Azərbaycanda pionerlər niyə öldürülürdü?
Sovetlər hakimiyyətdə möhkəmləndikcə rəsmi təbliğatında qolçomaqlarla mübarizədə "düzgünlüyün və prinsipiallığın” gənc simvollarını yaratmağa çalışırdılar. Moskvadan hər yerə təlimat getmişdi ki, yaşından asılı olmayaraq, hər kəs yeni hakimiyyətə qarşı çıxışlar edənlər, nəsə gizlətməyə çalışanlar və ümummiyyətlə gizlin nəsə iş görənlər barədə dərhal yerli orqanlara xəbər versinlər. Lakin bu təlimatlar kifayət etmirdi və onlara bir örnək lazım idi. Bu şəxs isə Pavlik Morozov adlı yeniyetmə seçildi.
Pavlik Morozov Sovet dövrünün məşhur, "nümunəvi” pionerləri kimi sonrakı nəsillərə örnək oldu. Onun Sovetlərə daxil olan coğrafiyada "əqidəli”, əsl sovet vətəndaşı olduğu şüurlara yeridilirdi. Burada əsl məqsəd insanların hətta kiçik yaşlarından beynini yumaq idi. İnsanlar bundan ötrü hətta öz doğmalarından da vaz keçməli idilər. Bu, sovet təbliğatına görə nümunəvi vətəndaş obrazı idi. Sovetlər pionerləri sosializm quruculuğuna yad olan atalarına, qohum-əqrəbalarına qarşı qaldırırdı və onların ilk qurbanlarından biri də Pavlik Morozov oldu. Sovet dövründəki rəsmi iddiaya görə, atası haqqında hakimiyyət orqanlarına məlumat verdiyi üçün babası və əmisi tərəfindən qətlə yetirilmişdi. Bu 14 yaşlı yeniyetmə barədə elə güclü bir təbliğat qurdular ki, Sovetlərə daxil olan hər yerdə pionerlər nəinki ətrafda baş verənləri, hətta öz ailələri barədə yerli güc strukturlarına mütəmadi xəbər verirdilər.
Bu isə ağır nəticələr verirdi. Təkcə 1930-1935-ci illər ərzində özlərini Pavlik hesab edən pioner uşaqlardan 56-sı xəbərçi kimi ailələri tərəfindən qətlə yetirilmişdi. Çox təəssüf ki, bu siyahıda Azərbaycandan da üç pionerin adı var.
Əhməd Bəsirzadə adlı pioner kolxozda çörək gizlədən şəxsləri görüb xəbər verməyə qaçdığı zaman arxadan qohumları tərəfindən güllə ilə vurularaq öldürülür.
12 yaşlı Adil İslamov kolxozda Sovet hakimiyyətinin əleyhinə danışan insanları görüb onları milisə xəbər vermək üçün gedəndə güllələnir.
Lətifə Süleymanova kolxozda pay bölgüsü zamanı artıq payın götürülüməsini görüb etiraz etmək üçün milisə gedəndə kürəyindən bıçaq zərbəsi alaraq qətlə yetirilir.
Hələ bu, rəsmi qeydə alınanlar idi. Uşaq yaşlarından insanları xəbərçi kimi yetişdirən Sovet hakimiyyəti neçə ailəni qatilə çevirmişdi.
Zaur Əliyev
Dosent
Oxşar xəbərlər
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 2026 00:48
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
