Londonda klinika açan azərbaycanlı - Bəzən dişi min funt-sterlinqə çəkirik
Müsahibə19 sentyabr 2024 12:02
Soydaşımız Çingiz Qədimli bu ilin yanvar ayında Londonda öz klinikasını açıb. AZƏRTAC-ın müxbiri həmyerlimizlə onun Böyük Britaniyadakı həyatı və fəaliyyəti barədə danışıb.
- Neçə ildir Londonda yaşayırsınız?
- Londona 2021-ci ilin aprel ayında ailəmlə birlikdə köçmüşəm. Artıq 4 ilə yaxındır ki, buradayıq. İlk iki ildə klinika açmaq üçün çalışdım. Burada klinika açmaq üçün müəyyən mərhələlərdən keçmək, sertifikatlar, icazələr almaq lazımdır. Bütün bu proses bir xeyli çəkdi. Bu ilin yanvarından artıq klinikamız fəaliyyətdədir. İki türk ortağım var, buranı birgə açmışıq. İstədik ki, öz iş yerimiz olsun, ona görə belə bir qərara gəldik.
- Londonda özəl klinika açmaq hansı dərəcədə çətin proses idi?
- Mən bundan əvvəl Türkiyədə iki dəfə klinika açmışam, ona görə ümumiyyətlə klinika açmaq haqqında məlumatlıydım. Hazırda Antalyadakı klinikam hələ də fəaliyyət göstərir, fürsət olanda gedib-gəlirəm. Klinika açmaq üçün ən çox lazım olan şey zamandır. Müəyyən sertifikatlar, sənədlər üçün müraciət edəndə bunları əldə etmək vaxt aparır, ona görə iş uzanır. Londonda öz klinikamızı açmaq və hər şeyi tamamlamaq iki ildən çox vaxt apardı. İşdən başqa çətinliklərimiz isə uşaqların məktəb işlərini həll etmək, qalmağa yaxşı yer tapmaq idi. Bunlar ailəli olan hər kəsin ən vacib işləridir. İlk aylarımız çətin keçsə də, müəyyən müddətdən sonra bütün bunları yoluna qoyduq.
- Klinikanıza müraciət edənlər arasında azərbaycanlı pasiyentlər də varmı?
- Azərbaycanlı xəstələr də çox olur. Onların bir qrupu uzun illər burada yaşayan və Azərbaycana tez-tez gedə bilməyən soydaşlarımızdır. Bir qrup isə turist olaraq gəlib, burada diş problemi yaşayanlardır. Tələbələr də bizi tapırlar, yanımıza gəlirlər. Çalışıram ki, öz həmyerlilərimizə dəstək olum. İnsanlar da bizi bir-birlərinə, dostlarına tövsiyə edirlər. Bizi belə tapırlar.
- Londonda bahalı sahələrdən biri stomatologiya xidmətidir. Bəzən elə olur ki, britaniyalıların özləri xaricə üz tuturlar...
-Aldığımız materialları, texnikanı, işçilərə verilən maaşı nəzərə alanda qiymətlər yuxarı olur. Klinikada gördüyünüz cihazların, texnikanın hamısını Britaniyadan almışıq ki, onların sertifikatı olsun. Qiymətlər də Britaniya bazarına uyğundur.
- Məsələn, bir dişi çəkməyin, ya da dişə plomb qoymağın qiyməti nə qədərdir?
- Qiymətlər ağızdakı problemə görə dəyişə bilir, biz bunları xəstə ilə müayinədən sonra danışırıq. Diş çəkdirmək 150 funt-sterlinqdən başlayır, dişin durumuna, ağırlığına görə min funt-sterlinqə qədər çıxa bilər. Plomblar da 150-220 funt-sterlinq arasında dəyişir. Bunlar da plombun böyüklüyünə, istifadə edəcəyimiz materiala, xəstənin tələbinə bağlı olaraq dəyişə bilər. Ancaq bəzən görürsən ki, tələbədir, imkanı yoxdur, biz ona əlimizdən gələn köməyi göstərməyə, güzəşt etməyə çalışırıq.
- Xaricə köçmək istəyən diş həkimlərinə nə tövsiyə edərdiniz?
- Xaricdə xidmət etmək özü bir təcrübədir. Özünü inkişaf etdirmək istəyən, araşdırmaçı ruha sahib insanlar varsa, xaricdə yaşamağı tövsiyə edərdim. Ancaq bunun üçün müəyyən çətinlikləri göz önünə almaq lazımdır, bəzi fədakarlıqlar olmalıdır. Həm də onu deyə bilərəm ki, dünyanın ən mühüm mərkəzlərindən biri sayılan Londonda bir azərbaycanlı olaraq, Azərbaycanı təmsil edən biri kimi burada klinika sahibi olmaq, bir diş həkimi kimi fəaliyyət göstərmək mənim üçün qürurdur, həm də böyük bir məsuliyyətdir.
Oxşar xəbərlər
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- İsti su içməyin 12 faydası
13 fevral 2026 12:41
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
5 fevral 2026 14:16
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
