Nəbi Xəzrinin 100 illik yubileyi qeyd ediləcək - Sərəncam
Prezident İlham Əliyev Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Musavat.com xəbər verir ki, Sərəncamda deyilir:
“2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi, ictimai xadim, Dövlət mükafatları laureatı Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur.
Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır.
Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır.
Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir. Nəbi Xəzrinin dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulmuş və müəllifinə şöhrət qazandırmışdır. Nəbi Xəzri eyni zamanda ictimai xadim kimi səmərəli fəaliyyət göstərmiş, Azərbaycan mədəniyyəti və incəsənətinin xarici ölkələrdə təbliği istiqamətində təqdirəlayiq işlər görmüşdür.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Nəbi Xəzrinin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 2026 23:40
- Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
22 aprel 2026 22:49
- Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
22 aprel 2026 19:49
- Fidan Abbasova: Susmayacağam – mənə qarşı qurulan çirkin kampaniyanın arxasında kimlərin dayandığını açıqlayıram
22 aprel 2026 11:44
- Tağıyevin qızına qulluq edən tələbə 30 ildən sonra danışdı
22 aprel 2026 00:41
- Əbilixoz Qarayevin Rusiyada balıq biznesi - 103 MİLYON ...
22 aprel 2026 00:00
- Deputatdan çoxmilyonluq dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF
21 aprel 2026 18:00
- Dilənçilər 200 manatadək cərimələnəcək
21 aprel 2026 13:55
- SON DƏQİQƏ: Bakı metrosunun bütün stansiyalarına giriş BAĞLANDI
21 aprel 2026 12:45
- Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
21 aprel 2026 00:23
- Azərbaycan və Türkiyə hərbçiləri Heydər Əliyev-2026 birgə təlimində
23 aprel 00:27
- Zahid Oruc : Əsl enerji təkcə yerin altında və Göylərdə deyil, insanların ideallarında, iradəsində və birliyindədir
22 aprel 23:40
- Həmin qadınların edam hökmü ləğv edildi - Tramp açıqladı
22 aprel 23:26
- Anar Bayramov daha iki yüksəkvəzifəli şəxsi işdən çıxardı
22 aprel 22:49
- Prezident kimi ölkəmizə ilk rəsmi səfəriniz yeni imkanlar açacaq - Foto
22 aprel 20:08
- Şagirdlərin zəhərlənməsi ilə gündəmə gələn şirkətə 9 milyonluq tender verildi
22 aprel 19:49
- Barat Yusubov vəzifəsindən AZAD EDİLDİ - Özü DANIŞDI
22 aprel 15:49
- Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub - Vaqif Abdullayev
22 aprel 14:46
- Prezident həmkarını sülh prosesi barədə məlumatlandırdı
22 aprel 14:36
- Fidan Abbasova: Susmayacağam – mənə qarşı qurulan çirkin kampaniyanın arxasında kimlərin dayandığını açıqlayıram
22 aprel 11:44
- Allahverdi Bağırovun doğum günüdür
22 aprel 11:36
- Latviya Prezidentinin rəsmi qarşılanma mərasimi - Fotolar
22 aprel 11:25
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
22 aprel 10:21
- Tağıyevin qızına qulluq edən tələbə 30 ildən sonra danışdı
22 aprel 00:41
- Latviya Prezidenti Azərbaycana səfərə gəldi - Fotolar
22 aprel 00:16
- Əbilixoz Qarayevin Rusiyada balıq biznesi - 103 MİLYON ...
22 aprel 00:00
- 2 MANATLIQ şirkətin 1,6 MİLYON vergi BORCU var
21 aprel 21:08
- Deputatdan çoxmilyonluq dövlət vəsaitinin yeyintisinin qarşısını almaq üçün TƏKLİF
21 aprel 18:00
- Onlar da güzəştli ipoteka kreditindən yararlana biləcək - Fərman
21 aprel 17:36
- Corcia Meloni Bakıya gəlir - Tarix açıqlandı
21 aprel 17:22
- Dilənçilər 200 manatadək cərimələnəcək
21 aprel 13:55
- SON DƏQİQƏ: Bakı metrosunun bütün stansiyalarına giriş BAĞLANDI
21 aprel 12:45
- Şahdağa 87 sm qar yağdı
21 aprel 12:32
- Böyük Qayıdış: Ağdama daha 92 ailə yola salındı
21 aprel 11:54
- Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
21 aprel 11:46
- Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
21 aprel 00:23
- Nasizmin qurbanı olan azərbaycanlılar üçün Bergen-Belzendə xatirə lövhəsi açıldı - FOTOLAR
21 aprel 00:12
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 22:00
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 20:19
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 18:57
