Azərbaycan Vyetnama ƏT ixrac edəcək
Soyudulmuş ətlər hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil yolu ilə daşına bilər
Azərbaycan Vyetnama hər il 1 000 tondan çox ət və ət hissələri ixrac edəcək. Bununla bağlı Bakıda “Canet” MMC və Vyetnam Aşpazlar Assosiasiyası arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlərlə bu istiqamətdə danışıqlar aparılıb: “İmzalanan Niyyət protokoluna əsasən, Azərbaycandan ət Vyetnam şirkətlərinin tələbatına əsasən ixrac ediləcək. İxracın həcminin illik 1 000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş ətlər hava nəqliyyatı, dondurulmuş ətlər isə avtomobil yolu ilə daşına bilər”.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycan Vyetnamdan 55,1 milyon dollarlıq mal və məhsul idxal edib. İdxalın əsasında mobil telefon, məişət texnikası, dərman və ərzaq məhsulları dayanır. Beş ayda bu ölkəyə ixracımız 247,25 min dollar dəyərində 85,5 ton “Heyvanların təzə, soyudulmuş, dondurulmuş bağırsaqları, kisəcikləri və mədə”lərindən ibarət olub. Bu, yanvar-mayda ət ixracının başlanmadığını göstərir. Hələlik ixrac bağırsaq, kisəçik və mədələrdən ibarətdir. Lakin razılaşma varsa, ətin də ixracı reallaşa bilər...
Azərbaycanın hansısa ölkəyə ət ixrac etməsi xeyli maraq doğurur. Çünki ölkə özünü ətlə tam təmin etmək gücündə deyil. Rəsmi statistikaya görə, ölkə üzrə illik adambaşına ət və ət məhsulları istehlakı 42 kiloqrama yaxınlaşır. Bu istehlakın tərkibində ən yüksək paya 16 kq ilə mal əti sahibdir. Qoyun və keçi əti istehlakı adambaşına 9 kq, quş əti istehlakı isə 15,4 kq civarındadır. Hökumət bu istehlakın 84,5 faizinin daxili istehsal hesabına təmin olunduğunu deyir. Lakin bu daxili istehsalın xeyli hissəsinin arxasında xaricdən idxal olunaraq bir neçə aylıq bəslənmədən sonra kəsimə verilən diri heyvanlar dayanır. Çünki Azərbaycanda iribuynuzlu heyvan və qoyun-keçi sayı sürətlə azalır. Rəsmi statistikaya əsasən ölkədə qoyun-keçilərin sayı 2020-ci ildəki 8,2 milyon başdan 2024-cü il yanvarın 1-nə 7,1 milyon başa düşüb. İnək-camışların sayı isə bu müddətdə 1,3 milyon başdan 1,2 milyon başa qədər azalıb.
Bu azalma diri heyvan idxalının artımı ilə paralel gedir: Azərbaycana ötən il ərzində rekord sayda diri qoyun idxal olunub: 25 milyon 102,97 min dollar dəyərində 320 543 baş. 2022-ci il ərzində bu idxal 15 milyon 901,2 min dollar dəyərlə 194 562 baş olmuşdu. Diri iribuynuzlu mal-qaranın idxalı isə 2022-ci ildəki 41 997 başdan ötən il 86 520 başa çatıb.
Mal-qara sayının azalması ət idxalının da artımı ilə müşayiət olunur. Belə ki, gömrük statistikasına əsasən 2023-cü ildə Azərbaycana 86 milyon 739 min dollar dəyərində (148 milyon manat) 41 708 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən ət idxalı dəyər ifadəsilə 2.9 faiz artıb, miqdar ifadəsilə 6.4 faiz azalıb. 2022-ci ildə Azərbaycana 84 milyon 264 min dollar dəyərində 44 573 ton ət idxal olunmuşdu.
2024-cü ilin yanvar-iyun aylarında isə Azərbaycana 58 milyon 621 min dollar dəyərində 26 min 466 ton ət idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycana ət idxalı dəyər ifadəsilə 18 milyon 172 min manat və ya 45 faiz, miqdar ifadəsilə 5 min 70 ton və ya 24 faiz artıb. 2023-cü ilin 6 ayında Azərbaycana 40 milyon 449 min dollar dəyərində 21 min 396 ton ət idxal edilmişdi.
Diri mal-qoyun idxalında əsas bazarımız olan Gürcüstandan xəstəliklərə görə idxala qoyulan qadağa Azərbaycana diri iribuynuzlu mal-qara və qoyun idxalında böyük azalmaya səbəb olub. Belə ki, yanvar-may aylarında 13 milyon 484,12 min dollar dəyərində 17 046 baş kəsimlik diri iribuynuzlu heyvan, 600,89 min dollar dəyərində 6060 baş diri qoyun idxalı qeydə alınıb. Ötən ilin eyni dövründə 7 milyon 314,86 min dollar dəyərində 22 215 baş diri iribuynuzlu heyvan, 2 milyon 830,18 min dollar dəyərində 32 152 baş diri qoyun idxal olunmuşdu. Bu o deməkdir ki, diri iribuynuzlu heyvan idxalı dəyər ifadəsində 84 faiz artsa da, say baxımından 23,3 faiz azalıb. Bu ilin beş ayında idxal olunan bir heyvanın qiyməti ötən ilin eyni dövründəki 329,2 dollardan 791 dollara qədər bahalaşıb.
Qeyd edək ki, Azərbaycanda mal və qoyun ətinin qiyməti durmadan bahalaşır. May ayında bu məhsullar aprellə müqayisədə 0,4 faiz, iyunda mayla müqayisədə 0,5 faiz bahalaşıb. İyul ayının ortalarında həm mal, həm də qoyun ətinin qiymətində orta hesabla 1 manat bahalaşma baş verib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında quş əti də daxil olmaqla diri çəkidə 290,3 min ton ət istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı cüzi səviyyədə - 1,7 faiz artıb. Bu artımda ötən il ölkəyə idxal olunaraq bəslənməyə alınan quzu və danaların payı kifayət qədər yüksəkdir.
Yeri gəlmişkən, bu ilin altı ayında Azərbaycanda qoyunların sayında azalma davam edib. Belə ki, 2024-cü il iyulun 1-i vəziyyətinə ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub. Qoyun-keçi sayında ötən ilin eyni dövrü ilə müqayisədə 200 min başdan çox azalma var...
Özünü ətlə tam təmin edə bilməyən, baha qiymətə xaricdən ət alan, diri heyvan gətirən bir ölkədən min ton ətin ixrac olunması planları həm də təəccüb doğurur...
Yazını hazırladı: Dünya SAKİT
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
