Rusiyadan qovulan azərbaycanlı milyarderi kim hədəfə alıb? - FTB, yoxsa diaspora? - İlginc detallar
Günün sitatı30 sentyabr 2024 13:58
"Arxangelskdəki Azərbaycan diasporunun rəhbəri Tərlan Qasımov uzun illər hakimiyyətlə əməkdaşlıq edib və xeyriyyə işləri ilə məşğul olub, o cümlədən Xüsusi Hərbi Əməliyyat iştirakçılarına köməklik göstərib. Bu ilin yazında o, "ölkənin milli təhlükəsizliyinə təhdid" səbəbindən gözlənilmədən Rusiya vətəndaşlığından məhrum edilib. Hüquq-mühafizə orqanlarından heç kim onun konkret hansı əməl tərətdiyinə aydınlıq gətirməyib".
Bakupost.az xəbər verir ki, bu fikirlər Rusiyanın 29.ru saytında dərc olunan "Məşhur xeyriyyəçi "milli təhlükəsizliyə təhdid" səbəbiylə deportasiya edilə bilər: onun versiyaları" başlıqlı yazıda əksini tapıb.
Yazıda qeyd olunur ki, hazırda Təırlan Qasımov bu addımın qeyri-qanuni olduğunu sübut etməyə şalışır. Lakin o, məhkəmədə belə, hələ də detalları öyrənə bilməyib:
"Tərlan Qasımov 2000-ci illərin əvvəllərindən Arxangelskdə yaşayır. Burada onun ailəsi və şəxsi biznesi var. 2016-cı ildən o, Arxangelsk vilayətində Azərbaycan diasporuna rəhbərlik etməyə, Azərbaycanla Rusiya arasında əlaqələrin möhkəmlənməsinə çalışaraq fəal ictimai və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmağa başlayıb.
2020-ci ildə qubernator Aleksandr Tsıbulski Tərlan Qasımovu “Arxangelsk vilayətinin xeyriyyəçisi” adı ilə təltif edib. 2023-cü ilin dekabrında xeyriyyəçi bölgənin əsas ictimai mükafatı - "Şimalın Fəxri" mükafatı ilə təltif edilib".

Sayt yazır ki, aiaspor sədri vətəndaşlığa xitam verilməsi ilə bağlı bildirişi may ayında alıb. Bu barədə qərarı vilayətin Daxili İşlər Nazirliyi verib. Sənəddə onun milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərə yol verdiyi bildirilir:
"Tərlan Qasımov sonuncu dəfə Rusiya pasportunu 2019-cu ildə 45 yaşı tamam olandan sonra alıb. 26 aprel tarixindən etibarən Rusiya Daxili İşlər Nazirliyinin Arxangelsk vilayəti üzrə idarəsinin qərarı ilə artıq onun pasportu etibarsızdır.
Tərlan Qasımov Daxili İşlər Nazirliyinin qərarından apellyasiya şikayəti vermək üçün dərhal hüquqi yardım üçün müraciət edib. Sahibkar iddia ərizəsində ölkənin milli təhlükəsizliyinə təhlükə yaradan heç bir iş görmədiyini və vətəndaşlığı olmayan şəxs statusu aldığı üçün hüquqlarının pozulduğunu bildirib".
29.RU-ya müsahibə verən Tərlan Qasımov etiraf edib ki, vətəndaşlıq məsələsi onu çox sarsıdıb və səhhətinə təsir edib:
"Ailə üzvlərimin hamısı Rusiya Federasiyasının vətəndaşlarıdır. Qardaşlarım, bacılarım, ətrafımdakı hər kəs. Bircə yaşlı anam Azərbaycan vətəndaşıdır. Vəssalam. Rusiya bizim vətənimizdir. Bizə burada məscid tikməyə icazə verdilər. Biz bütün millətlərarası qaydalara əməl edirik. Dinc, mehriban şəraitdə yaşayırıq, pul qazanırıq, burada ailələrimiz var. 8 ildir ki, fəaliyyətimlə Azərbaycan diasporundan daha çox yerli cəmiyyətə faydalı olmuşam.
Azərbaycanlılar 20-30 ildir burada yaşayırlar, əksəriyyəti. Kiminsə problemi varsa, onu özü həll edir. Çox nadir hallarda mənə müraciət edirlər. Bizim fəaliyyətimiz isə mədəni və xeyriyyə xarakterlidir. Biz ilk gündən bu fəaliyyətlə məşğul olmuşuq. Kim müraciət edirsə, biz həmişə kömək edirik, yaxşı işlər görürük. Uzun illərdir xeyriyyəçiliklə məşğuluq. Mən incimişəm. Əməyimə bu cür qiymət verilməsi mənə çox pis təsir edir".

