Elton Məmmədov danışdı və ELƏ SÖZLƏR DEDİ Kİ... - SENSASİYA
“Bizim yüksəlişimizin Trampla əlaqəsi yoxdur”
Deputatlığa namizədliyi ləğv olunan Elton Məmmədov Məmmədovların ovaxtkı ABŞ prezidenti ilə əlaqələri haqda nələr demişdi...
Ziya Məmmədovun qardaşı Elton Məmmədovun deputatlığa namizədliyinin ləğv edilməsindən sonra da bu mövzu ətrafında müzakirələr səngiməyib. Yada salaq ki, E.Məmmədov bildirib ki, deputatlığa namizədliklə bağlı sənədlərini təqdim edəndən sonra təhdidlə üzləşib:
“Gedib, mənə imza verən həmyerlilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanmı Elton Məmmədova imza vermisiz? Onlar da ”hə" deyib. Mən cənab Prezidenti, dövləti sevən adamam. Bu adamlar yaramazlıqları ilə dövlətin siyasətinə xələl gətirir. Bu işlərin başında Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur. Bu adamlar özü saxtakardır. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəmi geri verim. Vermədim, ona görə də belə saxtakarlıq etdilər. Mən müxalifət deyiləm, mən cənab Prezidentin əsgəriyəm. Niyə belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar əziyyət çəkir".
70 yaşlı Elton Məmmədov Milli Məclisin II, III və IV çağırış deputatı olub. Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb. Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir. İddialara görə, Ziya Məmmədovun oğlu ilə şərikli biznesi olmuş Trampın yenidən Ağ Evə qayıdış şansı artan kimi Məmmədovlar klanı fəallaşmağa başlayıb.
Elton Məmmədov 2016-cı ildə Donald Trampın prezident seçilməsindən sonra yerli saytlardan birinə bu barədə danışıb. E.Məmmədov öncə deyib ki, Donald Trampın prezidentliyi dövründə ən azı Azərbaycanla strateji əməkdaş kimi bütün sahələrdə əlaqələri davam etdirəcək: “Arzu edək ki, ABŞ-ın yeni dövlət başçısının Azərbaycan prezidenti cənab İlham Əliyevlə münasibətləri yaxşı olsun ki, xalqımızın qlobal problemi olan Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində müsbət addımlar atılsın”. O deyib ki, Trampın prezident seçilməsi onun üçün sürpriz olub: “Mən siyasi arenada daha çox nüfuzu ilə tanınmış Hillari Klintona üstünlük verirdim. Düşünürdüm ki, o seçilər, amma bu, mübarizədən Donald Tramp qalib çıxıb. Qalib isə heç vaxt müzakirə olunmur”.
O, qardaşı oğlu Anar Məmmədovun ABŞ prezidentini təbrik edənlər arasında yer almasından danışarkən bunları deyib: “Mən düşünürəm ki, belə hala yalnız və yalnız sevinmək lazımdır. Azərbaycan gənclərinin, siyasətçilərinin, iş adamlarının belə mötəbər arenada olan insanlarla münasibətlərinin, onları yaxından tanımalarının dövlətə heç bir ziyanı yoxdur. Bu baxımdan düşünürəm ki, fərdi münasibətlər həm də dövlətçilik münasibətlərinə təsir göstərir, daha da yaxşı əlaqələr qurulur. Nəticə etibarilə xalqımız daha yüksək dividendlər qazanır. Mən belə bir addımı yüksək qiymətləndirirəm və düşünürəm ki, ölkə rəhbəri ilə yanaşı belə fərdi təbriklər ölkəmiz üçün müsbət haldır”.
Nəhayət, bu gün üçün də aktual olan sual: “Məhz bu əlaqələr fonunda Məmmədovlar və Tramp ailəsinin isti münasibətləri diqqətdən yayınmır. Elə bu səbəbdəndir ki, Donald Trampın prezident seçilməsinin Məmmədovlar ailəsinin yüksəlişi üçün zəmin yaratdığı iddiaları var. Razılaşırsınızmı bu iddialarla?”
Elton Məmmədovun cavabı belə olub: “Bizim yüksəlişimiz ölkə rəhbəri və Azərbaycan xalqı ilə bağlıdır. Mənim heç bir xarici vətəndaşlığım yoxdur ki, kiminsə haradasa seçilməsindən istifadə edim. Mən bunu belə qiymətləndirmirəm və belə də qəbul etmirəm. Allah bizi yüksəltsin, cənab prezident yüksəltsin və xalqımız da qiymət versin”.
Zənimizəcə, əlavə şərhə ehtiyac yoxdur...
“Yeni Müsavat”
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Gedib Somalidən ƏT ALIRIQ: Bu, bizim üçün AYIBDIR! - Fikrət Yusifovdan SENSASİON SÖZLƏR
24 fevral 2026 00:02
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
