Tramp və Harris ilk debatlarını keçirdi - Əsas bəyanatlar
ABŞ-da prezidentliyə namizədlər Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib. ABŞ-ın keçmiş prezidenti və indiki vitse-prezidenti bir sıra daxili siyasi məsələləri, eyni zamanda Ukrayna da daxil olmaqla, xarici siyasəti də müzakirə ediblər.
Qaynarinfo ABŞ prezidentliyinə namizədlərin debatlardakı əsas bəyanatlarını təqdim edir:
90 dəqiqə davam etməli olan debat bir qədər uzanıb, xüsusilə də Trampın uzun-uzadı cavablarına görə. CNN-in hesablamalarına görə, keçmiş prezident ümumilikdə 43 dəqiqə, rəqibi isə 37,5 dəqiqə danışıb.
Ümumiyyətlə, müzakirələrdə xarici siyasət mövzularından çox iqtisadiyyat, miqrantlarla bağlı problemlər, abortların qadağan edilməsi, demokratiyanın qorunması və hakimiyyətin sülh yolu ilə ötürülməsi, tibb və s. kimi daxili siyasət məsələləri müzakirə olunub. Bununla belə, Rusiyanın Ukraynaya qarşı müharibəsi, İsraillə HƏMAS arasındakı münaqişə də öz yerini tapıb.
Rusiyanın Ukraynaya qarşı müharibəsi
Prezidentliyə namizədlər Rusiyanın Ukraynaya təcavüzü məsələsinə yalnız bir saatlıq debatdan sonra gəlsələr də, onun müzakirəsi emosional olub.
Tramp prezident olsaydı, Rusiyanın Ukraynaya hücum etməyəcəyi ilə bağlı bəyanatlarını təkrarlayıb, lakin o, moderatorun Kiyevin müharibədə qalib gəlməsini istəyib-istəmədiyi ilə bağlı sualından yayınıb.
"Mən müharibənin dayandırılmasını, həyatları xilas etmək istəyirəm, çünki milyonlarla insanlar ölür, rea rəqəmlər sizin əldə etdiyinizdən qat-qat çoxdur, bunlar saxta rəqəmlərdir", deyə ABŞ-ın keçmiş prezidenti deyib.
Tramp moderatorun tələbi ilə də "sülh planını" açıqlamayıb, o, yalnız Ukrayna və Rusiya liderlərinə zəng edəcəyini və onun sözlərinə görə, bundan sonra müharibənin bitəcəyini söyləyib.
Bunu şərh edən Harris Trampı diktatorlarla flört etməkdə günahlandırıb. Həmçinin Trampın "24 saat ərzində təslim olacağını" və "Putinin Kiyevdə oturaraq Avropaya daha çox baxacağını" deyib.
"Siz bir diktatorla dost olduğunuzu düşünürsünüz, amma o, sizi naharda yeyərdi", deyə ABŞ-ın vitse-prezidenti bildirib.
İsrail və HƏMAS arasında qarşıdurma
Keçən ilin oktyabrında Qəzza zolağında İsrail və HƏMAS yaraqlıları arasında yaranan münaqişədən danışan Tramp yenə də öz şablon ifadələrini təkrarlayaraq, ABŞ prezidenti olsaydı, müharibənin heç başlamayacağını bildirib. O, həmçinin vurğulayıb ki, İsrail "başladığını bitirməli", "bu işi tez həll etməli" və ABŞ "İsrailə işi bitirməsinə icazə verməlidir".
Harris öz növbəsində, Co Bayden administrasiyasının ABŞ-ın İsrailə "dəmir dəstəyi" və "sarsılmaz öhdəliyi" ilə bağlı mövqeyini təkrarlayib və ölkənin özünü müdafiə etmək hüququna malik olduğunu vurğulayıb, lakin bunu necə edəcəyinin vacib olduğunu söyləyib. Bu mənada o, Qəzza zolağında baş verən humanitar böhranı və döyüşlər nəticəsində mülki şəxslərin həlak olduğunu xatırladıb.
"Biz bilirik ki, bu müharibə başa çatmalıdır. Bu, dərhal başa çatmalıdır, atəşkəsə və girovların azad edilməsinə ehtiyacımız var. Buna görə də, biz gecə-gündüz bunun üzərində işləməyə davam edəcəyik" , o, münaqişənin "iki dövlətli" həllinə tərəfdar olduğunu da əlavə edib.
Tramp və Orban
Müzakirələr zamanı Harris Trampı bir çox dünya liderləri tərəfindən "gülüş obyektinə" çevrildiyini bildirib və onun sözlərinə görə, bəzi hərbi liderlər eks-prezidenti "rüsvayçı" adlandırırlar.
Cavabında Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenin diktator adlandırdığı Macarıstanın rəhbəri Viktor Orban tərəfindən necə tərifləndiyini xatırladıb. Eks-prezident iddia edib ki, Orban seçkidə qalib gələcəyi təqdirdə Rusiya və Çin Trampdan qorxacağını deyib.
"Bax, bunu Viktor Orban deyib. O deyib ki, ən hörmətli və ən qorxulu adam Donald Trampdır", deyə o əlavə edib və Orbanı "ən hörmətli insanlardan biri" adlandırıb.
2020-ci il seçkiləri və hakimiyyətin sülh yolu ilə ötürülməsi
Tramp 2020-ci il prezident seçkilərində Co Baydenin qalib gəldiyini etiraf etməkdən imtina etməyə davam edir və əksini irəli sürə biləcək bütün əvvəlki bəyanatları geri götürüb.
"Bunu mən demişəm? Bu sarkazmla deyilib", deyə Tramp bildirib və əlavə edib ki, Bayden deyil, onun qalib gəldiyinə dair çoxlu dəlil var.
Bundan əlavə, Tramp 2021-ci il yanvarın 6-da "oğurlanmış” seçki ilə bağlı bəyanatlarından və ABŞ Konqresinə getmək çağırışından sonra baş vermiş Kapitoliyə hücuma görə məsuliyyəti öz üzərinə götürməkdən imtina edib. Tramp deyib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının o zamankı spikeri Nensi Pelosi təhlükəsizliyə cavabdeh olmalı idi.
Bu hadisələri şərh edən Harris "səhifəni çevirməyə" və "geri qayıtmamağa" çağırıb.
"Gəlin gələcəyə doğru yol təyin edək və keçmişə qayıtmayaq", deyə o vurğulayıb.
Miqrasiya məsələləri
Miqrant məsələlərindən danışan Tramp, Bayden-Harris administrasiyasını vəzifədə olduqları müddətdə on milyonlarla miqrantı ABŞ-a gətirdiyinə görə tənqid edib. O, həmçinin sosial şəbəkələrdə Sprinqfild şəhərində haitili miqrantların yemək üçün ev pişiklərini və itlərini qaçırması ilə bağlı uydurma narrativlərini xatırladıb.
Ümumiyyətlə, miqrantlar məsələsində Tramp uydurmalara və manipulyasiyalar istinad edib, Harris isə ona ABŞ Konqresində demokratlar və respublikaçıların ABŞ-Meksika sərhədində nəzarəti gücləndirmək üçün kompromis qanunu hazırladığını, lakin onun təsdiqinin bir qrup "Trampçı" tərəfindən qarşısını alındığını xatırladıb.
Nizami Bağırov
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
1 mart 2026 13:43
- Trampdan İrana hücumla bağlı ilk - Açıqlama
28 fevral 2026 15:14
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Təzyiqi salan təbii güc - dərman yox, banan!
22 fevral 2026 21:26
Xəbər lenti
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
Video & Fotoqalereya
Video
Fotoqalereya
