Elza Seyidcahan 100 MİN DƏYƏRİNDƏ qızıllarını LOMBARDDAN geri ala bilmir
Özbaşınalığın hökm sürdüyü lombard sahəsi: "Kimsə qanunun qəbuluna mane olur" "Lomarda o şəxslər üz tutur ki, bank və bank olmayan kredit təşkilatlarından pul götürə bilmir. Nəsə problemli tarixcəsi var və s.
Bilmirəm, Elza xanım lombarda niyə üz tutub. Yəqin ki, banklar ona kredit verməyib". Bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov Əməkdar artist Elza Seyidcahanın lombarda qoyduğu 100 min manata yaxın dəyərdə qızılını ala bilməməsi ilə bağlı məlumatın hüquqi tərəflərini izah edərkən deyib. Vəkil bildirib ki, Azərbaycanda lombard sahəsində tam özbaşınalıqdır: "Onlar faktiki qeyri-qanuni bank fəaliyyəti ilə məşğuldurlar. Bank fəaliyyəti ilə lombard fəaliyyətini fərqləndirən nədir? Bank cəlbedilmiş vəsaitlərlə kredit verir. Əmanət, başqasından götürlən kreditlər, bank olmayan kredit təşkilatları və s. Onlar başqa şəxslərdən kredit götürür və həmin pulu daha yüksək faizlə verirlər. Məzh buna görə onların üzərində nəzarət var, lisensiya alırlar. Niyə? Çünki sən özünün deyil, başqasının pulu ilə fəaliyyət göstərirsən. Amma lombardlar öz pulları ilə fəaliyyət göstərməlidirlər". Əkrəm Həsənov əlavə edib ki, lombardın sahibi heç bir yerdən borc götürməməlidir, öz pulunu verməlidir: "Azərbaycanda bir lombard öz pulu ilə fəaliyyət göstərmir. Bir dəfə lombardların kapitalına baxmışdım, maksimum birində 200 manat, yerdə qalanlarında isə rəqəm 10-50 manat arasında idi. Aydındır ki, lombardlar da haradansa kredit götürür. İllərlədir ki, bu problemə göz yumulur. 7 il bundan əvvəl "Lombardlar haqqınqa qanun" layihəsi hazırlandı ki, onların da fəaliyyəti lisenziyalaşdırılsın, amma bu günə kimi qanun qəbul olunmayıb. Kimlərsə bu qanunun qəbuluna mane olur. Bilmirəm niyə? Lombardlarda əsas problemlərdən biri də girov məsələsidir". Ətraflı Vəkil lombardların verdiyi kredit faizinin banklardan qat-qat çox olduğunu vurğulayıb: "Bundan əlavə, heç bilinmir ki, qızıllar harada saxlanılır? Təhlükəsizdir, ya yox. Vətəndaş kreditini qaytarır, qızılını istəyəndə, lombard ona başqa əyşa verir. Çünki müqavilədə üzük, sırğa və s. eskizi göstərilməyib. Deyəndə də deyirlər ki, siz bunu vermişdiniz də. Ən sonuncu məsələ vətəndaş krediti gecikdirən kimi onun qızıllarının satıldığını bildirirlər. Elə şey yoxdur, qanuna görə, lombard məhkəməyə verməlidir, vətəndaşın qızılı məhkəmə yolu ilə hərraca çıxarılmalıdır və orada alınmalıdır. Hara baxırsan, lombardır. Dövlət orqanları da buna göz yumur. Bu sahə biabırçılıqdır". Qeyd edək ki, Əməkdar artist Elza Seyidcahan lombarda olan borcunu ödədikdən sonra girov qoyduğu qızılları geri ala bilmir. Bunun üçün də bəstəkar məhkəməyə müraciət edib: "Bir ildən çoxdur, lombarda məlum səbəblərdən ailə üzvlərimizin, qızımın, anamın, rəfiqələrimin zinət əşyalarını girov qoymuşduq. Maddi problemlərlə üzləşəndə bu addımı atdıq. 100 min manata yaxın dəyərdə qızıl qoyub, pul götürdük. Onu da üç qat aşağı qiymətinə götürdülər. Qısa müddətdə borcu ödədik. Bir ildən çoxdur ki, zinət əşyalarımızı vermirlər". Bəstəkar lombardda zinət əşyalarını mənimsəyən şəxsin Abdullayev Xəyal olduğunu açıqlayıb: "Qızılları alıb, qaytarmır. Daxili İşlər Nazirliyinə müraciət etdim və qısa müddətdə onu tapdılar. Yasamal Rayon Məhkəməsindən xahiş edirəm ki, işə ədalətli baxılsın".

- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 2026 18:57
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
1 mart 2026 21:47
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
1 mart 2026 14:33
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Ukraynadan böyük ƏKS-HÜCUM: 8 məntəqə AZAD EDİLDİ
22 fevral 2026 19:01
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
