- Bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi - Siyahı
- Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada, o biri ...
- Noyabrda 12 gün iş olmayacaq - Tarixlər
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
Xanlar Fətiyev haqqında sensasion faktlar: Sabiq deputat külli miqdarda vəsaiti ölkədən necə çıxarıb?
Son günlər mediada parlamentə öz namizədliyini irəli sürənlər müzakirə edilir. Parlamentdə olduğu müddətdə "susmaq qızıldır”- ifadəsini əlində bayraq edərək danışmayanlar yenidən önə keçiblər. Əslində parlament sözünün mənası danışmaq deməkdir. Elə millət vəkili də xalqın sözünü öz üzərinə götürüb parlamentdə danışan adama deyirlər. Ərəb dilindən götürülmüş "vəkil” sözü "başqasının işini görmək üçün tapşırıq almaq” anlamına gəlir. Latıncadan "advakatus” sözü isə "yardıma çağırıram” mənasını verir. Yəni istənilən halda millət vəkili adını daşımağa layiq olan şəxs, həmin secicilərinin sözünü parlamentdə deməlidir. Amma elə millət vəkillərimiz olub ki, parlamentdə olduqları müddətdə bir dəfə də olsun danışmayıblar. Belə susmağı qızıl hesab edənlərdən biri də sabiq deputat Xanlar Fətiyev olub. Sabiq deputat parlamentdə olduğu dövrdə bir dəfə də olsun danışmayıb. Əgər danışsaydı onun videogörüntüsünü ekranlarda görə bilərdik. Uzun müddət susqun qalan sabiq deputat bu illərdə öz gününə ağlamağı bacarıb. Yəni fərasət işlədərək özünə böyük biznes qurmağı bacarıb. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olan Xanlar Fətiyev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi sədrinin müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, İntizam komissiyasının üzvü olub. Amma bu saydıqlarımız sadəcə bir görüntü olub. Xanlar Fətiyev Azərbaycan-Avstraliya və Yeni Zelandiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Almaniya Federativ Respublikası, Belarus, Bolqarıstan, Çexiya, Çin, İraq, Koreya, Makedoniya, Moldova, Sloveniya, Tailand parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub. Ağıllı olan Fətiyev məhz işçi qrupunun üzvü olduğu ölkələrdə biznes qurmağı bacarıb. Sabiq deputat öz biznesini genişləndirməklə həmin dövrdə külli miqdarda vəsaiti ölkədən kənara çıxarmağı bacarıb. Fərasətli olan sabiq deputat müxtəlif ölkələri əhatə edən biznes şəbəkəsi qurub. Hələ bir neçə il öncə mühacirətdə yaşayan araşdırmaçı-jurnalist Cavanşir Həsənli Xanlar Fətiyevin Avropanın bir sıra ölkələrində qurduğu şirkətlər barəsində sənədləri açıqlayıb.
Hələ o zaman Cavanşir Həsənli Xanlar Fətiyevin biznesi ilə əlaqədar hazırladığı və özünün "Facebook” profilində yerləşdirdiyi materiallara nəzər salaq:
"Parlamentin mandatını daşıyan oliqarx, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev Almaniyada böyük işlər görməkdədir. Adamı zatən ora təyin ediblər ki, Almaniyada ölkəmizlə bağlı iş aparsın, ikitərəfli əlaqələrin inkişafına öz töhfəsini versin. O da əlindən gələni edir. Berlində, Ştutqartda şirkətlər açıb, nə az-nə çox 3 milyon avrodan artıq yatırım edb. Şəkillərini paylaşdığım AZ seriyalı 100 minlik avtomobillərə təkcə Berlində və Ştuttqartda deyil, Münxendə, Hamburqda, Frankfurtda, Drezdendə (aeroport terminalı) rast gələ bilərsiniz.
Bunlar kolleksiya filan deyil, Gəncə Avtomobil Zavodunun rəhbərinə məxsus avtomobillərin icarəsi ilə məşğul olan AZNUR GMBH şirkətinə məxsusdur.
Şirkət 2010-cu il iyunun 15-də Charlottenburg (Berlin) ədliyyəsində nizamnamə kapitalı 25 min avro olmaqla HRB 127288 B saylı şəhadətnamə ilə qeydiyyatdan keçib. Müxtəlif vaxtlarda Sona Osmanova, Murad Süleymanov, Fəxri Həsənov tərəfindən idarə olunub. Berlinin AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərən şirkətin hazırki direktoru Elvira Şahbazovadır. Elvira Şahbazova bir müddət həm də Berlində Fətiyevə məxsus, 2006-cı ilin fevralından fəaliyyət göstərən, dövriyyəsi 1 milyon avrodan yuxarı olan BRASIL GASTRO GMBH adlı şirkəti və eyni adlı restoranı idarə edib.
