Deputat - İçəri Şəhərə giriş PULLU OLSUN - SƏRT CAVAB
Müsahibə5 oktyabr 2024 14:05
Deputatın İçərişəhərlə bağlı təklifinə Xalq artistindən sərt cavab
"Bu nə yanaşmadır? Təklif edirsən ki, Azərbaycan xalqı öz evini gəzmək üçün pul versin? Tahir Rzayev hansı rayonun deputatıdır? Bu təklif, düşüncə bilavasitə Azərbaycan xalqına, eləcə də xalqın müqəddəs dəyərlərinin qorunmasına qarşı təxribatdır. İçərişəhərdə geydirmə ofislər var, Tahir müəllim zəhmət çəksin, onları sökdürsün. Gücü çatmır? Nə qədər otellər var, gücü çatırsa, gedib onları sökdürsün".
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Milli Məclisin deputatı Tahir Rzayevin "İçərəhərə giriş piyadalar üçün də pullu olsun" fikirlərinə münasibət bildirərkən deyib.
Aktyor İçərişəhərin həm də yaşayış məskəni olduğunu xatırladıb:
"İnsanlar orada yaşayır. Söhbət orada hansısa muzeylərdən gedə bilər. Xaricdə necədirsə, bizdə də elə olsun, amma vətəndaşların öz evlərinə gəlib-getməsi niyə pullu olmalıdır? Getsin öz işi ilə məşğul olsun. Bizi adətimizdən, torpağımızdan, kəndimizdən etmək istəyir? Bəlkə havanı da pullu etsin? İçərişəhər bizim əxlaqımız, mənəviyyatımız və and yerimizdir. Mən orada doğulub-böyümüşəm. Dədə-baba evimə getmək üçün pul verməliyəm? Orada yüzlərlə obyektlər fəaliyyət göstərir, antikvar əşyalar satılır. Camaat mədəniyyətini, tarixini təbliğ edir. İşərişəhərə girişi pullu edib camaatı qaçırdaq? Bəlkə Qız qalasını da hasarlayaq, heç kəsi yaxın buraxmayaq?".
Xalq artisti deputata məsləhət görüb ki, qanunların qəbulu ilə məşğul olsun:
"Yaxşı olar ki, Tahir müəllim uşaq pulu, pensiya, qazilərin sosial ödənişləri ilə məşğul olsun. Camaatın güzəranı haqqında fikirləşsin. Sosial problemlər haqqında düşünsün".
Bundan əvvəl Milli Məclisin komitə sədri Tahir Rzayev təklif edib ki, İçərşəhərə giriş piyadalar üçün də pullu olsun:
"Bütün ölkələrdə turistlərin gəzdikləri zonalar, kitabxanalar, muzeylər, parklar və s. pulludur. Həmin yerlərin qorunmasına, abadlaşdırılmasına əlavə vəsait sərf olunur. Buna görə də İçərəhərə də giriş müəyyən qiymətlərlə ölçülməlidir. Amma qiymətlər münasib olmalı, insanları narazı salmamalıdır. Gələn turistləri də qane etməlidir. Eləcə də rayonlardan gələn vətəndaşlarımız da İçərişəhərdə gəzirlər. Buna görə də qiymətlər qaneedici olmalıdır".
Oxşar xəbərlər
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- İran sərhədlərimizdən geri çəkildi
6 mart 2026 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
