəriksə, kölgədə qalmış, üzünü göstərə bilməyən, parlaq zəkalı gənclərimizi gün işığına çıxararıq. Yaxud ömür boyu öz bacarıqlarını ört-basdır edən, özünü ciddi bir kompleksin içinə salıb orada çapalayan insanlar bizim səhnəmizə çıxdıqları zaman sanki qaranlığı yaracaqlar, işığa qovuşacaqlar. Beləliklə, bu layihəyə başladıq. Elə birinci ilindən böyük maraq doğurdu. Yüzlərlə gənc bizə öz videolarını çəkib göndərdi. İldən-ilə də müraciət edənlərin sayı artır.
- Çempionat zamanı tam şəkildə faydalanmalarını təmin etmək üçün iştirakçılara hansı təlimlər keçirilir?
- Birinci mərhələ üçün gənclər bizə öz videolarını çəkib göndərirlər. O videolar ələnir və ikinci mərhələyə keçmiş şəxslərə biz çempionatın ilk günlərindən başlayaraq həyəcanlanmamaqları üçün nəfəs təlimləri keçirik. Səslərini doğru istifadə etsinlər deyə, səs məşqləri edirik. Sözləri doğru tələffüz etsinlər deyə, artikulyasiya - yəni ağız tənbəlliyini ortadan qaldıran məşqlər edirik. Parazit səslər çıxarmadan fikirlərini düzgün və dəqiq ifadə etsinlər deyə, söz ehtiyatını artırmaq istiqamətində tövsiyələrimizi veririk. Bədən dili ilə bağlı məşqlərimiz olur, təsirli mövzu seçimi ilə bağlı məlumatlandırırıq. Təkcə nəzəri bilgi verməklə kifayətlənmirik, hər biri praktik olur.
- Yəni qalib olmayan iştirakçılar da yarışdan əliboş qayıtmırlar.
- Hətta ikinci mərhələyə adlamamış gənclərin də bir qazancı olur. Ən azından o cəsarəti özlərində toplayıb, telefonun ön kamerasını açıb video çəkib bizə göndəriblər. Yüz min kilometrlik yol ilk addımla başlayar. İkinci mərhələyə adlamış gənclərimizə təlim keçirik, öyrənirlər. Finala qədər gediblərsə, bu özü onlarda inam hissi yaradır. Finalçılarımız isə qalib olmağın zövqünü də yaşayırlar. Biz ilk 3 yeri deyil, 4, 5 və 6-cı yerləri bölüşdürən dostlarımıza simvolik hədiyyələr veririk ki, ən azından bu yarışmadan bir xatirələri qalsın.
- Mən bir yarışınızda iştirak etmişdim, maraqlı hekayələr danışılır. Çıxışların mövzuları ilə bağlı tələblər nələrdir?
- Əsas kriteriyalarımızdan biri çıxışın motivasiya xarakterli olmasıdır. Yəni sənə qulaq asan gənc mütləq ilhamlanmalıdır. İkincisi, yeni məlumat əldə etməlidir. Çıxışlar kitablardan, videolardan alınmış təkrar fikirlər olmamalıdır. Əlbəttə, qaynaqlarınız olmalıdır, amma onları bir növ emal edib özünüzün yeni fikirlərizi ortaya qoymalısınız. Mövzu seçimində sərbəstdirlər.
- Layihənin maraqlı tərəflərindən biri də onun Bakıyla məhdudlaşmaması, eyni zamanda regiondan olan insanların da iştirak etməsidir. Bütün bölgələrin iştirakını təmin etmək layihənin əhatəliliyini və təsir gücünü necə artırır?
- İstedadlı gənclər hər yerdə var. Bakı paytaxtdır, mərkəzdir. Burada təlim, tədris imkanları daha genişdir. Bölgələr haqqında eyni fikri təəssüf ki, söyləyə bilməyəcəm. Bölgə gənclərini biz bu mövzuda istisna etmək istəmədik. Əgər onlar da bu səhnəyə çıxmaq, “Mən də varam” demək istəyirlərsə, niyə də onlar qoşulmasınlar? Birinci mərhələ bizdə onlayn olur, ölkənin dörd bir yanından gənclər öz videolarını bizimlə bölüşürlər. Seçildikləri zaman isə yarımfinal və finalda iştirak üçün Bakıya gəlirlər.
- Layihə 4 il ərzində necə inkişaf edib?
- Layihəni ərsəyə gətirməmişdən öncə çox uzun-uzadı müzakirələr aparmışıq. Elə bir iş ortaya çıxarmaq istəyirdik ki, ayaqları sağlam olsun. İldən-ilə təbii ki müəyyən qədər dəyişikliklər var, inkişaf etdirmişik. Hər bir layihənin keyfiyyətli, çoxşaxəli keçirilməsi birbaşa maliyyə dəstəyindən asılıdır. İşin yaradıcı tərəfi öz yerində, amma hərəkətverici qüvvə eyni zamanda maliyyədir. 2 ildir ki, “Nar” bu layihənin əsas dəstəkçisidir. “Nar”ın layihəmizi dəstəkləməsi inanılmaz dərəcədə faydalı oldu.
Deyir ki, tək əldən səs çıxmaz. “Nar” da bizə bu layihədə böyük dost əlini uzadır. Bu mövzuda bizi tək qoymadıqları üçün təşəkkür edirəm.
- “Nar” bununla dövlətin ana dilimizlə bağlı siyasətini dəstəkləmiş olur.
