Baba Vəziroğlu kimi ortabab şairə yubiley keçirirlər, mənə yox…Niyə? –Qocaman yazıçımız Vaqif Nəsib /MÜSAHİBƏ
Qocaman yazıçımız Vaqif Nəsib Azpost.info-ya müsahibə verib.
Azərbaycan ədəbiyyatının tanınmış imzalarından olan Vaqif Nəsib 1939-cu il yanvarın 16-da Qazax şəhərində anadan olub. Onun yazdığı bir çox əsərlər oxucular arasında maraqla qarşılanıb. “Omaroğlunun qayıtması” hekayəsi ədəbi ictimaiyyətdə hadisə sayılıb.
V.Nəsib Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında böyük elmi redaktor (1968–1969), “Qobustan” jurnalı redaksiyasında məsul katib (1969–1975), “Gənclik” nəşriyyatında baş redaktorun müavini (1975–1983), “Azərbaycan” jurnalında publisistika şöbəsinin müdiri vəzifələrində çalışıb.
Azpost.info müsahibəni oxucularına təqdim edir.
–Vaqif müəllim, necəsiniz? Eşitdiyimə görə istirahətdən dönmüsünüz. Rusiyanı necə gördünüz, çox dəyişibmi?
– İstirahətə yox, müalicəyə getmişdim. Rusiya elə əvvəldən bizə, Azərbaycana və bizim kimi xalqlara heç vaxt nümunə ola bilməyib. Elə Sovet vaxtında da belə idi, amma yenə Rusiyadan asılıydıq, əslində onlar bizim əlimizə baxırdılar. Rusiyanın rəhbəri Putin qansız adam olsa da ancaq biz ona bir işə görə minnətdar olmalıyıq, çünki Rusiyadan bircə dəfə nəhayət xeyir görə bildik. Son vaxtlar baş verənlər, 44 günlük Qarabağ müharibəsində Putinin mövqeyi, bizim qələbəmiz… Bütün bunlar da yenə Ərdoğana, Türkiyəyə görə oldu, çünki Putin qarşısında Ərdoğanı görürdü. İndi Ukraynada, öz doğma əmioğlularına qarşı müharibə aparır, amma heç savaşın ideoloji formatını belə təqdim edə bilmir. Nə isə.. Özləri bilərlər…
–Vaqif müəllim necə düşünür, istedadlı bir gənc şair yazıçı oldu, yoxsa zəif şeirlərin müəlli yaxşı yazıçıya çevrildi?
– Mən elə bu gün də, indiyə kimi özümü şair hesab edirəm. Bilirsən də, Anarla bir az aramız qırovlanıb, soyuyub, amma bu günlərdə mənə Xatirə adlı bir şairə zəng edib dedi ki, Azərbaycan Yazıçılar Birliyi yeni kitab çap etdirir, Anar mənə tapşırıb ki, hökmən həmin kitabda Vaqif Nəsibin “Durna günü” şeiri də olmalıdır. Bilirsən, Rəsul Rzanın özü də ən böyük məqaləsini elə mənim haqqımda yazmışdı, özü də bir çap vərəqi. Məqalənin adı da elə “Durna günü” idi. Şair kimi mən sonuncu şeirlər kitabımı, eləcə də axırıncı roman kitabımı hazırlayıram. Öz taleyimi, avtoporetimi yaratmışam. Bundan sonra da qələmimi xalçadan asıb özümü təqaüdə çıxaracam. Son yazdığım şeirlərdən birini deyim:
Geyinməyə iki arşın kəfənim,
Söyülməyə təkcə gorum qalıbdır.
-Nə vaxt sizin yaradıcılığınızdan söz düşür, ilk yada düşən “Omaroğlunun qayıtması” hekayəsi olur. Deyirlər ki, Vaqif Nəsibin şah əsəri bu hekayədir. Axı “Ceyrançöllü Qoç Kərəməli”, “Uzundərə”, “Dağ havası” kimi oxunaqlı əsərləriniz də var. Bəs sizin fikrinizcə, ən yaxşı əsəriniz hansıdır?