Xanlar Fətiyev bir müddət adıçəkilən restoranı tanıdığını və orada olduğunu etiraf etsə də, "Brasil Brasileiro”nun ona məxsus olduğunu təkzib etmişdi:
"Berlində, Kudamda yerləşir. Çox gözəl restorandır. İstəyərdim, mənim olsun, ancaq o restoran mənim deyil və mənə heç bir aiddiyəti yoxdur”.
Deputatın Almaniyadakı daha bir şirkəti 2010-cu ilin oktyabr ayında Ştuttqart şəhərində AZNUR STUTTGART GMBH adı ilə 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib. 2016-cı ilin aprelin 20-də şirkət yenidən Charlottenburg (Berlin) ədliyyəsində HRB 176094 B saylı lisenziya ilə qeydiyyatdan keçirilib və AZNUR TRAVEL GMBH adı ilə Berlində Fətiyevin avtomobillərinin kirayəsi ilə məşğul olan AZNUR GMBH-nin ofisində, AUGSBURGER STR. 31 ünvanında fəaliyyət göstərməyə başlayıb, yeni nizamnaməyə uyğun olaraq turizm xidmətləri göstərir. 2011-ci ili 100 min avro zərərlə başa vuran bu şirkətini hazırda Berlində yaşayan Sona Osmanova idarə edir.
Almaniyanın Lübeck şəhərində, Pinassenweg 26-da isə AZNUR GMBH tərəfindən taksi parkı açılıb.
AZNUR adı altında Fətiyevin Gəncə Avtomobil Zavodundan şaxələnən biznesi Maltaya, İspaniyaya qədər uzanıb. İspaniyanln Ciudad aeroportunda da AZNUR-un kirayə avtomobilləri xidmət göstərir.
Keçək, Belarusiyaya…
Bu ölkədə Fətiyevin iki şirkəti var. Minskdə Xanlar Fətiyevə məxsus AZNUR ZTAA (Замежнае таварыства з абмежаванай адказнасцю "АЗНУР””) şirkəti də avtomobillərin icarəsi ilə məşğuldur. 2010-cu ilin sentyabrın 15-dən fəaliyyətdə olan şirkətin (qeydiyyat nömrəsi: 191431445) ofisi Belarusiya paytaxtının Sovetskaya 2/2 ünvanında yerləşir. Şirkətin bu ünvandakı avtoparkından başqa, Minskin Kirovsk küçəsi 13 ünvanındakı "Crowne Plaza” otelində də xidmət parkı var. Şirkət sürücüsüz və ya sürücülü olmaqla ümumilkdə icarəyə 32 avtomobil təqdim edir. (http://aznur.by/services/…)
Deputatın Belarusiya paytaxtındakı taksi xidməti ilə məşğul olan digər şirkəti AZNUR TAKSİ (Прыватнае ўнітарнае прадпрыемства па аказаннi паслуг "АЗНУР Таксі”) 2015-ci ilin sentyabrın 14-dən fəaliyyətə başlayıb, lakin ötən ilin martında bağlanması üçün rəsmi müraciət olunub.
Moskva və Kiyevdə də şirkətin avtomobillərin icarəsi xidməti göstərən filialları var.
Azərbaycanda AZNUR MMC ilə bağlı isə yazmağa lüzum yoxdur, zatən Binə aeroportundan tutmuş ölkənin bir sıra şəhərlərində Fətiyevin avtoparkları hər kəsə bəllidir.
Amma oliqarx deputat heç də təkcə avtomobil icarəsi, taksi xidməti və turizm sahəsində imperiya qurmayıb. Bakı şəhərində Nərimanov prospekti 205 ünvanındakı "Belaruski” supermarketi də deputata məxsusdur.
Buna qədər Xanlar Fətiyev Tiflisdə eyni ad altında 4 supermarketdən ibarət marketlər şəbəkəsi qurub.
1. Tbilisi, 10 I. Abashidze St.
2. Tbilisi, 34 Ts. Dadiani St, B. 5
3. Tbilisi, 4/2 Gulia Sq.
4. Tbilisi, Gldani, II M/D, 1 Pore Mosulishvili St.
Marketlər Fətiyevin Gürcüstandakı AZNURGEORGIA şirkəti tərəfindən idarə olunur.
AZNUR GEORGİA LLC 2016-cı il mayın 23-də Gürcüstanın Ədliyyə nazirliyində 404513941 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirilib. Qeydiyyat ünvanı Georgia, Tbilisi, Vake-Saburtalo, M.Kostava N 63/68 olaraq qeyd olunub. Şirkətin rəsmi təsisçisi Fətiyevin Azərbaycandakı AZNUR MMC (2002-ci ildən fəaliyyətdədir) şirkətidir.
Azərbaycandakı AZNUR TRADE MMC supermarketlər şəbəkəsi üçün təkcə ötən ilin yanvarında Belarusiyanın Poltava ət kombinatına (Тов Полтавський Мясокомбінат) 19950 kq ət məhsulları sifariş edib.