29.ru yazır ki, Tərlan Qasımov Azərbaycan vətəndaşı deyil:
"Sovet İttifaqı dağılan zamanı o, RSFSR-də qeydiyyatda olub".
Tərlan Qasımovun Rusiya vətəndaşlığından məhrum edilməsi xəbəri yerli teleqram kanallarında da yayılıb. Onlardan biri yazıb ki, bu, “Azərbaycan diasporu daxilində çəkişmələr və yerli hakimiyyətlərə təsir uğrunda mübarizə” ilə bağlı ola bilər.
Tərlan Qasımov özü isə iddia edir ki, diaspor üzvləri onu hələ də lider kimi qəbul edir və ona qarşı mehribandırlar. O, vətəndaşlıqla bağlı məsələni kiminsə “sifarişi” hesab edir:
"Mən dəfələrlə demişəm ki, aktiv fəaliyyətim mənə mane olur. Bax, bu, təmiz sifarişdir, Rusiya-Azərbaycan dostluğunun sabotajıdır. Konkret deyə bilmərəm ki, bu diaspor və ya hansısa şəxsə mənə mane olur. Sadəcə olaraq belə bir məntiq var: aktiv insanların problemləri olur. Bir hüuqşünasla danişdım , o mənə dedi ki, “Tərlan, sən ola bilsin, 2022-ci ildə yaxşı idin, 2023-cü ildə yaxşı oldun, 2024-cü ildə isə birdən pis adama çevrildin”. Dünən kiməsə lazım idim, amma bu gün köməyə ehtiyacım olanda məndən üz çevirirlər.
Bradakı azərbaycanlılar artıq statuslarından narahat olmağa başlayıblar. Deyirlər ki, bugünkü hökumət, bugünkü qanunlar sizə bunu edirsə, biz sadə vətəndaşların vəziyyəti necə olacaq?"
Rusiya mətbutaının yazdığına görə, Tərlan Qasımovun Daxili İşlər Nazirliyinə qarşı iddiasına Oktyabr Rayon Məhkəməsində baxılıb:
"Məhkəmə zamanı məlum olub ki, onun milli təhlükəsizliyə təhdid yaradan hərəkətlər etməsi faktını FTX-nin regional idarəsi müəyyən edib. Yəni vətəndaşlığa xitam verilməsi barədə qərar bu qənaətə əsaslanır və məntiqlə ilk növbədə ondan şikayət edilməlidir.
Belə ki, FTB-nın Konstitusiya Quruluşunun Mühafizəsi və Terrorizmlə Mübarizə Xidməti milli təhlükəsizliyə təhdid yaradan hərəkətlərin törədilməsi faktının müəyyən edilməsi ilə bağlı rəy verib".
Bu səbəbdən sahibkarın vəkili Yevgeni Mitin FTB-yə qarşı başqa bir iddia qaldırıb və işə Lomonosovski Rayon Məhkəməsində baxılıb.
Yevgeni Mitinin sözlərinə görə, onlar FSB-nin milli təhlükəsizliyə təhdidlə bağlı rəyini yalnız məhkəmə sorğusu ilə alıblar. Vəkil bildirib ki, hər iki məhkəmədə onların verdiyi vəsatətlər rədd edilib.
Tərlan Qasımovun FTB-yə qarşı iddiasına gəlincə, iş dövlət sirri olduğu əsas gətirərək regional məhkəməyə verilib.
Vəkilin sözlərinə görə, Tərlan Qasımov vətəndaşlığı olmayan şəxs kimi qeydiyyata düşsə belə, deportasiya təhlükəsi hələ də qalır.

Oxşar xəbərlər
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- Təbrizə də zərbələr endirildi
28 fevral 2026 16:11
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
Xəbər lenti
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
Video & Fotoqalereya
Video
Fotoqalereya