– Əvvəla onu deyim ki, bu hekayənin əsl adı “Cəfəroğlunun qayıtması” idi, amma buna görə “KQB” məni çox incitdi. Çünki o vaxtlar Türkiyədə yaşayan bir Əhməd Cəfəroğlu vardı, böyük adam idi. O vaxt onu Türkiyədə Türkiyə elminin vicdanı da adlandırırdılar. Amma Azərbaycanda çox təəssüf ki, Firudin Köçərli adlı birisi onun əleyhinə “Kommunist” qəzetində biabırçı felyeton dərc etdirmişdi. Bax, bu Köçərli soyadı səni çaşdırmasın ha, mən o böyük ziyalımız Firudin bəyi nəzərdə tutmuram. Bizim belə ziyalı oğullarımızı Azərbaycan SSRİ- də biabır edirdilər, şərləyirdilər. Bu hekayəyə görə dedilər: “Belə çıxır ki, sən bu hekayənlə demək istəyirsən, bir vaxt Əhməd Cəfəroğlu, onun kimiləri qayıdıb sizin imanınıza tula bağlayacaq?” və sair belə cəfəng sözlər… Axırda mənim də bir himayəçim tapıldı. Bir yerlim, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işləyən qazaxlı əməkdaş nəhayət köməyimə çata bildi. Onun hesabına bir təhər “KQB”-nin cəngindən qurtara bildim. Bu hekayənin adını da dəyişdirib elədim “Omaroğlunun qayıtması”. Amma mən nəsr əsərlərimin içərisində bu əsərimi ən yaxşısı, şah əsər də hesab eləmirəm. Baxın, mənim axırıncı dəfə “Azərbaycan” jurnalının ardı-ardınca üç sayında yazdığım “Sənsizlik, mənsizlik, onsuzluq” romanımdan hissələr getmişdi. Onu o vaxt jurnala verəndə qorxurdum ki, Anarla aramızda yaranmış münasibətə görə əsəri çap etməyələr, lakin romandan parçalar çap olundu. Həmin dövrdə bizim yaxşı nasirlərimizdən biri Məmməd Oruc romana ön söz də yazmışdı. Yazmışdı ki, mən inanmıram indən sonra Azərbaycan ədəbiyyatında bir də belə üslubda, belə dildə roman yazıla. Yazıçı öz əsərlərinə nə cür ögey, doğma baxa bilər axı?.. Hamısı məndən ötrü əzizdir. Bir dostumuz vardı, bəlkə də tanıyardın, jurnalistiydi Pərviz, tanıyırdın?
Bu məqamda duruxub başını dikəldir və sözünü yarımçıq kəsib üzümə baxır, mən də sanki utancaq təəssüflə Vaqif Nəsibə baxa-baxa “Yox, tanımırdım” deyə cavab verirəm. Müsahibim sözünə davam edir:
-Hə, onu deyirdim axı, rəhmətlik jurnalist dostumuz olan Pərviz də həmişə deyərdi ki, Vaqif Nəsibin ən yaxşı əsəri “Əzizinəm, Qarabağ…” hekayəsidir.
-Bəzi oxucularınız deyir ki, “Bilalın elçiliyi” hekayəsi “Omaroğlunun qayıtması”-ndan yaxşı əsərdir.
-Bilirsən, hərəsi bir dövrün məhsuludur, “Omaroğlu” – da o dövrün haqsızlığından bəhs olunur, “Bilalın elçiliyi” hekayəsində də dinc dövrün haqsızlığından danışılır. Bilalda bir insanın bədbəxtliyi var, amma Omaroğlunda bir nəslin faciəsidir. Belə…
-Anatoli Zöhrabbəyovun tamamlanmamış “Odlu diyar” adlı tarixi romanının ardını siz yazmısınız. Bu əsərin taleyi necə oldu?
-Qəribədir ki, necə ki, “Odlu diyar” – ın müəlli Zöhrabbəyov talesiz olub, ardını yazdığım mənim romanım da elə talesiz oldu. İlk dəfə “Kredo” qəzeti həmin əsəri öz səhifəsində “ardı var” – la çap etməyə başladı, yaxşı da oxunurdu. Hətta Ənvər Nəzərli adlı keçmiş bir məmur vardı, o da hər sayı səbirsizliklə gözləyirdi. Bir sözlə, əksəriyyət maraqlanırdı. Sonra da məlum olub ki, mənim tənqid etdiyim bir şəxsin maliyyəsi ilə bu qəzet çıxırmış, beləcə bu romanın çapını dayandırdılar. Ondan da roman yarımçıq qaldı, əlyazması da itdi.