- Əlbəttə, belə böyük, mütərəqqi, nüfuzlu şirkətin yanımızda olması çox qürurvericidir. Eyni zamanda dilimizin qorunması, saflaşdırılması, gələcək nəsillərə çatdırılması ilə bağlı dövlətimizin həmişə aktiv bir siyasəti var. Bax bu prioritet məsələlərdən biridir. “Nar” bu çempionata dəstək verməklə, eyni zamanda həmin siyasəti də dəstəkləmiş sayılır. Ana dili məhrəm, həssas, hər kəsin təəssübünü çəkdiyi mövzudur. Sağ olsunlar ki, ana dilimizə bu qədər ciddi yanaşırlar.
- Cəlalə xanım, 4-cü dəfə təşkil edilən çempionat ana dilimizin islahatına hansı töhfəni verib?
- İnsanların çoxunda 20 ildən çoxdur, belə təəssürat var. Əgər xarici dil bilirsənsə, bir az da İT sahəsində səriştən varsa, işlə təmin olunacaqsan. Əgər heç bir xarici dili bilmirsənsə, sənə iş yoxdur. Biz insanlara bunu göstərdik ki, bəli, xarici dili bilmək üstünlükdür, amma yalnız ana dilini bilərək də karyera qurmaq mümkündür. Hər kəs ana dilində danışır, amma kim bəlağətli, bir natiq, lider kimi danışır? Bu sualı biz sanki şüuraltı yeritməyə çalışdıq. Görəsən, bu qabiliyyət məndə də varmı? İnsanlar bu sualı özlərinə verməyə başladılar. Kimi müsbət cavab aldı, kimi də oturub özünə dedi ki, öyrənməyə dəyər. Ana dilində parazit səslər çıxarmadan, parazit söz demədən, yad kəlmələrdən istifadə etmədən, qan tərə batmadan rahat danışmaq mümkündür. Əsas odur ki, yol göstərən olsun, bir də bir az cəhd etmək lazımdır.
- Bu çempionatın Azərbaycan cəmiyyətinə, xüsusən də dil və mədəniyyətin qorunub saxlanmasına təsiri ilə bağlı uzunmüddətli baxışınız necədir?
- Təbliğat maşını hər zaman işə yarayır. Zərdabinin bir sözü var idi, deyirdi ki, əgər su mütəmadi olaraq bir yerə illərlə tökülərsə, daşı belə deşə bilər. Təkcə çempionat zamanı deyil, hər zaman biz sosial şəbəkə hesablarımızdan, radio və televiziya kanallarındakı çıxışlarımızdan insanlara səslənirik ki, xoşbəxt olmaq istəyirsinizsə, özünüzü təsdiq edin. Mütləq ki nə isə bacarırsınız. Bu təsdiqin yolu isə danışmaqdan keçir. Deyək ki, siz ağıl küpüsünüz, dünyagörüşünüz genişdir, 7-8 dil bilirsiniz, o ixtisasa dərindən yiyələnmisiniz. Amma bir layihəni əlaqədar şirkətdə təqdim etmək istəyəndə, iki cümləni ard-arda qoya bilmirsinizsə, deyəcəklər ki, əgər qeyri-inandırıcı danışırsa, layihəni necə icra edəcək? Əvvəllər Azərbaycanda diksiya, düzgün danışıq o qədər də populyar deyildi. Əvvəllər yalnız ingilis və rus dilini bildiyi üçün fəxr edən adamlar artıq görürlər ki, dövr o deyil. Bu gün xarici dillərlə yanaşı, ana dilində səlis danışmaq ən ciddi tələblərdən biridir.
- Natiqlik bacarığının iş həyatında önəmli olduğunu dediniz. Çempionata qoşulmaq keçmiş iştirakçıların karyeralarına necə təsir edir?
- Maraqlıdır ki, 2, 3 və 4-cü illərdə keçirilən çempionata daha öncə ələnmiş, heç birinci turdan keçməmiş şəxslər də qoşulublar. Görünən odur ki, onlar keçən illər ərzində müxtəlif üsullardan istifadə edərək öz nitqlərini təkmilləşdiriblər və artıq bu çempionatın ən azından yarımfinalında iştirak etmək haqqı qazanıblar. Bu, bizim gənclərin əzmini göstərir. O insanlar öz üzərlərində işləməyi öyrəndilər, bu isə karyeraları üçün önəmli məqam olur.
Yarışda iştirak edənlərə gəlincə, keçənilki çempionatın qalibi Elza Hacıyeva yarışa qatılanda tələbə idi. Ordakı çıxışını çox bəyəndim, Diksiya Akademiyasında işlə təmin edildi. Eləcə də öz nitqi ilə həm jüriləri, həm auditoriyanı ovsunlayan gənclərin hamısı ilə maraqlandılar, hətta iş təklifi etdilər.
Ümumilikdə, yüzlərlə gənc bu müsabiqədə iştirak edib, bizimlə öz həyat hekaylərini bölüşüblər. Çempionatdan sonra onların karyeralarında, şəxsi həyatlarında nələr dəyişməsini eşidəndə, qürur duyuram. Hər birinə müsbət toxunuşları olur.
- Maraqlıdır, layihə ilə bağlı gələcəkdə hansı planlarınız var?
- Fevral ayında Beynəlxalq Ana dili günü keçirilir. Düşünürük ki, bundan sonrakı mərhələdə ildə bir dəfə deyil, iki dəfə çempionat keçirək və daha çox insanı əhatə edək. Biri də Beynəlxalq Ana dili günü ərəfəsində olsun.
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
4 aprel 2026 10:26
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
3 aprel 2026 18:29
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 2026 14:22
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
08 aprel 14:09
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
08 aprel 13:40
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
