Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə
Kulis.az ilk dəfə Həmidə Xanım Cavanşirin çap olunmayan məktubunu təqdim edir.
Həmidə Xanım yazır:
"İlk Türk satirik jurnalı "Molla Nəsrəddin"in 30 illiyi münasibəti ilə Əziz Şərifin yazdığı və "Literaturnıy Azerbaycan" dərgisinin 7-8-ci nömrələrində dərc etdirdiyi məqalədə rəhmətlik Məmmədquluzadənin xatirəsini incidən bir səhv vardır.
Əziz Şərif jurnalın 1910-cu ildəki durumunu, nəşrinin beşinci ilini təsvir edir və 53-cü səhifədə yazır ki, guya Məmmədquluzadə “zəngin dul qadınla sərfəli nikaha girdikdən sonra” jurnaldan soyumuşdu və s. bu kimi fikirlər…
Mən mərhumun dul xanımı olaraq Mirzə Cəlilin xatirəsini müdafiə etməyi özümə borc bilirəm və rəhmətliyin tərcümeyi halına qeyri-müəyyənlik gətirən bu ədalətsiz fikrə etiraz edirəm.
Mirzə Cəlil Şərifin yazdığı kimi 1910-cu ildə deyil, 1907-ci il, iyunun 15-də ailə qurub. Şərif elə həmin 53-cü səhifədə, yuxarıda yazır: "Təkcə Rusiyada deyil, eləcə də İranda, Türkiyədə, Misirdə, daha sonra Hindistanda böyük şöhrət tapmış jurnalın üçüncü və dördüncü illəri "Molla Nəsrəddin"in çiçəklənmə dövrü idi."
Müəllifin bu sözləri öz qeydlərini kökündən təkzib edir, belə ki, o, jurnalın 1908-1909-cu illərini çiçəklənmə dövrü hesab edir, sonra da deyir ki, zəngin dul qadınla sərfəli izdivac onu jurnaldan soyutdu. Bu fikirlər açıq görünən ziddiyətlərlə doludur.
Mərhum ərimi yaxşı tanıyanlar təsdiq edər ki, o, evlilikdə fayda güdməyi bacaran və bundan ötrü öz sevimli övladı saydığı jurnalı atacaq bir adam deyildi.
1907-ci ildə bizim diyarda qorxunc çəyirtkə hücumu oldu, aclıq, vəba və erməni-türk qırğınlarının gətirdiyi digər fəlakətlər Qarabağı bürüdü.
Həmin dövrdə Məmmədquluzadənin Tiflisə köçmək ideyası mənə cazibəli göründü. Mən onun təklifi ilə razılaşıb Qarabağdakı bütün təsərrüfat işlərimi ləğv etdim. Biz Mirzə Cəlilin Tiflisdəki Davıdov 24 ünvanlı evinə köçdük.
O vaxt Mirzə Cəlilin jurnal işləri çox gözəl gedirdi. Onun himayəsində büyük bir ailə vardı. Mən və mənim birinci ərimdən olan iki övladım da onun hesabına dolanırdıq.
Mirzə Cəlilin 1910-cu ildə bütün gücünü jurnala verə bilməməsinin və nisbətən uzaqlaşmasının səbəbi aşağıdaklarla izah olunur:

M.Cəlilin rəhmətlik qardaşı - məşhur İran inqilabçısı (o, yazıçı Ordubadinin "Dumanlı Təbriz" əsərində xatırlanır) Mirzə Ələkbər İrəvan türməsində yatırdı. 1910-cu ilin avqustunda M.Cəlil belə bir bildiriş aldı ki, qardaşı İrəvan vilayət məhkəməsində mühakimə ediləcək və onu edam cəzası, ən yaxşı halda isə katorqa gözləyir. Bu xəbər onu sarsıtdı və xəstə saldı. Jurnalı yoldaşına tapşırıb məsləhət və kömək istəmək üçün mənim yanıma gəlməli oldu.
Mən ona məsləhət gördüm ki, təcili İrəvana getsin. İşi iki ən yaxşı vəkilə versin (münsif vəkil Məlik-Ağamalov) və bu işi gələn ilə qədər təxirə saldırmağa çalışsın.
Biz pul tapdıq və Mirzə Cəlil İrəvana yola düşdü. Beləliklə, o, qardaşının mühakimə işinin 1911-ci ilin mayına qədər təxirə salınmasına nail oldu. Lakin Mirzə Cəlil evə xəstə qayıtdı, o, işias (Oturaq sinirinin nevriti - red) olmuşdu. Üç aya yaxın xəstə yatdı, yalnız dekabrın axırına bir az yaxşılaşdı və jurnalın nəşri üçün Tiflisə yola düşdü.
1911-ci ildə isə əvvəlcə rəhmətlik şair Sabir xəstələndi, sonra may ayında mən azarladım (qan zəhərlənməsi və iki ciddi əməliyyat keçirdim), düz beş ay ölüm-dirim yatağında qaldım. Həm mənim, həm iki körpə övladımızın, həm də bu böyük ailənin bütün qayğıları Mirzə Cəlilin çiyninə yüklənmişdi.
1911-ci ilin mayında qardaşını azad etdirmək üçün ikinci dəfə İrəvana məhkəməyə getməyi Mirzə Cəlili tamamilə əldən salmışdı, o, jurnalın işlərindən müvəqqəti olaraq uzaq düşmüşdü.
