Nadir şah Əfşar – Napoleonun sevimlisi, Stalinin müəllimi…
Çobanlıq edib kürk tikən atası öləndən sonra 13 yaşında odun toplayıb satmaqla özünü və anasını dolandıran bir oğlan vardı. Bir neçə il sonra-1704-cü ildə Xarəzm özbəkləri Xorasan vilayətinə basqın etdi. Çox sayda adam öldürüldü. Onlarla adam, o cümlədən 17 yaşlı oğlan və anası qul kimi bazarda satıldı. Ana az sonra əsirlikdə öldü, o oğlan isə sahibinin yanından qaça bildi. Bir müddət quldurluq etdi. 1708-ci ildə o, Xorasana qayıtdı.
O, 28 il sonra-1736-cl ildə III Şah Abbasın (Səfəvi xanədanı) yerinə taxta çıxdı. 1747-ci ilə qədər şahənşah oldu. Qohumu olan cangüdənlər tərəfindən öldürüldü. Qətli Əfşar və Qacar tayfasından olan zabitlər törətdi. O, Əfşarlar dövlətinin I şahı və Asiyanın sonuncu böyük fatehi Nadir şah Əfşar idi. “Şərqin Napoleonu” və “İkinci Makedoniyalı İsgəndər” ləqəbləri də onun adına yazıldı. Qərb mənbələri yazır ki, Napoleon Bonapart Nadir şahın hərbi dühasına heyran idi. O, Nadiri tərifləyir və özünü “İkinci Nadir” kimi qələmə verirdi. Təsadüfi deyil ki, Napoleon Bonapart özünü Avropanın Nadir şahı adlandırırdı. İosif Stalin Nadir şahı və İvan Qroznını özünün müəllimi hesab edirdi.
Nadir şahın London Viktoriya və Albert Muzeyində saxlanılan Məhəmməd Rza Hendi tərəfindən 1740-cı ildə çəkilmiş portretində önəmli bir məqam var. Həmin portretdə şahın başındakı papaq “kolah-e Naderi” kimi tanınır. Bu, hökmdar papağıdır. Özəlliyi ondadır ki, papağın 4 zirvəni andıran və aşkar görünən çıxıntısı aydın görünür. Bu zirvəli çıxıntılar ilk dörd Rəşidi xəlifələrə şahın sayqısını rəmz olaraq ortaya qoyur. Bəzi mənbələr iddia edir ki, Nadir şah həyatının əvvəlində şiə, sonunda isə sünni olub. Qərb tarixçiləri yazır ki, Nadir şah qaldırdığı bayraqda şüurlu şəkildə yaşıl rəngdən istifadə etməkdən qaçırdı, çünki yaşıl şiə İslamı və Səfəvilər sülaləsi ilə assosiasiya yaradırdı…
Təəssüf ki, osmanlı dövləti Nadir şahın dini islahatına lazımı dəyər vermədi. Onun bu təklifi o vaxt həyata keçsəydi hal-hazırda da islam dünyasında aşkar şəkildə müşahidə olunan sünni-şiə ayrımçılığı birdəfəlik aradan qalxa bilərdi. Bəlkə də bu ideyaya yenidən qayıtmaqda fayda var…
Bir önəmli məqamı da vurğulayım. Nadir şah türk kimliyinə son dərəcə bağlı idi. İndiki təbirlə desək, o, demək olar ki, ancaq azəri tükcəsində danışırdı və bütün hökmləri də məhz bu dildə verirdi.
Nadir şahın görmək istədiyi ən böyük işlərdən biri islamda islahatlarla bağlı idi. Sirr deyil ki, hazırkı İran coğrafiyası bir vaxtlar sünni bölgə kimi tanınırdı. Məhz Şah İsmayılın qətiyyəti ilə həmin ərazidə şiəlik geniş yayıldı. Ərazidəki bir çox sünnilər şiə olmağa məcbur edildi.
Nadir şah hesab edirdi ki, sünni olan Osmanlı İmperiyası ilə Əfşar dövləti arasındakı qarşıdurmanın əsas səbəblərindən biri də bu amilə söykənir.
Nadirin ordusu sünni və şiə müsəlmanların qarışığından yaranmışdı. Onun məqsədi İran coğrafiyasında sünnilər tərəfindən daha məqbul sayıla biləcək bir dini düşüncə formalaşdırmaq idi.
Nadir şiəliyin Cəfəri qoluna üstünlük verirdi. O, sünnilər tərəfindən təhqir kimi qarşılanan bəzi şiə yozumlarını qadağan etdi. Xüsusən Rəşidi xilafətinin 3 xəlifəsi Əbu Bəkr, Ömər ibn Xəttab və Osman ibn Əffanın söyülməsini yasaqladı.
Nadir şah ümid edirdi ki, cəfərilik sünni İslamın beşinci məzhəbi kimi qəbul ediləcək. O, həmçinin ümid edirdi ki, Məkkə və Mədinəyə də hökm edən Osmanlı soltanları onun təbəələrinə də həcc ziyarətinə getməyə icazə verəcək.
Bu məqsədə varmaq üçün Nadir şah İraq, İran, Əfqanıstan və Orta Asiyadan olan üləmaları imam Əlinin Nəcəf şəhərində olan türbəsində bir araya yığdı. Cəfəri məzhəbi məsələsi ilə bağlı bir neçə gün davam edən qızğın müzakirələrdən sonra iştirakçılar Cəfəri məzhəbini sünni İslamın qanuni hüquqi məktəbi kimi tanıyan sənədi imzaladılar. Osmanlı soltanı isə bu nəticədən məmnun qalmadı. Belə ki, osmanlılar cəfəriliyi beşinci məzhəb kimi (Hənəfilər, Malikilər, Şafiilər,Hənbəlilər) qəbul etmədilər. Buna baxmayaraq Osmanlı soltanları şiə zəvvarlarına həccə getməsinə icazə verdilər.
Onu da deyim ki, Misirdə yerləşən İslam dünyasının ən qədim və nüfuzlu Universitetlərindən biri olan Əl-Əzhər 1959-cü ildə Cəfəriliyi sünni islamın beşinci məzhəbi kimi (Hənəfilər, Malikilər, Şafiilər,Hənbəlilər) tanıyıb. Ancaq bu tanıma ciddi qarılanmadı…
Yeri gəlmişkən, bu universitetin əsası (970-972) şiə Fatimələr tərəfindən qoyulub. Ola bilər ki, bu qərarın verilməsində bu amil də müəyyən rol oynayıb. Şühbəsiz ki, bu, pozitiv qərardır. Təəssüf doğuran odur ki, bu qərar İslam Dünyası tərəfindən hələ də rəsmən tanınmır. Ümid edirəm ki, nə vaxtsa Nadir şahın arzusu həyata keçəcək və müsəlman dünyasını parçalayan sünni-şiə ayrımçılığı aradan qalxacaq…
Elbəyi Həsənli. Sürix
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- İdrak Liseyi-ndə şagird müəllimi güllələdi
6 fevral 2026 17:47
- ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
30 yanvar 2026 15:25
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək (SƏRƏNCAM)
29 yanvar 2026 01:40
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Sərəncam
25 dekabr 2025 19:20
- Pişəvəri və Sovetlər Birliyi - Eyvaz Taha
16 dekabr 2025 19:59
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