Bu da hamısı deyil, Fətiyev çox uzaq ölkələrin birində xüsusilə "məşhurdur”. Əməlli-başlı skandal yaradıb.
Bu barədə başqa bir vaxt…”
Göründüyü kimi "susmaq qızıldır” deyib danışmayan Fətiyev cəmi bir neçə il ərzində Avropanı fəth etməyi bacarıb. Bu gün yenidən parlamentə düşmək eşqinə düşən və bunun üçün himayədarlarından dəstək alan Fətiyev görəsən indi hansı qitəni fəth etmək eşqinə düşüb.
Artıq çoxlarına məlumdur ki, Fətiyev kimlərinsə razılığını almaqla işin yarısını həll edə bilib. Qaldı namizədliyi hakim partiya tərəfindən irəli sürüldüyü 98 saylı Bərdə – Tərtər seçki dairəsinin seçicilərinin insafına…
İndi 98 saylı Bərdə – Tərtər seçki dairəsinin seçicilərinin ona səs verəcəyi heç də inandırıcı görünmür.(demokrat.az)
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 2025 12:41
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 2025 00:22
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 2025 00:04
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 2025 22:02
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
23 oktyabr 2025 15:37
- İqbal Məmmədovun MİLYONLARLA VERGİ BORCU VAR
23 oktyabr 2025 15:01
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 2025 13:33
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 2025 11:26
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 2025 01:55
- Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
23 oktyabr 2025 01:27
- Veteranlara verilən 80 manat artırılacaq?
24 oktyabr 22:42
- Sərdar Səfərova general-mayor rütbəsi və yüksək vəzifə verildi
24 oktyabr 22:05
- İmperiya varislərinin Bakı-İrəvan barışını alqışlamaması təəccüblü deyil... - Zahid Orucdan MÜHÜM ÇIXIŞ
24 oktyabr 12:45
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 12:41
- Bir sıra məhkəmələrə yeni hakimlər təyin edildi - Siyahı
24 oktyabr 12:20
- Hər gün mixək çubuğu çeynəyin...
24 oktyabr 11:24
- Dünyada iki ölkənin paytaxtı yoxdur: Biri Avropada, o biri ...
24 oktyabr 11:01
- Noyabrda 12 gün iş olmayacaq - Tarixlər
24 oktyabr 01:34
- General Mövlam Şıxəliyev HƏBSXANADA KEFDƏDİR, HƏR AY 2O MİN DOLLAR XƏRCLƏYİR
24 oktyabr 00:22
- Rəsulzadəni öldürməkdən imtina etdiyi üçün ölüm əmri verilən qəhrəman
24 oktyabr 00:04
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 22:02
- Qalina Mehdiyeva erməni dilində ağı deyib,ağlayırmış — Mehdiyev qayınanasını harda dəfn edib? - ÖZƏL REPORTAJ
23 oktyabr 15:37
- Həlak olan daha 1000 əsgərin CƏSƏDİ Ukraynaya qaytarıldı
23 oktyabr 15:09
- İqbal Məmmədovun MİLYONLARLA VERGİ BORCU VAR
23 oktyabr 15:01
- Ramiz həbsxanaya düşsə, dözməz, ÖLƏR ORDA! – Əli İnsanovdan SENSASİON MÜSAHİBƏ (VİDEO)
23 oktyabr 13:31
- Bir şəklin tarixçəsi: Fəzail Ağamalı Ramiz Mehdiyevin önündə məruzə edir
23 oktyabr 11:41
- Ramiz Mehdiyevin həbsdəki adamı - Ona da xəyanət etmişdi
23 oktyabr 11:26
- Prezident Viktor Orbanı təbrik etdi
23 oktyabr 11:16
- Bakıda evin kirayə haqqını verə bilməyən ALİM küçədə yıxılıb ÖLDÜ
23 oktyabr 11:01
- Qazaxıstanda ağır qəza - 12 ölü
23 oktyabr 10:48
- Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
23 oktyabr 01:55
- Niderlandlı Dieqo Bakker deyir ki, GORANBOYLUYAM...VİDEO
23 oktyabr 01:25
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 00:58
- Mehriban Əliyevanın Roma Papası ilə görüşündə bu sənət əsəri təqdim olunub - Foto
22 oktyabr 23:45
- Prezident Yaqub Eyyubova -İstiqlal- ordenini təqdim etdi (YENİLƏNİB)
22 oktyabr 22:18
- Bakı metrosunda sərnişin öldü
22 oktyabr 21:55
- Rəsul Quliyev və Həsən Həsənov Mehdiyevi YERLƏ-YEKSAN ETDİ: ŞOK FAKTLAR üzə çıxdı: nələr EDİBMİŞ?
22 oktyabr 12:11
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 10:54
- AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda
22 oktyabr 10:06
- On ilimi onunla keçirmişəm, silmək mümkün deyil
22 oktyabr 01:41
