Bu Avropa xalqının əcdadı azərbaycanlılardır - Nadir sənəd
Mədəniyyət25 oktyabr 2024 13:04
Kanadada anadan olan və Amerikada Fəlsəfə Araşdırmaları Cəmiyyəti yaradan filosof, yazıçı, mistika və araşdırmaçı Manli Palmer Hall dünyada nadir insanlardan olub ki, 50 mindən çox qədim əlyazma, kitab və sənədlərdən ibarət kolleksiyası olub. Eyni zamanda o, San-Fransiskodakı Mason təşkilatının cəngavər- təsisçisi idi.
Hall 70 illik karyerası ərzində ABŞ-da və xaricdə təxminən 8000 mühazirə oxumuş, 200-dən çox kitab və esse yazmış, müxtəlif jurnallarda saysız-hesabsız məqalələr dərc etdirmişdir. İndi sizlərə onun "Fəlsəfə, elm və dinə həsr olunmuş həftəlik qəzet"də 24 noyabr 1926-cı ildə (A Weekly Newspaper Devoted to Philosophy, Science and Religion Manly P. Hall Vol. 3 No. 1 November 24, 1926) dərc etdiyi bir məqaləni təqdim edirəm:
"Şimal salnamələrindən aydın olduğu kimi, Asiyadan olan Aser tayfasının başçısı Ziqqe xristian erasının I əsrində öz tayfasını Xəzər dənizi və Qafqazdan Şimali Avropaya aparmışdır. O, Qara dənizdən Rusiyaya keçib, orada oğullarından birini hökmdar qoyur. Saksoniya və Frankiyada da eyni şeyi edir. Sonra o, beşinci oğlu Skoldu hökmdar kimi tanıyan Danimarkaya köçür və oradan da İsveçə gedir, burada Gilf heyrətamiz sərgərdana hörmət edərək, onun sirlərini açır" (Mənbə: BURADA).
Manli Palmer Hall Odinin Xəzərdən olan Azər olduğunu iddia edir və qədim massaget tayfası olan "auqas”ı "oğuz” etnonimi ilə eyniləşdirir.
Qeyd edim ki, dünya şöhrətli səyyah-tədqiqatçı Tur Heyerdal 1980-2000-ci illərdə Azərbaycana bir neçə səfər edib və həyatının son illərində Qafqaz və Skandinaviya arasındakı qədim əlaqələrə yönəldilmiş layihələr üzərində işləyib. O yazır:
"Azərbaycan, onun Xəzərboyu sahilləri avropalıların, xüsusilə Skandinaviya xalqlarının ana vətəni olmuş, Avropa mədəniyyətinin kökü də məhz bu diyardan başlanmışdır" (Mənbə: BURADA)
Maraqlıdır ki, "The Collected Norse Sagas" əsərində də müəllif Snori Saturlson 1241-ci ildə qələmə alınmış island saqalarına istinad edərək yazır:
"Vikinq kralları mühacir Odinin nəsilindəndirlər. Odin öz adamları ilə birlikdə Roma istilasından qaçmaq məqsədilə Qafqaz dağlarının və Qara dənizin şərqində yerləşən Aser adlanan torpaqlardan təqribən eramızın 100-cü ilində köç etmişlər" (Kitabı oxumaq üçün mənbə).
Hesab edirəm ki, bunlarla yanaşı bu cür qeyd olan yazılar "Kon-Tiki” muzeyində, İsveç, Norveç, İslandiya arxivlərində də mövcuddur və onları araşdırmağa ehtiyac var.
Zaur Əliyev
Dosent
Oxşar xəbərlər
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 2026 13:37
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 2026 21:59
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Bu, Rusiyanın sonunun başlanğıcıdır...- Və yeni Ukraynanın başlanğıcı...
10 may 2026 15:53
Xəbər lenti
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
