Azərbaycanda yeni ORDU qurulur! Bu şəxslərin əsgərliyi ilə bağlı QƏRAR verildi...
Müdafiə Nazirliyi hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edib. Yeni əsgərlik konsepsiyasına əsasən Milli Müdafiə Universitetinin tərkibində yeni bölmələr yaradılır.
Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat yayıb.
“Digər universitetlərin, o cümlədən xarici universitetlərin bakalavr və magistraturasını İT ixtisaslar üzrə uğurla bitirənlər Milli Müdafiə Universitetinin tərkibində həmin bölmələrdə xüsusi şəraitdə əsgərliklərini davam etdirəcəklər. Onlar öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunacaqlar. Bununla da Ordumuzda yeni intellektual qabiliyyətli bölmələr yaradılmasına start verilir. Düşünürəm ki, çox faydalı və əhəmiyyətli bir addımdır.
Bununla da təhsili yeni başa vuran İT mütəxəssislər həm öz bilik və bacarıqlarını təkmilləşdirərək faydalı təcrübə qazanacaq, həm də orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər”, – O.Gündüz qeyd edib.
Mövzu ilə bağlı Referans.az-a danışan hərbi məsələlər üzrə ekspert Elxan Şıxaliyev bildirib ki, 600 - dən yuxarı bal toplamış və xarici universitetlərin bakalavr, magistr təhsilini İT texnologiyaları üzrə bitirən tələbələrin xüsusi şərtlərdə intellektual bölmələrdə xidmətinə dair qərar qəbul edilib:
"Milli Müdafiə Universitetinə qəbul olacaq tələbələrlə bağlı bu çox inqilabi qərardır. Adətən 600 baldan çox bal toplayan abituriyentlər bakalaviriat pilləsini bitirəndən sonra magistr pilləsinə daxil olurlar. Bu ali təhsil pilləsindən sonra məzunlar çox vaxtı doktorantura pilləsinə sənədlərini verirdilər ki, bir il fasilə yaranmasın. Bundan sonrakı mərhələdə orduda xidmətdən keçməmək kimi qərar qəbul edirdilər. Yeni qərar qəbul ediləndən sonra bir neçə proses baş verəcək. İstənilən halda 600 bal toplayan və dünyanın tanınmış universitetlərində oxuyan tələbələr asanlıqla hərbi xidmətə dönəcəklər və təhsilin arası kəsilməyəcək. Həmin məzunlar əsgərlikdə intellektual bölmələrdə, yeni nəsil texnologiyalarla dəstəklənən İT texnologiyalarına aid proqramlaşmanın olduğu sahələrdə xidmətlərini həyata keçirəcək. Proses başlayıb və bu kriteriyalara uyğun gələn əsgərlər bu bölmələrə cəlb ediliblər".
Hərbi ekspert deyir ki, Müdafiə Nazirliyinin strukturlarında 4 və 5 - ci nəsil texnologiyalarla dəstəklənən hərbi - texniki avadanlıqların isitifadəsi üçün nəzərdə tutulan bölmələr var. Bu avadanlıqların istifadəsi üçün mütləq intellektual hərbiçilər olmalıdır. Onlar gələcəkdə müdafiə sənayesi istehsalına cəlb olunaraq, İT texnologiyaları üzrə dəstəklənən hissəsinə yönləndiriləcəklər.
Müsahib qeyd edir ki, hərbi sahədə atılacaq addımın təhsili sistemimizə çox böyük təsiri olacaq. Hərbi xidmətdən yayınmanın yolları qalmadığı üçün gənclər sırf hərbi xidmətlərini bu bölmələrdə keçsin deyə çox böyük bilik yarışına girəcəklər: "Yaxın 10 ildə hərbi sahədə dəyişiklik baş verəcək. Xaricdə oxuyub, vətənə qayıtmaq istəməyən gənclərin hərbi xidməti həddindən artıq asanlaşdı. Seçimdən sonra gənclərimiz əxris olunandan sonrakı mərhələdə həm Müdafiə Nazirliyinin, həm də Müdafiə Sənayesinin strukturlarında işləyə biləcəklər".
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 2026 15:30
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 2026 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 2026 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 2026 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 2026 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
