2-yə işləmiş oğluma zəng gəlib, çoban ona deyib ki... -9 aydır itkin düşən Rasimin atası danışdı
“Elə nazir yoxdur ki, onun qapısını döyməyək. 9 aydır ki, bizi aldadırlar. Hər yerə müraciət etmişik, elə deyirlər ki, səbirli olaq. Daha nə qədər səbir göstərək? Oğlum sahədən yoxa çıxıb. Həmin vaxt isə orada 7 nəfər olub. Həmin şəxslərin izahatını alıb, buraxıblar. Onları niyə istintaqa cəlb etmirlər?”.
Bunu Musavat.com-a açıqlamasında ötən ilin dekabrın 26-da İmişli rayonunun Qaragüvəndikli kəndində itkin düşən 11 yaşlı Rasim Xankişiyevin atası Vasif Xankişiyev deyib. O bildirib ki, istintaqın gedişatından narazıdır.
“İki aya yaxındır ki, Sabirabadda su kanalını axtarırlar. Deyirlər, suda axtarış bitəndən sonra quru əməliyyatına başlayacaqlar. Halbuki, bir dəfə 15 gün ərzində suyu axtardılar və heç nə tapılmadı. SOCAR şirkətinin aparatı var. Torpağın altında olan hər şeyi göstərir. Onunla da bir nəticə əldə olunmadı. Deməli, bu uşaq suda deyil. İlk gündən prokurora bildirdim ki, 60 sm-lik suda 1m 42 sm boyu olan uşaq bata bilməz.
Qurunu da FHN-nin itləri ilə gəzdilər, axtardılar. Quruda da heç nə yoxdur. Uşağımın oğurlandığını düşünürük. Çünki onun nə ölüsü, nə də dirisi tapılır.
İmişli prokurorluğu səhlənkarlıq edir. İlk vaxtlardan kəndin giriş-çıxışı bağlansaydı, başqa əməliyyat tədbirləri görülsəydi, cinayət işinin üstü açılardı.
Kanalın qırağında əl izləri var idi. Onları Türkiyəyə ekspertizaya göndərdim. Məlum oldu ki, böyük adamın əl izidir.
Rasimin nə paltarını ekspertiza ediblər, nə də telefon danışıqları çıxarılıb. Günorta saat 2-yə 2 dəqiqə işləmiş Sərdar adında adamdan ona zəng gəlib, lakin telefonu uşaq açmayıb. Həmin vaxtdan Rasim yoxdur.
Sərdar deyir ki, guya oğlumdan onun heyvanlarının bizim sahəyə keçib-keçmədiyini soruşacaqmış.
Ehtiram adlı çoban isə bildirir ki, həmin radələrdə Rasimə deyib ki, mal-qaraya baxsın, bir neçə dəqiqəyə qayıdır. Qayıdıb gələndə görüb ki, mallar oraya-buraya dolub. Oğlum isə bizim sahəmizdədir. Bu, onun ifadəsidir. Nə dərəcədə doğru olduğunu bilmirəm.
Sinif yoldaşı Əli də orada qoyun otarırmış. O, bizə heç nə görmədiyini dedi. Polislərə isə bildirib ki, övladımın telefonunu, ayaqqabısını və yun gödəkcəsini görüb. Görünür, kimsə Əlini qorxudub deyə bizə etiraf etmədi. İşin arxasında kiminsə durduğunu düşünürük. Həmin şəxs istintaqın gedişatına mane olur və cinayətin üstünün açılmasına imkan vermir”.
Qeyd edək ki, 2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlunun İmişlidə Boztəpə kanalında batması ehtimal olunur.
Hadisə ilə bağlı əvvəl İmişli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Sonradan baş prokuror Kamran Əliyevin tapşırığı ilə cinayət işinin icraatı rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Ötən ay baş prokuror R. Xankişiyevin nənəsini qəbul edib.
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 2026 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 2026 11:35
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 2026 20:03
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 2026 17:11
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 2026 23:56
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 2026 16:27
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- İlham baba mənə KAMAZ göndərdi
11 aprel 2026 20:47
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Sabiq agentlik sədri açıqladı - Pullar Vasif Talıbovun oğlu Seymura çatırdı
10 aprel 2026 21:12
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
- Pensiyalar SABAH ödəniləcək
13 aprel 13:11
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 12:46
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 11:58
- Türkiyədən 1 milyard dollar və ölkənin ən gözəl qadınını - Tələb etdi )))))
13 aprel 11:41
- Ürəyinizi saat kimi işlədəcək 12 MÖCÜZƏVİ QİDA
13 aprel 00:18
- Orban uduzdu, müxalifət liderini təbrik etdi
12 aprel 23:56
- Tramp: İranı bir gündə silərəm
12 aprel 23:05
- Xərçəng riskini azaldır
12 aprel 20:08
- İrandakı səfirliyimiz fəaliyyətini bərpa etdi
12 aprel 19:53
- Erməni əsirliyindəki tovuzlu Tamaranın qardaşına MƏKTUBU - Canım sənə qurban, nə olar məni...
12 aprel 16:27
