İki ƏSRƏ barəbər GÜN - ƏLİ MƏSİMLİ
Cəmiyyət19 sentyabr 2024 20:22
İnsan həyatında bir ömrə bərabər anlar olduğu kimi, xalqların və dövlətlərin də tarixində əsrlərə bərabər anlar olur.30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızı azad edəndə, hər birimiz bir ömrə bərabər anlar yaşamaqla, həm də birlikdə, tariximizdə əsrlərə bərabər şanlı səhifələr yaratdıq.Həmin səhifələr arasında 44 günlük Vətən müharibəsindəki böyük qələbəmizin davamı və qürur gətirən möhtəşəm səhifə kimi tariximizə əbədi yazılan 19-20 sentyabr 2023-cü il xüsusi yer tutur.2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.Azərbaycan Ordusu bu terror aktına antiterror əməliyyatı ilə cavab verdi.
Çox yüksək qələbə əzmi və peşəkarlıqla bir gündən də az bir müddətdə- 23 saat 43 dəqiqə davam edən bu əməliyyat ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Ordumuzun keçirdiyi bu antiterror tədbirləri zamanı hərbi qulluqçularımız böyük igidlik və qəhrəmanlıq göstərdilər.Çox uğurla həyata keçirilən bu tədbirlər nəticəsində Qarabağda erməni separatizminə son qoyuldu. Antiterror tədbirləri ilə torpaqlarımızın işğal altında qalmasına son nöqtə qoyuldu.Məlum olduğu kimi,bu antiterror əməliyyatına qədər 44 günlük müharibədə işğal altında olan torpaqlarımızın böyük hissəsi azad olunmuşdu.Lakin bu tarixi missiyanın tam yekunlaşması məhz antiterror tədbirləri ilə baş tutdu. Bu yolda mühüm yer tutan antiterror əməliyyatı Vətən müharibəsindəki böyük zəfərin davamı və tariximizin qürur gətirən möhtəşəm səhifəsi kimi tariximizə əbədi yazıldı.Qarabağ Zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi.Həmin möhtəşəm gündən sonra qalib Azərbaycanımız yeni tarixi eraya qədəm qoydu. Azərbaycan Respublikası Prezidentinin xüsusi sərəncamı ilə bundan sonra hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.
Azərbaycanın 44 günlük Vətən müharibəsində və bir günlük antiterror əməliyyatı zamanı mümkünsüz görünən nəticələr əldə etdidiyi kimi, postmüharibə dövründəki səyləri nəticəsində də bir zamanlar mükünsüz görünən nəticələr seriyasını davam etdirir və bölgəmizdə beynəlxalq hüquqa və ədalətə əsaslanan yeni reallıqlar yaradıb. Məhz həmin reallıqlar sayəsində bölgədəki rus hərbi kontingenti Azərbaycan ərazisini nəzərdə tutulan müddətdən xeyli tez tərk etməli oldu. Azərbaycanın səyləri nəticəsində Ermənistanın 30 illik işğal dövründə öz havadlarının köməyi ilə müharibə, geosiyasi oyunlar arenasına, xarabazara,hər qarışı minalanmış döyüş meydanına çevirdiyi ərazilərimiz tikinti meydanına,sülh və əməkdaşlıq arenasına çevrilib.Böyük Qayıdışın reallaşdırılasına, vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasına və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə inteqrasiyasına yönəlik işlər gedir.Bu istiqamətdə çox müasir və perspektivli layihələr həyata keçirilir.Böyük Qayıdışın vüsəti getdikcə artır.Məktəblər,Qarabağ Universiteti fəliyyətə başlayıb və proseslər Azərbaycanın xeyrinə inkişaf edir.Azərbaycanın bu uğurlu səyləri təkcə Azərbaycanın özü üçün yox,bölgəmizdə yaşayan bütün xalqların və dövlətlərin də xeyrinədir.Bu həm də ölkəmizin beynəlxalq aləmdə nüfuzunun daha da artmasında mühüm rol oynayır.Qardaş və dost ölkələr,eləcə də reallıq hissini itirməyən dövlətlər bunu görür,dəyərləndirir və müxtəlif formalarda həmin quruculuq işlərində iştirak edir və ya bu və ya digər formada dəstək verir. Azərbaycanın bu tarixi qələbəsini, qələbə nəticəsində yaranan yeni reallıqlıqları və işğaldan azad edilmiş ərazilərdə həyata keçirməyə başladığı layihələri dəstəkləyənlərlə yanaşı, onu həzm etməyənlər də az deyil və bəziləri pozuculuq əməllərinini açıq və gizli formada davam etdirir. Amma onlar çox əbəs yerə vaxt,maliyyə və digər resurslarını itirməkdən baqa heç bir real nəticəsi görünməyən işlə məşğuldurlar...Bədxahlarımız bu reallığı nə qədər tez nəzərə alıb,həzm etsələr,Cənubi Qafqazda dayanıqlı sülh bir o qədər tez bərqərar olmuş olar. Azərbaycanın regionumuzda ümumi sabitlik, təhlükəsizlik və rifaha hesablanmış səylərinin gerçəkləşdirilməsi qlobal sülh, sabitlik və əmin-amanlığa da öz töhfəsini vermiş olar və dünyanın qaynar nöqntələri kimi tanınan digər regionlar üçün də örnək ola bilər. Ona görə də həmin qüvvələr Azərbaycana münasibətdə pozuculuq fəaliyyətlərinə son qoyub fikirdə,sözdə və əməldə Qarabağda başlanan və regiona təhlükəsilik,sabitlik, iqtisadi inkişaf,sosial tərəqqi və digər cəhətlərdən şəksiz müsbət təsir edəcək quruculuq işlərinə qoşulmalı,buna səmiyyətləri çatmırsa,onda sülh prosesinə, Qarabağ və Şərqi Zəngəzurda getdikcə genişlənən bərpa və quruculuq işlərinə mane olmamalıdır.
Azərbaycanımızın Qarabağda yüksələn üçrəngli bayrağı həmişə uca,bu sevinci, uğur və qələbələri bizə yaşadan, canını Vətən yolunda fəda edən şəhidlərimizin ruhu şad, qazilərilərimizin canı sağ olsun!
Oxşar xəbərlər
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- BEYİN DALĞASI adlı intellektual podcast layihəsi uğurla baş tutub
17 dekabr 2025 20:17
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Əli Məsimlidən Sərdar Cəlaloğlunun ittihamlarına cavab
7 dekabr 2025 11:41
- İran Tehranda yeni HEYKƏL QOYDU: Sasani hökmdarı qarşısında diz çökən Roma imperatoru
9 noyabr 2025 21:57
- Bir qrup var, istədiyini edir, insanları soymaqla məşğuldur... - Videomüsahibə
29 oktyabr 2025 10:59
- Millət vəkili Əli Məsimli Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirmişdir
1 oktyabr 2025 23:02
- Pensiya yaşına az qalmış şəxslərin işdən çıxarılmasına qadağa qoyulsun - Deputatdan TƏKLİF
12 sentyabr 2025 21:54
Xəbər lenti
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
Video & Fotoqalereya
Video
Fotoqalereya
