Azərbaycanda bu həkimlər qadınların lüt görüntülərini paylaşır
İnsan cəmiyyəti üçün hakim və həkim peşəsi qədər həssas olan sahə tanımıram. Bu iki peşənin hər ikisi insan taleyi ilə bağlı həlledicidir. Bu sahələrdə edilən səhvlərin geri dönüşü yoxdur. Həkim və hakimlər o qədər məsuliyyətli olmalıdırlar ki, bu məsuliyyətin sərhədi yoxdur. Təbii ki, vicdan varsa.
Mən həkimlərdən danışmaq istəyirəm. Səhiyyənin durumundan. Necə ki, nəinki son günlər, hər zaman problemləri ilə gündəmdə olub. Amma heç vaxt səlahiyyətli orqanlar bu can bazrına “dur” deməyiblər. Vəziyyət o qədər bərbad durumdadır ki, illərlə səhiyyəyə rəhbərlik edən Oqtay Şirəliyev adi qip xəstəliyində belə nazirlik etdiyi quruma tabe olan xəstəxanalara, həkimlərə etibar etməyib xaricə üz tutur.
İndi bu sahədəki başqa bir problemi həmkarımız Qənirə Ataşova gündəmə gətirib. ŞOK fakt açıqlayıb. Bildirib ki, Səhiyyə Nazirliyinə 30 min manat verib bir gecədə ixtisas dəyişən həkimlərin siyahısı tərtib edilib. 2011-ci ildən sonra Azərbaycanda rezidentura təhsili tətbiq olunur. Qanuna əsasən, rezidenturanı bitirməyənlər ixtisaslı həkim ola bilməz.
O 50 həkimin siyahısını açıqlayıb və bildirib ki, bu həkimlərin heç biri estetik cərrahiyyə üzrə rezidentura təhsili almayıb. Həmin cərrahların daha da inandırıcı görünmək üçün xaricdə qısamüddətli kurslara qatıldıqlarını qeyd edib: “Təsəvvür edin, gedib bir-iki gün xaricdə “təhsil” alır, sonra isə böyük fəxrlə geri qayıdıb, “beynəlxalq sertifikatlı estetik cərrah” olduqlarını iddia edirlər. Sənədlərdəki imzanın müəllifləri Səhiyyə Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmova və nazirin müavini İlqar Qasımovdur”.
Həmin estetik cərrahların estetik qavramlarını bir kənara qoyaq. (Burada estetikaları başlarına dəysin demək istərdim). Bu, İNSAN TALEYİNƏ VERİLƏN DƏYƏRDİR. Həmin sənədlərdəki imzanın müəllifləri - Səidə Rüstəmova və İlqar Qasımovun Azərbaycan vətəndaşlarına münasibəti, qanunlara məhəl qoymamalarıdır. Elə bunun nəticəsidir ki, sosial şəbəkələr plastik əməliyyatlardan sonra bədənlərinin müxtəlif nahiyələri çürüyən qadınların fotoları ilə doludur. Biyabırçılıqdır.
Amma mən bir müddət əvvəl bununla bağlı daha bir biabırçılığa şahidlik etdim. Bəlkə də bundan çoxlarının xəbəri var, amma mən ilk dəfə idi qarşılaşırdım. Açıq deyim ŞOKA düşdüm.
Özünü plastik cərrah adlandıran həkimlərdən biri haqda redaksiyamıza şikayət daxil olmuşdu. Mövzu eyni idi. Bildirilirdi ki, qadınları estetik əməliyyat edən bu 30 minlik cərrahlardan biri əslində heç ali təhsilini başa vurmayıb. Təsəvvür edirsiniz, Tibb Universitetinin Ümumi Cərrahiyyə fakultəsinin tələbəsi, rezidenti olan bu qoçaq plastik cərrah kimi fəaliyət göstərmək üçün lisenziya ala bilib. Amma onun nəinki əməliyyat, heç xəstəni müayinə etmək səlahiyyəti də yox imiş. Həmin “həkimin” instaqram səhifəsini də mənə göndərmişdilər. ŞOK yaşadığım məqam da onun səhifəsi ilə bağlı idi. İlahi, əməliyyata gələn qadınların lüt, anadangəlmə çılpaq foto və videolarını necə paylaşmaq olar? O qadınların yalnız üzü bağlı idi. Bədənləri ən intim yerlərinə qədər açıq şəkildə çəkilib sosial şəbəkəyə yerləşdirilmişdi. Görüntüləri izəyəndə o qədər pis hisslər keçirdim ki... Həkimin əxlaq sərhədsizliyini bir kənara qoyuram, buna icazə verən qadınlar niyə belə görüntülərinin paylaşılmasına razılıq verirlər?! Əlim üzümdə qalmışdı. Bəlkə də mən geridə qalmışam. Amma irəlidə olmaq budursa, belə müasirliyi qəbul etmirəm. Biabırçılıq, abır-həyanın olmamasından başqa bir şey deyildir bu?
Gəldik məsələnin gündəm olan hissəsinə!
Məlum olur ki, bu insan qəssabları, o qəssabların sahibləri jurnalistə qarşı total hücuma keçiblər. Onu ailəsi, övladları ilə hədələyirlər.
Artıq bir neçə gündür ki, bu həkimlərin siyahısı açıqlanıb. Məni bir məsələ düşündürür? O həkimlər, o həkimlərə əməliyyat icazəsi verən, rüşvət alan səlahiyyətli şəxslərlə bağlı hər hansı tədbir görülübmü? Görülməyibsə, niyə? Axı biz hüququn ali olduğunu düşünürük. Hüquq isə o zaman ali olur ki, insan taleyinə qarşı cinayət törədən şəxslər həmin aliliyin qarşısında boynu bükük dayanırlar. Dövlət, cəmiyyət ilahi ədalətlə deyil, qanunun tələb etdiyi ədalətlə idarə olunur axı...
Elnur Məmmədli
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
3 mart 2026 14:20
- Azərbaycan 1 ildə 23 ton qurbağa əti satıb
28 fevral 2026 15:41
- Mehriban Əliyeva Rəqəmsal İnkişaf Şurasının sədri təyin edildi (FƏRMAN)
27 fevral 2026 14:17
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Sabah Su çərşənbəsidir
23 fevral 2026 20:08
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 2026 22:10
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