Çünki o vaxt mən İçərişəhərdə olurdum. Çox yaxşı, şairanə bir yerdə yaşamışam – Ədib Evi adlı ikimərtəbəli, həm də gözəl həyəti olan evdə. İndi sonrasını deyim…YUNESKO-nun qərarı ilə həmin o məkan mədəni irs kimi qoruğa çevrildi, mənim özüm də çox sevindim, düşündüm ki, bu xalqa xidmətdir, sən demə, bu adla alver, alqı-satqı gedib. Neyləməliydim ki?..Məni də bu qoca vaxtımda bura köçürdülər. İndi də Keşlə bazarının yanında oluram. İki ailə ilə ikiotaqlı bir evdə yaşayırıq. Hə, onu deyirdim axı, oradan köçəndə bütün əlyazmalarım dağınıq düşdü, ona görə də “Odlu diyar” romanım it-bata düşdü. İndi bütöv varianti da yoxdur, qalan təkcə o vaxt “Kredo” qəzetində çap olunanlardır. O vaxt hələ, bir dəfə də “Kredo”-nun baş redaktoruna dedim ki, bu əsərin yetmiş faizi çap olunub, onu verin. Redaktor da bildirdi ki, həmin romanı arxivdən tapıb çıxarmaq üçün pul lazımdır, o da mümkün olmadı. Mən bu əsəri toplamaqdan ötrü makinaçı tapıb əsəri köçürmək, sonra da ardını yazıb tamamlamaq istəyirdim…
-Vaqif müəllim, nəsildaşlarınız içində daha çox kimlərdən ötrü darıxmısınız?
-“Nə qalıbdır” şeirimdə də var. Kim qalıb ki… Dostlarımın çoxu köç eyləyib gedib e, çoxu. (Şeirindən bir bənd deməyə çalışır, amma xatırlaya bilmir, tutulur və üzünü yana çevirib başını yelləyə-yelləyə yola baxır). Bizim Kələntər Kələntərli adlı bir ləzgi şairimiz var idi, az qala öz ana dilini də Azərbaycan dilinə qurban vermişdi. Ləzgi, eləcə də Azərbaycan dilində gözəl şeirlər yazırdı, amma ona bir damcı qayğı göstərən də olmadı, qədrini bilmədilər. Demək olar ki, hər gün biz günorta üstü “Monolit”- də, Sabir bağıyla üzbəüz olan kafedə yığışıb araq içirdik. Sayımız da elə az deyildi, içimizdə şairlərimiz də vardı – Şaiq Vəli, Kələntər… Mən də öz aramızda söz düşəndə deyirdim ki, biz AYB-nin ilk araq filialını yaratmışıq (gülür). Ona görə mənim haqqımda “Yol” qəzetində “Vaqif Nəsibin “Monolit” monoloqu” adlı bir yazı da getmişdi. Mənim əleyhimə. Yazırdılar ki, “Vaqif Nəsib bəsdir, dünyaya sərxoş gözüylə baxdın” (gülür). Mən də həmin adama müsahibə vasitəsilə cavab verdim. Dedim, gör, sən nə qədər savadsızsan ki, heç olmasa, yazının adını “Vaqif Nəsibin “Monolit” dialoqu” qoymamısan(yenə də özünü saxlaya bilməyib xısın-xısın gülür).
-Həmişə çap olunmusunuz, barənizdə çox yazılıb, deyilib. Yazıçı kimi istedadınızı da danan olmayıb, hətta zamanında AYB sizi yada salıb ki, yubileyinizi keçirsin, amma razılıq verməmisiniz. Üstəlik də AYB sədri kimi yazıçı Anar sizin dediyiniz o, çapına hazırlıq gedən kitabda Vaqif Nəsibin də şeirinizi görmək istəyib. Özünüz söyləyin, bu gün Vaqif Nəsibi incik salan nədir?
-Bayaq təxminən bu barədə nə lazımdır, dedim də. Layiqli qiymət verilsin. Bax, bir Baba Vəziroğlu var, ortadan da aşağı şair, üç-dörd nəğmə mətni müəllifi di. Amma, nə olsun…Onu dırnaqarası “ədəbiyyatdakı xidmətlərinə görə” 60 illiyini qeyd edirlər, böyük yubileyini keçirib ən ulu mükafata layiq görürlər. Nəyə görə? Baba Vəziroğlu Azərbaycan ədəbiyyatına nə böyük xidmət göstərib ki?.. Hamıya məlumdur ki, onun bəxtini nazirin mahnıları açıb. İkincisi də onu deyim, bil. 2016-cı ildə guya mən ad, prezident təqaüdü almalıydım. Hətta bu təqdimatı Nizami Cəfərov versə də yazıçı Elçin Əfəndiyev də dəstəkləmişdi və elə ilk konvertdə məktubu göndərmişdilər Mədəniyyət nazirliyinə. Xeyrəddin Qoca da aldı, amma mən yox. Ya birdəfəlik bizə desinlər ki, fəxri ad və mükafatları ancaq istedadsızlara veririk, ya da bizə də gəlib versinlər də. Mən ki, bu xalqın ögey oğlu deyiləm. Təqdimatım bəlkə də indiyədək nazirliyin bir küncündə yatıb qalır. Ya da atıblar gedib. Belə olmaz! Halbuki mənim daha çox ehtiyacım var. Mən makinada öz yazılarımı kiməsə yazdıranda da, nisyə yazdırıram. Nə vaxta qədər? Belə çıxır ki, mən durub gözləməliyəm, ya da Lerikin uzunömürlüsü Şirəli Müslümov kimi 180 il yaşamalıyam ki, bəlkə nəsə oldu, eləmi? Üstəlik, bu yaxınlarda Mehriban xanıma məktub yazmışdım, nəticəsi olmadı. Onu da deyim ki, bu yaxınlarda Vaqif Nəsibin 85 yaşı tamam oldu, amma nə olsun, bax, həmin “Ədəbiyyat qəzeti” bununla bağlı ikicə sətir yazı da vermədi. Hər kəs deyir ki, yazıçıya böyük qayğı var, amma qayğı yoxdu.
