Putinin qərarı: azərbaycanlılar QOCA RUSLARLA evlənə bilməyəcəklər
Rusiya prezidenti Vladimir Putin əcnəbilər yalnız Rusiya vətəndaşı ilə üç illik nikahdan sonra sadələşdirilmiş qaydada müvəqqəti yaşayış icazəsi ala biləcəkləri qanunu imzalayıb.
Musavat.com Rusiya mediasına istinadən xəbər verir ki, müvafiq qanun miqrantlarla saxta nikahlara qarşı mübarizəyə yönəlib. İndiyədək qanunvericilik sadələşdirilmiş qaydada müvəqqəti yaşayış icazəsi almaq üçün müraciət üçün nikahda olma müddətini müəyyən etməyib.
Yada salaq ki, Dövlət Dumasının qəbul etdiyi “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına gəlmək qaydası haqqında” və “Rusiya Federasiyasında xarici vətəndaşların hüquqi statusu haqqında” qanunlara dəyişikliklər edilir. Sənəddə qeyd olunur ki, əcnəbilər bəzən miqrasiya statusu almaq və real ailə qurmaq niyyəti olmadan belə nikahlara əl atırlar ki, onların sırasında azərbaycanllılar da az deyildi.
Məsələn, bir müddət əvvəl Rusiya prokurorluğu 50 yaşlı Azərbaycan vətəndaşı ilə 71 yaşlı Çerepovts sakini arasında saxta nikah faktını aşkarlamışdı. Azərbaycanlı vətəndaşlıq almaq üçün sənədlərini müvafiq dövlət orqanına təqdim etdikdən sonra yoxlama aparılıb. Məlum olub ki, kişi qadınla iş yerində, kolxoz bazarında tanış olub və VVAQ idarəsində nikaha daxil olub.
Yoxlama zamanı məlum olub ki, Azərbaycan vətəndaşı qadına saxta nikah qurmağı təklif edib, bunun müqabilində isə “həyat yoldaşını” maddi cəhətdən təmin etməyi öhdəsinə götürüb. O, bu vədini yerinə yetirib.
Məlum olub ki, cütlük heç vaxt eyni ünvanda yaşamayıblar. Nikah ailə qurmaq məqsədilə bağlanmayıb. Ona görə məhkəmə azərbaycanlı ilə Çerepovts şəhər sakini arasında bağlanmış nikahı etibarsızlaşdırıb.
![]()
Daha bir azərbaycanlı gəncin isə Rusiya vətəndaşlığını almaq üçün pula ehtiyacı olan öz həmyaşıdı olan qızla saxta evliliyə imza atdığı da ortaya çıxmışdı. 19 yaşlı azərbaycanlı Rusiya vətəndaşı olan həmyaşıdı ilə ailə qurub. Bununla da, o, öncə Rusiya ərazisində müvəqqəti, daha sonra isə uzunmüddətli yaşama icazəsi əldə edib.
Qeyd olunur ki, Azərbaycanlı gənc qıza saxta nikah müqabilində 15 min rubl ödəyib. Cütlüyün heç vaxt bərabər yaşamadığı bildirilir. “Ər-arvad” məhkəməyə gələrək nikahlarının saxta olduğunu etiraf ediblər. Nəticədə, saxta nikaha xitam verilib.
Rusiyanın Novqorod şəhərində isə hətta həmvətənlərinin Rusiyada qanunsuz qalmasını təşkil etməkdə təqsirli bilinən mütəşəkkil azərbaycanlı dəstə həbs edilmişdi.
Məhkəmə zamanı müəyyən edilib ki, müttəhimlər dörd Azərbaycan vətəndaşı üçün novqorodlu qadınla saxta nikah, onların Novqorodda yaşayış yeri üzrə qeydiyyata düşməsini və Rusiyada müvəqqəti yaşamaq üçün icazə almasını təşkil edib. Göstərilən xidmətlər qarşılığında Azərbaycan vətəndaşları qanunu pozanlara, təxminən, 150 min rubl məbləğində pul ödəyib.
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
3 mart 2026 13:07
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu (SİYAHI)
24 fevral 2026 13:10
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 2026 14:07
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 2026 15:30
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 2026 12:27
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