Nəzərə almaq lazımdır ki, "Molla Nəsrəddin" jurnalı nəşrinin ikinci, üçüncü, dördüncü illərində yüksək din xadimlərini, dini, alimənsəb zümrəni, kapitalistləri və bu kimi digərlərini tənqid edir, sataşırdı. Bu üzdən hər tərəfdən jurnalı boykot etdilər və xarici ölkələrə - İrana və Türkiyəyə göndərməyi yasaqladılar. Jurnalın tirajı elə bir həddə endi ki, hətta xərci borcunu ödəmədi.
M. Cəlil borca girməyə məcbur oldu. Bu səbəbdən mən büyük ailəmizi dolandırmaq üçün kəndə qayıdıb təsərrüfat işlərimi davam etdirməli oldum.
Ömər Faiqin jurnaldan qazancı yox idi, ailəsini saxlamaq üçün pul qazanmalı idi. Bu səbəbdən müvəqqəti olaraq jurnaldan uzaqlaşıb kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Lakin tez-tez M.Cəlillə məktublaşır, yazı üçün ona mövzu verirdi.
Bu hadisələrin bütün təfərrüatı haqqında mən öz xatirələrimdə yazmışam. Həmin xatirələri, M.Cəlilin mənə yazdığı məktubları ilə birlikdə "Azfan"a (Elmlər Akademiyası Azərbaycan filialı) vermişəm. O məktublarda Mirzə Cəlil jurnalın həmin illərdə düşdüyü ağır maddi vəziyyəti ətraflı təsvir edir.
Həmidə X. Məmmədquluzadə
Noyabr, 1936
________
- Əlbəttə, 1936-cı ildə, repressiyaların ağır vaxtında Əziz Şərifin Mirzə Cəlilə qarşı belə bir ittiham irəli sürməsi, "zəngin dul qadınla sərfəli izdivac edib, jurnalı unutdun" deməsi, 5 il əvvəl ölmüş Mirzə Cəlil üçün deyil, daha çox Həmidə xanım və övladları üçün təhlükəli idi.
- Həmidə xanımın bu məktubunu redaksiya çap etmədi.
- Məktub ilk dəfə çap olunur.
- Demək olar ki, Mirzə Cəlilin əlinin altında böyümüş Əziz Şərifin ustadına bu münasibəti çox maraqlıdır.
Məktubu ruscadan Mehriban Vəzir tərcümə edib
fotoları Tural Hüseyn rəngləyib
- Azərbaycan 15 regiona bölünməlidir
4 fevral 2026 13:22
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
4 fevral 2026 11:04
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
2 fevral 2026 21:25
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
2 fevral 2026 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
2 fevral 2026 13:26
- Bu gün Azərbaycanda Gənclər Günüdür
2 fevral 2026 11:02
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Sabiq nazir Siruz Abasbəylinin 80 illiyidir
30 yanvar 2026 13:52
- İlham Əliyev Ərdoğana məktub göndərdi
05 fevral 16:58
- 26 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü - Foto
05 fevral 14:16
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
05 fevral 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
05 fevral 12:45
- Ən çox və ən az məscidləri olan bölgələrimiz (SİYAHI)
05 fevral 12:09
- Ərdoğandan Misir prezidentinə hədiyyə
05 fevral 00:53
- Ərdoğandan İlham Əliyevə təbrik
04 fevral 23:29
- Azərbaycan əleyhinə qətnamə ilə bağlı Bakıdan cavab: Fransa küncə sıxılıb...
04 fevral 19:24
- Azərbaycanın ən hündür binası olacaq - FOTO
04 fevral 18:49
- İlham Əliyevə -Zayed İnsan Qardaşlığı Mükafatı - təqdim olundu
04 fevral 18:27
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
04 fevral 15:45
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
04 fevral 15:32
- Azərbaycan 15 regiona bölünməlidir
04 fevral 13:22
- Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
04 fevral 12:08
- İlham Əliyevlə Paşinyan arasında geniş tərkibdə görüş keçirildi /FOTO/VİDEO)
04 fevral 11:19
- Daha 6 soydaşımız Ukrayna müharibəsində həlak oldu
04 fevral 11:04
- Netanyahu İlham Əliyevi İsrailə dəvət etdi
03 fevral 21:57
- Qalib Salahzadənin dəniz kənarındakı obyektlərinin söküntüsünə başlanıldı
03 fevral 21:39
- Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI
03 fevral 19:15
- Azərbaycan və BƏƏ prezidentləri Sülh Qalxanı-2026 təlimini izlədi (FOTO)
03 fevral 18:54
- Sabiq icra başçısının oğlu Rumıniyada 40 villa aldı
03 fevral 14:03
- İcra məmurları belə geyinəcək (FOTO)
03 fevral 13:54
- Abid Şərifovun şirkətinin borcu 6,7 milyona çatdı - Evrascon-da nə baş verir?
03 fevral 13:46
- Prezident Məhəmməd Əbdülsalam ilə görüşdü
03 fevral 11:33
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
02 fevral 23:03
- Elmira Axundovanın yaxınına 10 gün vaxt verildi – yenidən həbs edilə bilər
02 fevral 21:25
- İlham Əliyev Əbu-Dabiyə getdi (FOTO)
02 fevral 20:43
- Generala ərə gedən xanım digər generalın bacısı qızıdır
02 fevral 20:33
- Oliqarx oğlunun 200 minlik maşınına həbs qoyulub - SƏBƏB
02 fevral 14:33
- Səlim Müslümovun milyonluq evi və obyekti satılır
02 fevral 13:26
