Qarabağ Universitetinin tələbələri ilə görüş keçirildi - Fotolar

Ötən gün Elm və Təhsil Nazirliyi və Baş Prokurorluğun nümayəndə heyəti Qarabağ Universitetinin tələbələri ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, hüquqşünaslıq, tarix və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələrin iştirak etdiyi görüşün əsas məqsədi birgə tədbirlərin təşkili və gələcəkdə prokurorluq orqanlarında çalışmaq istəyən gənclərin təhsilinə dəstək verilməsi istiqamətində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi olub.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək tədbir iştirakçılarını salamlayıb və ölkə rəhbərliyi tərəfindən universitet qarşısında qoyulan prioritetləri diqqətə çatdırıb. Rektor vurğulayıb ki, tələbələrin inkişafını təmin etmək məqsədilə faydalı tərəfdaşlıqlar yaratmaq universitetin məqsədləri sırasındadır və bu istiqamətdə Baş Prokurorluqla əməkdaşlıq olduqca əhəmiyyətlidir.
Çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov karyera imkanları və elmi araşdırmalar üçün əməkdaşlıqla bağlı təkliflərini irəli sürüb. İdarə rəisi diqqətə çatdırıb ki, tələbələrin prokurorluq orqanlarında təcrübə keçmələri və ictimai köməkçi institutlarında iştirakları təmin edilir. Tural Aslanov əlavə edib ki, növbəti tədris illərində Qarabağ Universitetinin tələbələri üçün də bu prosesin təşkili nəzərdə tutula bilər.
Görüş sual-cavab formatında davam etdirilib, tələbələrin fikirləri dinlənilib. Sonra Elm və Təhsil Nazirliyi, Baş Prokurorluq və Qarabağ Universiteti arasında üçtərəfli görüş formatında əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə Baş Prokurorluğun struktur bölmələri və tabe prokurorluqlarda Qarabağ Universitetinin tələbələri üçün təcrübə və karyera imkanları, prokurorluq əməkdaşları tərəfindən tələbələrə seminar, vebinar və təlimlərin keçirilməsi, aktual mövzular üzrə birgə elmi-tədqiqat işlərin həyata keçirilməsi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.




- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 2025 02:19
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 2025 13:23
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 2025 11:26
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 2025 09:59
- Xocalının körpəsi, Türkiyənin müəllimi...
14 sentyabr 2025 13:13
- DSX-nin zabiti ehtiyatsızlıqdan açılan atəşlə öldü - Fotolar
14 sentyabr 2025 09:53
- Dünyanın ən yaşlı insanı bu türk respublikasında tapıldı - FOTOLAR
13 sentyabr 2025 11:16
- NAR və YAŞAT Fondu şəhid övladlarını təbrik etdi - Fotolar
11 sentyabr 2025 01:46
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
9 sentyabr 2025 21:19
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
9 sentyabr 2025 13:13
- Məzahir Pənahovun oğlu keçmiş arvadına uduzdu - 300 minlik əmlakı qaytaracaq
18 sentyabr 16:12
- Çəkinin AZ OLMASI sağlamlıq üçün ÇOX ÇƏKİDƏN daha TƏHLÜKƏLİDİR ..
18 sentyabr 15:55
- Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
18 sentyabr 14:43
- Prezident Avropa İttifaqının Genişlənmə üzrə komissarını qəbul etdi (FOTO)
18 sentyabr 14:31
- Tramp Britaniyada qaydaları pozdu: Kraldan qabağa keçmək və ona toxunmaq qadağandır
18 sentyabr 01:38
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55