Məmurlar dediklərimi başa düşmürlər, amma üzümə gülümsəyirlər - Professor
Son zamanlar evlənənlərin sayı xeyli azalıb. Bir çox qızlar deyir ki, “yaxşı oğlan” yoxdur, oğlanlar isə çox vaxt bunun əksini iddia edir.
Mövzudan kənar qalmaq istəməyən qayınanalar da qızları bəyənmir.
Bəs bunlara səbəb nədir? Gənclər niyə ailə qurmaqdan çəkinirlər?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan sosioloq, professor Əhməd Qəşəmoğlu bildirib ki, bu məsələdə hər kəsin haqlı olduğu nüanslar var:
“Çox təəsüf ki, qızlarımız da, oğlanlarımız da düz deyir. Yeri gələndə qayınanalar da, qayınatalar da, başqaları da düz deyir. Cəmiyyətimizdə indi ailə qurmaq üçün lazımi keyfiyyətlərə malik olan gənclərimiz azalıb. Bunun da günahını gənclərdə görmək çox yanlışdır. Bunların günahı böyüklərdədir. Bizim keyfiyyətli yeni nəsil proqramımız olmalıdır. 30-40 ildir danışıram, eşidən yoxdur. Biz çalışmalıyıq ki, məktəbəqədər yaşda uşaqların təlim-tərbiyəsi ilə, müasir dövrün tələb etdiyi, lazım olan səviyyədə məşğul olaq. Hətta məktəblərdə də, ali məktəblərdə də, iş yerlərində də. Əvvala aydınlaşdıraq ki, yaxşı kimdir? Mənim tez-tez təkrar etdiyim ahəngyol elmində bunlar geniş əks olunub”.
Sosioloq qeyd edib ki, problemləri aradan qaldırmaq üçün kompleks şəkildə dəyişikliklər edilməlidir:
“O adam, o gənc daha yaxşı hesab oluna bilər ki, fiziki cəhətdən sağlam, mənəvi cəhətdən zəngindir, əməyə yaradıcı münasibət tələbatları yüksəkdir. Bu istiqamətdə gənclər formalaşdırmırıq. Həmişə söydüyümüz, tənqid etdiyimiz sovet sistemi belə gənclərdə yüksək mənəvi keyfiyyət aşılamağa çalışırdı, can atırdı. Biz çox təəssüf ki bu işləri görmürük. Bizim bədii əsərlərimiz, televiziya verilişlərimiz və s buna xidmət etməlidir. Mən bu sahənin mütəxəssisiyəm. Bu sahədə uyğun qurumlara dəfələrlə təkliflər vermişəm. Amma oradakı adamlar uyğun adamlarla işləmədiyi üçün başa düşmürlər ki, mən onlara nə təklif edirəm. Özlərini büyük məmur hesab edirlər və gülümsəyirlər. Və bu tamamilə ürəkağrıdıcı bir şeydir. Bizim ən böyük sərvətimiz daha keyfiyyətli insanlardır”.
Mütəxəssis bu sahədə çox çalışmalı olduğumuzu vurğulayıb:
“Keyfiyyətli körpələr, uşaqlar, yeniyetmələr,gənclər, yəni ümümiyyətlə keyfiyyətli insanlarımız olmalıdır. Bu istiqamətdə təəssüf ki çalışmırıq, lakin bizim xalqımızın buna çox böyük potensialı var. Çox böyük imkanlarımız var. Hər xalqda bu yoxdur. Biz bu potensialdan istifadə etmirik. Dərd o dərddir. Bizim gözəl ədəbiyyatımızda bir çox ənənələrimiz var. Dinimizdən də gələn gözəl ənənələrimiz var. Xalqımızın özünün gözəl ənənələri var. Biz bunları başlı-başına buraxmışıq, aşınıb yaddan çıxır. Mən böyük bir həyəcan təbili çalıram və deyirəm ki, bu sahədə böyük bir boşluq var. Bu gün bizim Mədəniyyət Nazirliyi, Gənclər Nazirliyi, Təhsil Nazirliyi, uyğun başqa qurumlar birlikdə bu məsələlərə çox ciddi əhəmiyyət verməlidir. Bu məsələlərə çox ciddi fəaliyyət proqramlarımız, platformalarımız, konsepsiyalarımız olmalıdır. Yoxdur. Bu çox ürəkağrıdıcı haldır. Bu sahəyə diqqət lazımdır”.
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 2026 14:06
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
