OSMANLI İMPERİYASI BU İMİŞ ....
Günün sitatı10 noyabr 2024 21:33
Natiq Cavadli paylaşıb
Əhali 13 milyon idi, 11 milyonu kəndlərdə yaşayırdı.
40 min kənd var idi, 37 minində məktəb yox idi.
30 min kənddə məscid yox idi.
Günəbaxan yağı istehsal edilmirdi, şəkər istehsalı yox idi.
Un baha idi,düyü xaricdən gətirilirdi. Bütün ölkədə yalnız və yalnız 5000 hektar əkin sahəsini suvarmaq mümkün idi.
Bitlə mübarizə aparmaq mümkün deyildi.
5000 kənddə dabaq xəstəliyi yayılmışdı.
Heyvanlar tələf olurdu,insanlar qırılırdı...
1 milyon adam zöhrəvi xəstəliklərə tutulmuşdu. 2 milyon nəfər sətəlcəm idi, 3 milyon nəfər traxoma idi.Vərəm,tif,taun epidemiyası tüğyan edirdi.
Uşaq ölümü göstəricisi çox yüksək – 40 faizdən çox idi.
Dünyaya gələn hər iki uşaqdan biri ölürdü.
Anaların ölüm statistikası 18 faiz idi.
Hər beş anadan biri ölürdü.
Orta ömür həddi 40 yaş idi.
Ölkədə cəmisi 337 həkim var idi.
Ölkədə cəmisi 60 əczaçı var idi, onlardan da yalnız 8-i türk idi.
Cəmi 4 tibb bacısı vardı, cəmi 136 mamaça vardı.
Yanmış binaların sayı 115 min, qəza vəziyyətində olan binaların sayı 12 min idi.
Tamamilə külə dönən kəndlərin sayı 1000-dən çox idi.
Ölkəni yenidən tikib-qurmaq lazım idi, amma hətta kirəmit də yox idi.
Limanlar, mədənlər əcnəbilərə məxsus idi.
Dəmiryollarının bircə metri belə türklərin əlində deyildi.
Ümumi sərmayənin yalnız 15 faizi türklərə məxsus idi.
Osmanlıdan yalnız dörd zavod qalmışdı – Hərəkə ipək, Fəsxana yun, Bakırköy bez, Beykoz dəri zavodları.
“Sənaye” deyilən müəssisələrin 96 faizində motorlu dəzgah yox idi.
10-dan çox işçisi olan cəmi 280 atelye var idi.
Onlardan 250-si əcnəbilərin idi.
Adambaşına düşən milli gəlir 45 dollar idi.
Elektrik təkcə İstanbul, İzmir və Tarsusda var idi.
“Guya var idi” demək daha düzgün olardı...
Çünki elektrik hasilatı sadəcə 50 kilovat saat təşkil edirdi.
Dörd mövsümdə də istifadə edilə bilən quru yolu yox idi.
Sadəcə 1490 avtomobil var idi.
Ancaq dörd şəhərdə xüsusi maşın var idi.
Qadın insan hesab edilmirdi.
Bərabər təhsil hüququ yox idi; peşə təhsili almaq hüququ yox idi; boşanma hüququ yox idi; övladını öz adına keçirmək, yəni valideynlik haqqı yox idi; ona miras kimi qalan mallardan istədiyi kimi istifadə etmək haqqı yox idi; seçmək haqqı yox idi; seçilmək haqqı yox idi; iş həyatında bərabərlik hüququ yox idi; bərabər məvacib haqqı yox idi; abort hüququ yox idi; hamiləliyin qabağını almaq hüququ yox idi; qızlıq soyadından istifadə etmək haqqı yox idi...
Teatr yox idi, musiqi yox idi, rəssamlıq yox, heykəltəraşlıq yox, idman yox idi...
Arxeoloji abidələr xaricə qaçırılmışdı.
Bəziləri öz bildikləri saatı əsas götürür, günəşin batdığı anı saat 12 kimi qəbul edirdi. Bəziləri sonu olmayan saatdan istifadə edirdi, günəşin ən təpədə olduğu anı 12:00 kimi qəbul edirdi. Bəziləri günəş batarkən “qürubi saat”ını əsas götürürdü.
Bəzisi hicri təqvimdən istifadə edirdi, bəzisi rumi təqvimdən. Bəzi insanların fevral ayı o birilərinin dekabr ayına uyğun gəlirdi. Hamı eyni zaman kəsimində idi, ancaq fərqli aylarda yaşayırdılar.
Dirhəm, oqqa, çəki var idi.
Arşın, qulac, fərsəx var idi.
Türklərin nə çəki vahidi dünyaya uyğun gəlirdi, nə də uzunluq vahidi.
Ölçü sistemləri orta əsrlərdən qalma idi.
600 il ərzində ərəb dili ilə fars dilinin qarışdırılmış formasına Osmanlı dili deyilmişdi. Fransızca və italyanca sözlər, levanten terminləri türk dilini istilaya məruz qoymuşdu.
Qarşılıqlı şəkildə səsli-səssiz hərfləri olmayan ərəbcə ilə türk dilində yazmağa çalışırdılar.
Bu torpaqlara kitab gələnə qədər Avropada2,5 milyon müxtəlif adda kitab nəşr edilmiş, 5 milyard nüsxə satılmışdı.
Qəzet yalnız İstanbulda və İzmirdə idi.
Kişilərin 7 faizi, qadınların isə yalnız və yalnız hər 1000 nəfərdən 4-ü, yəni 0,4 faizi yazıb-oxumağı bacarırdı.
Yazıb-oxuya bilən kişilərin mütləq əksəriyyəti zabitlərdən və ya qeyri-müsəlmanlardan ibarət idi.
Məktəb yaşına çatmış hər 4 uşaqdan 3-ü məktəbə getmirdi. Ümumilikdə 4894 məktəb, cəmi 72 orta məktəb, cəmi 23 lisey var idi. Türkiyənin bütün liseylərində vur-tut 230 şagird qeydə alınmışdı.
Müəllimlərin 1/3 hissəsinin pedaqoji təhsili yox idi.
Bütün ölkədə yeganə universitet var idi, darülfünun mədrəsədən bir az yaxşı idi. Mədrəsələrdə türk dili qadağan idi...
Oxşar xəbərlər
- bu gün Ağdamda qəzada ölənlər hərbçilər imiş - FOTO
10 may 2026 23:09
- Portağal min bir dərdin dərmanı imiş...
10 may 2026 21:23
- Ərəblər niyə sağdan sola, biz isə soldan sağa yazırıq: Maraqlı faktlar
8 may 2026 22:43
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Rusiya erməni xalqı ilə birlikdə YAS TUTUR
24 aprel 2026 17:29
- Qəbiristanlıqda meyiti tapılan Qarabağ qazisi tələbə imiş - Foto
15 aprel 2026 11:59
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Möhbalıyevin restoranında qalmaqal: İcraçı direktor pulları kazinoda uduzdu
24 fevral 2026 14:57
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
Xəbər lenti
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
Video & Fotoqalereya
Video
Fotoqalereya
