51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov: Şirvanda problemlər...
51 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizəd Peyman Sadıqov: Şirvanda problem “Xirtdəyəcəndir”
Hazırda təbliğat-təşviqat kampaniyasını bir çox istiqamətlərdə aparırıq və kampaniyamız uğurla davam edir. Mənim təşviqat kampaniyamın əsası dairənin ərazisində yaşayan gənc və orta nəslin nümayəndələrindən ibarət böyük bir komandadan ibarətdir. Namizədi olduğum dairənin ərazisində mövcud olan və sakinləri daha çox narahat edən əsas problemlərini öyrənmək komanda şəkilində çalışırıq. Çünki fiziki cəhətdən bütün problemləri görmək, onların qeydiyyatını aparmaq mümkün deyil. Lakin komanda şəkilində biz böyük bir ərazinin problemlərini görür, sakinləri narahat edən məslələri qeydiyyata alırıq. Sosial şəbəkə üzərindən seçkiqabağı təşviqatın aparılmasına, “Facebook” vasitəsilə insanlara vəd verməklə onların inamını qazanamağa çalışmağı düzgün addım hesab etmirəm. Əgər sən seçicinin problemini daha dəqiq bilmək və onu dinləmək istəyirsənsə, əziyyət çəkib onun ünvanına getməlisən. Çalışıram ki, fərqli və peşəkar şəkildə təbliğat-təşviqat kampaniyası aparım. Hər bir namizədin formalaşmış imici olmalıdır, onun müraciəti və məsələlərə yanaşması çox əhəmiyyətlidir. Seçicilərin namizəddən istədikləri vacib məsələləri sizin diqqətinizə çatdırıram. İlk öncə insanların yaşayış şəraitinin yaxşılaşdırılmasına, dövlətin bu istiqamətdə gördüyü işlərin daha da məhsuldar və effektiv olmasına çalışmaq. Korrupsiya və ədalətsizliyə qarşı mübarizədə ön sıralarda olmaq. Şəhərin bərbad vəziyyətdə olan yollarının bərpa olunmasına nail olmaq. Çıxarışı olmayan evlərə lazımi sənədlər verilməsinə köməklik göstərmək. Bundan başqa, şəhər ərazisinin abadlaşdırılması, müasir texniki avdanlıqlarla təchiz olunan klinikaların açılması, şəhərin müxtəlif yerlərində pulsuz idman zonalarının yaradılması və şəhər sakinlərinin struktur işsizliyinin aradan qaldırılması üçün aidiyyəti qurumların diqqətini bu istiqamətə yönəltmək. Namizədliyimi irəli sürdüyüm Şirvan şəhərində ən çox narahat doğuran məqam insanların ümidsizlik və inamsızlıq hissləri ilə yaşamasıdır. Şəhər sakinləri ilə söhbət zamanı onların uzun illərdir yaşadığı evlərinin çıxarışlarının və digər sənədlərinin olmamasına görə qeydiyyata alınmamağından şikayətləndilər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu sahədə müvafiq fərmanlar verilsə də, bəzi rayonlarda vətəndaşların şikayətləri həll olunmayıb. Yolların bərbad vəziyyətdə olması, kanalizasiya sisteminin normal şəkildə işləməməsi və digər sosial problemlər var. İnsanlar yol olmsa, kanalizasiya sistemi işləməsə, qaz, işıq, su olmasa, sadəcə əziyyət çəkəcəklər. Görünən odur ki, bu dairədən əvvəllər seçilən deputatlar sakinlərin həm həyətinə, həm də həyatına laqeyd yanışıblar. Şəhərin əsas problemi yolların bərbad vəziyyətdə olmasıdır. Xüsusilə qış aylarında yağıntılı havalarda yaşlılar və uşaqlar əziyyətlə bu yollardan istifadə edirlər. Şagirdlər palçıqlı yollarla çətinliklə məktəbə gedirlər. Belə şəraitsizlik onların məktəbdəki davamiyyətlərinə