-Azərbaycanın dünya miqyasına çıxa bilən neçə yazıçısı var?
-Dünya miqyasına çıxacaq yazıçımız heç yoxdur. Çox təəssüf. Biz ancaq elə içəridə bir-birimizi tərifləməklə məşğuluq. Hələ ki, belə yazıçı görmürəm. Bir söz deyim, bizim Azərbaycan yazıçıları Biləcəridən o yana keçə bilməyiblər. Düzdür, yalandan “ölməz” dedikləri əsərlər yaranır, amma o da boş şeydir. Bircə Yusif Səmədoğlunun “Qətl günü” romanı zamanında çox böyük səs-küy salmışdı, hətta Rusiyada ilin ən yaxşı romanı adını almışdı. Bizim də bircə təsəllimiz o ola bilər. Qalanları barədə nə deyim, nədi e, axı?. Böyük əsər yoxdu ki…
-Yazıçının müdrikliyi, təcrübəsi müəyyən yaş dövründən sonra onun yaradıcılığına təsir edirmi? Yəni yaşla əlaqədar üslub və yanaşma tərzi, mövzu seçimi dəyişkənliyi qələm adamını yazıçı kimi zirvəyə, böyük məqama çatdırır, yoxsa onu öz yolundan azdırır?
-Hər insanın bir-birinə bənzəməyən əl izləri var, hətta cinayət törədənləri də əl izi ilə tapa bilirlər. Yəni deməyim odur ki, adamların varlıqları da bənzərsizdir. Mən özüm barədə ancaq onu deyə bilərəm ki, fziki cəhətdən zəifləsəm də, ruhən yenə həmən yazıçıyam. Bütün varlığımla, eləcə də düşüncəmlə. Bir məsələ də var. Onu da elə buradaca deyim, həmin adama buna görə sevgim də artdı. Onu deyirdim.. Son günlər yeni yazdığım “Dimdikdən düşən adam” adlanan romanımı aparıb verdim “Azərbaycan” jurnalına. Romanın adı bir deyimlə bağlıdır. Axı köhnə vaxtlarda biz uşaqlara tez-tez deyirdilər ki, guya uşağı hacıleylək quşu gətirib. Bir yetimin taleyi haqqındadır. Amma düzünü də deyim ki, inanmırdım ki, romanı “Azərbaycan” – da çap eyləyələr. Bir gün də gördüm, mənə İntiqam Qasımzadə özü zəng edib. Dedi ki, romanımı oxuyub, xoşuna gəlib, amma özüm də gəlib bəzi düzəlişlər etməliyəm, çünki əsər mətbəəyə gedəcək. Getdim və elə dediyi kimi də oldu. Çox sevindim, lap çox. İndinin özündə də əlimdə bir roman var: – adı “Ölüm kamerası”. Dünyanın da bir ölüm kamerası olduğunu yazmışam.
Orada bir-birini sevməyən və yataqxana otağına yığışanların obrazı, hətta həmin adamların içində Elçibəyin bir casusunun obrazı da var. Həm də orada mən demək istəyirəm ki, bu dünyada bizim üçün dua edəcək, yəni heç ağzıdualı bir adamımız da yoxdu.
Ardı var…
Söhbətləşdi: Oqtay Qorçu
- 2024-cü ildə vəfat edən tanınmış simalar- Namiq Abbasov, Hadı Rəcəbli, Dudaş Rzayev və s...
5 dekabr 2024 12:43
- Sənubər Nəzərova vəzifədən azad edildi
5 dekabr 2024 11:51
- Azərbaycan üçün şans - BMT-də Ermənistana elə bir sual verildi ki...
