İspaniya məhkəməsi Eldar Mahmudovun 3 övladının Mallorka adasındakı mülklərini...
İspaniya məhkəməsi Azərbaycanın əvəzinə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun 3 övladının Mallorka adasında böyük miqdarda vəsaiti leqallaşdırması ilə bağlı faktları araşdırır. İspaniya Korrupsiyaya qarşı Mübarizə Prokurorluğu onları korrupsiya yolu ilə əldə edilmiş pullar hesabına adada 50 milyon avro dəyərində ən azı müxtəlif ünvanda dəbdəbəli mülk və torpaq sahələri almaqda ittiham edir. İttiham aktına görə mülklərin alışı Kalviada qeydiyyatdan keçmiş iki ispan şirkəti vasitəsilə həyata keçirilib və ümumilikdə 60-dan çox (Valldemossada 23, Kalviada 22 və Palmada 15) mülk əldə olunub. Təkcə Peguera kurort şəhərində 1 əmlaka 9 milyon avro ödənilib.
Qeyd olunur ki, Mahmudovların mülklərinin bir neçəsi Anar Mahmudovun adına
Seyşel adalarında qeydiyyatdan keçmiş SİNALCO INVESTMENTS LİMİTED şirkətinə məxsus Latviya hesabından bank köçürmələri yolu ilə ödənilib. Bu hesab üzərindən Anar Mahmudov Palm şəhərinin Alexandre Rossello küçəsi 27A ünvanında 4,5 milyon avroya iiki mülk alıb. 206 kv.metr sahəsi olan mənzillər Eldar Mahmudovun qızı Xuraman Mahmudovanın adına alınıb. 101 kvadratmetr sahəsi olan daha bir mənzil Balearın elitar yaşayış kompleksi sayılan Plaza del Comtat del Rosselloda 444,960 avroya alınıb.
Eldar Mahmudovun digər qızı Nərgiz Mahmudovanın adına 4,1 milyon avroya əmlak isə xarici görünüşünə görə turistlərin xüsusi marağını cəlb edən modernist üslublu Casasayas binasında əldə edib. Məbləğin bir hissəsi Seyşel adalarındakı şirkətə məxsus Latviya hesabından köçürmə yolu ilə ödənilib. Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğundan araşdırmasına görə, pulun böyük hissəsi Nərgiz Mahmudovaya məxsus və qardaşı Anarın köçürmələri hesabına maliyyələşən Palmanın Portals Nous qəsəbəsindəki filialının hesabından götürülən üç nominativ çek vasitəsilə çatdırılıb. Bu mülk Balear Adaları Ali Ədalət Məhkəməsinin qərargahına çox yaxındır.
2014-cü ilin aprelində, isə Eldar Mahmudovun iki övladı Calviadakı Sol de Mallorca səmtində bir milyon avroya altı mülk alıblar. Qiymət Anarın Latviyadakı şəxsi hesabından dörd bank köçürməsi yolu ilə ödənilib.
Keçmiş nazirin övladları Londonda yaşasalar da Kalvian sahillərinə və Santa Ponça, Puerto Portalları və ya Port Adriano kimi yerlərə tez-tez gəlirlər.
Ötən aylarda Palma məhkəməsinin hakimi Eldar Mahmudovun övladları ilə videokonfrans formatında sorğu-sual aparıb, keçmiş nazirin övladları ittihamları rədd ediblər.
CAVANŞİR HƏSƏNLİ
Oxşar xəbərlər
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
3 mart 2026 19:53
- Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdi
27 fevral 2026 23:21
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
Xəbər lenti
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