və normal təhsil almalarına mənfi təsir edir. İnsanları bu qədər narazı salan problemlərin həll olunmamasını mən yalnız dövlətə və hakimiyyətə qarşı təxribat kimi qiymətləndirirəm. Şirvanda iqtisadi problemlər mövcuddur. Yeni iş yerlərinin açılmasına ehtiyac var. İnsanlar kütləvi şəkildə işsizlikdən, dolanışığı olmadığından, ailədə ciddi problemləri olduğundan şəhərə üz tuturlar. Bu insanlar yalnız Bakıya deyil, Rusiyaya, Türkiyəyə, Orta Asiya ölkələrinə gedirlər. Müharibədən əvvəl Ukraynaya da gedirdilər. Bu insanların taleyindən, həyat tərzlərindən narahat oluram. İnsanları qaçqın kimi yaşamağa məcbur edən səbəb nədir? Təcili olaraq sosial problemlər dövlət səviyyəsində həll olunmalıdır ki, insanlar doğulduqları mühitdə rahat yaşaya, uşaq böyüdə, işləyə bilsinlər. Nəhəng şəhərdə evləri, işləri, təhsilləri yox, qalırlar küçələrdə... Hamı özünə şərait yaratmalı və taleyini normal, səlahiyətli bir insan kimi yaşamalıdır. Sosial problemləri yaradan səbəblər aradan qaldırılmalıdır. Şirvanda ciddi şəkildə kadr islahatları aparılmalıdır. Milli ruhlu, vətənpərvər insanlar şəhərdə rəhbərliyə gətirilməlidir. Şəhər sakinlərinin taleyi, həyat tərzi, dəyərləri ilə oynamaq olmaz. İnsanları mənən sınmağa, pis yola düşməyə, ehtiyaca görə qəddarlaşmağa, pis-pis işlərlə məşğul olmağa məcbur etməsinlər. Hər kəs bu sınaqlardan üzüağ çıxa bilmir. Əgər problem baş verirsə deməli orada pis təşkilat, pis rəhbərlik var ki, şəhərdə belə sosial problemlər yaranır. Bu gün Şirvanın sferasında ən ciddi problem narkomaniya ilə bağlıdır. Son zamanlar bu çox aktivləşib. Problemin bir sıra səbəbləri var: birinci, İranla yaxın olmağımız, oradan narkotranzitin keçməsi. İkincisi, gənclər arasında işsizliyin olmasıdır ki, bu da narkomaniyanın artmasına səbəb olur. İşsiz gənclər vaxtlarını öldürmək üçün bu yola can atırlar. Nəticədə gənclər arasında narkomaniyaya meyl artıb. Bu sahədə ciddi işlər görülməlidir. Şirvan camaatı əməksevər, işləməyi bacaran, çorək qazanmağın yolunu biləndir. Buna görə şəhərdə daha çox iş yerləri açılsa, Şirvanda inkişafa nail olmaq olar. Büdcə vəsaitləri hesabına əhaliyə pulsuz sosial xidmətlər göstərilməsi üçün fondların yaradılması vacib məsələlərdən biri olmalıdır. işsizliyə görə və ölkənin əmək qabiliyyəti olmayan vətəndaşlarının saxlanmasına görə müavinətlərin ödənilməsi üçün büdcələrdə (yerli və ümumdövlət) ehtiyat fondların yaradılması lazımdır. Əhalinin müəyyən kateqoriyalarına müxtəlif xidmətlər göstərən ictimai fondların geniş şəbəkəsinin mövcudluğu. Dövlət və işəgötürənlər tərəfindən göstərilən sosial xidmətlərə və təqdim olunan imtiyazlara vətəndaşların hüquqlarının qanunvericiliklə təsbit olunması və bu hüquqların reallaşdırılmasını təmin edən təsirli mexanizmlərin olması prioritet məsələdir
NUH.az
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 2026 00:55
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 2026 17:21
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 2026 19:05
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 2026 15:54
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