5 dekabr 2024 11:39
- Əfqan qadınlara həkim olmaq QADAĞAN OLDU
5 dekabr 2024 10:51
- SSRİ-ni ABŞ-nin nüvə hücumundan xilas edən alim – Klaus Fuks
4 dekabr 2024 19:46
- Tanınmış vəkil ləğv olunmuş bankın kreditorlarına müraciət etdi - Fond pulların başına daş salır!
4 dekabr 2024 19:14
- Axır ki, İranda Qərbi Azərbaycan vilayətinə türk VALİ təyin olundu
4 dekabr 2024 14:45
- 4 dekabr ÖMƏR XƏYYAMın xatirə günüdür
4 dekabr 2024 14:19
- 30 min manat ver, verməsən, səni rüsvay edəcəm ...
4 dekabr 2024 13:54
- Azərbaycanda xəstəxanada həkimi MÖHKƏM DÖYDÜLƏR
4 dekabr 2024 13:24
- 2024-cü ildə vəfat edən tanınmış simalar- Namiq Abbasov, Hadı Rəcəbli, Dudaş Rzayev və s...
05 dekabr 12:43
- Sənubər Nəzərova vəzifədən azad edildi
05 dekabr 11:51
- Azərbaycan üçün şans - BMT-də Ermənistana elə bir sual verildi ki...
05 dekabr 11:39
- Əfqan qadınlara həkim olmaq QADAĞAN OLDU
05 dekabr 10:51
- Qoz və xurma birlikdə yeyildikdə nə baş verir?
05 dekabr 10:23
- İlham Əliyev beynəlxalq konfransın iştirakçılarına MÜRACİƏT ETDİ
05 dekabr 10:11
- Azərbaycanda cins itlər sahibini parçalayaraq öldürdülər - Hadisə baş verən ərazidən GÖRÜNTÜLƏR
05 dekabr 00:14
- Qərb liderlərinin nümayiş etdirdiyi ikili standartlardan bir nümunə
04 dekabr 23:02
- 57 yaşlı qadın ona hücum edən aslanı yalın əllə BOĞDU
04 dekabr 22:56
- 36 il həbsdə qalan kişi 104 yaşında azad edilib
04 dekabr 22:39
- Zəngilan şəhərinə İLK KÖÇ başlayır – 600 min manatlıq tender
04 dekabr 22:27
- Nərgiz Məhəmmədi 190 min dollar verdi və... evə buraxıldı....
04 dekabr 20:31
- Bakıda yaşayan əhalinin sayı açıqlandı
04 dekabr 19:56
- SSRİ-ni ABŞ-nin nüvə hücumundan xilas edən alim – Klaus Fuks
04 dekabr 19:44
- Tanınmış vəkil ləğv olunmuş bankın kreditorlarına müraciət etdi - Fond pulların başına daş salır!
04 dekabr 19:14
- Axır ki, İranda Qərbi Azərbaycan vilayətinə türk VALİ təyin olundu
04 dekabr 14:45
- 4 dekabr ÖMƏR XƏYYAMın xatirə günüdür
04 dekabr 14:19
- Azərbaycanın TƏNDİR çörəyi UNESCO-nun SİYAHISI-na daxil edildi
04 dekabr 14:09
- 30 min manat ver, verməsən, səni rüsvay edəcəm ...
04 dekabr 13:54
- Evinin çıxarışı ( KUPÇA ) olmayanlara ŞAD XƏBƏR - Bu tarixdən veriləcək
04 dekabr 13:40
- Azərbaycanda xəstəxanada həkimi MÖHKƏM DÖYDÜLƏR
04 dekabr 13:24
- Günəşli faciəsindən 9 il ötür
04 dekabr 12:36
- Bakıda fantastik qiymətə ALÇA satılır
04 dekabr 12:29
- YAP yenə qabaqladı - 8071 NƏFƏR üçün seçki
04 dekabr 12:21
- Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul etdi FOTO
04 dekabr 12:07
- Məhkəmə qərarlarının icra edilməməsinin səbəbi nə vaxt araşdırılacaq? -Şikayət
04 dekabr 11:56
- Xəzər Universitetinin rektorunun qızını aldadıb qızıllarını aldılar
04 dekabr 10:53
- Bu gün 48 ailə ŞUŞAYA QAYIDIR
04 dekabr 10:38
- İcra başçısına sui-qəsd üçün ŞOK PLAN
04 dekabr 10:21
- Alman tayfaları Roma ordusuna qarşı psixotrop maddələrin təsiri altında döyüşüblər - ARAŞDIRMA
04 dekabr 00:39