Milli Məclisin sədrindən mühüm açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün, 25 noyabr tarixli plenar iclasında çıxış edib.
Musavat.com spikerin çıxışının tam mətnini təqdim edir:
“Hörmətli cənab Baş nazir və hökumət üzvləri!
Hörmətli deputatlar!
Bildiyiniz kimi, iki gün öncə Bakıda Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası uğurla başa çatdı. Hesab edirəm ki, tədbirin iqlim dəyişmələri probleminin həlli üçün göstərilən qlobal səylərə verdiyi töhfələr haqqında hələ çox danışılacaq. Bəşəriyyətin gələcəyi ilə bağlı olan bu dünya miqyaslı tədbiri ən yüksək səviyyədə keçirməklə, Azərbaycan istər regional, istərsə də qlobal iqlim problemlərinin həllində lider imicini möhkəmləndirdi və yeni mötəbər toplantıların keçirilməsi imkanlarını daha da artırdı.
Hörmətli həmkarlar!
COP29 çərçivəsində noyabrın 16-da və 17-də Parlamentlərarası İttifaq və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü keçirildi. Tədbirdə milli parlamentləri, parlamentlərarası təşkilatları, habelə müxtəlif təsisatları təmsil edən 67 ölkədən 95 nümayəndə heyəti, başqa sözlə, 345 nəfər parlament təmsilçisi iştirak edirdi.
Görüşün açılışında etdiyim çıxışda mən bir tezisi xüsusilə vurğuladım. Bildirdim ki, Azərbaycan hələ COP29-a ev sahibi seçilməzdən xeyli əvvəl möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə iqlimlə bağlı fəaliyyəti, yaşıl gündəliyi öz milli planlarının mərkəzinə yerləşdirib.
Ölkəmiz könüllü öhdəliklər götürərək, bərpa olunan enerji layihələri həyata keçirərək və yaşıl enerji zonaları yaradaraq, gələcək inkişaf yolunda əzm və qətiyyət nümayiş etdirib. Və həmçinin qeyd etdim ki, bilik, təcrübə və qabaqcıl praktika mübadiləsi sahəsində parlament əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir. Biz qanunvericiliyimizi daha da təkmilləşdirməli, hökumətlərimizi öz səylərini daha yaxşı səfərbər etməyə təşviq etməliyik”.
S.Qafarova əlavə edib ki, Parlament Görüşü çərçivəsində yeddi sessiya keçirilib:
“Hörmətli həmkarlar!
Qeyd edim ki, tədbir zamanı Azərbaycan Respublikasının Milli Məclisi ilə Tolerantlıq və Sülh naminə Beynəlxalq Parlament arasında Anlaşma Memorandumu imzalandı.
COP29-da və Parlament Görüşündə iştirak etmək üçün Bakıya gəlmiş beynəlxalq parlament təşkilatlarının, bir sıra parlamentlərin sədrləri ilə Milli Məclisdə 15 ikitərəfli görüş keçirildi. Onlardan Parlamentlərarası İttifaqın prezidenti və Baş katibi, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti, Aralıq dənizi Parlament Assambleyasının prezidenti, Millətlər Birliyinin Baş katibi Baronessa Skotland, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 76-cı Baş naziri xanım Tereza Mey, Albaniya, Özbəkistan, Tacikistan, Tonqa, Zimbabve parlamentlərinin sədrləri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri və üzvləri, digər ali vəzifəli şəxslər ilə söhbətlərdə COP29-un və Parlament Görüşünün uğurlu təşkili, bu tədbirlərdə müzakirələr ilə bağlı fikir mübadiləsi aparıldı. Həmsöhbətlərimə regionda vəziyyət, Azərbaycanın reallıqları, ölkəmizin işğaldan azad olunmuş ərazilərində görülən işlər, o cümlədən həyata keçirilən yaşıl enerji layihələri barədə geniş məlumat verdim. Qarşılıqlı maraq doğuran digər məsələlər də nəzərdən keçirildi”.
S.Qafarova daha sonra Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin noyabrın 20-dən 22-dək Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfəri barədə də qısa məlumat verdi: “Qeyd edim ki, səfərdə məqsəd MDB Parlamentlərarası Assambleyasının Şura və 57-ci Plenar iclaslarında iştirak etmək idi.
Noyabrın 21-də Assambleyanın Şura iclasında bir sıra təşkilati məsələlər ilə yanaşı, sentyabrın 1-də Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkilərini müşahidə edən MDB Parlamentlərarası Assambleyası missiyasının yekun rəyi də müzakirə edildi. Mən öz çıxışımda bu ilin fevralında keçirilmiş Prezident seçkilərindən sonra Milli Məclisə seçkilərin ölkəmizin bütün suveren ərazisində keçirilən ilk parlament seçkiləri olduğunu xüsusilə qeyd etdim.
Hörmətli həmkarlar!
Noyabrın 22-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 57-ci plenar iclası keçirildi. İclasda etdiyim çıxışda mən Prezident İlham Əliyevin xüsusi diqqəti və dəstəyi ilə Bakıda keçirilən COP29 haqqında, eləcə də Parlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığı ilə keçirilmiş Parlament Görüşü barədə geniş məlumat verdim.
Bildirdim ki, iki gün davam edən görüş və onun yekun sənədi iqlim dəyişikliyi ilə mübarizədə parlamentlərin ümumi mövqeyinin ifadəsi idi.
Onu da qeyd edim ki, MDB Parlamentlərarası Assambleyasının tədbirləri çərçivəsində Assambleyanın komissiyalarının iclasları keçirildi. Həmin iclaslarda bizim deputatlarımız fəal iştirak etdilər.
Hörmətli həmkarlar!
Sankt-Peterburq şəhərinə səfər çərçivəsində Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko və Belarus Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova ilə ikitərəfli görüşlər də keçirildi. Nümayəndə heyətinin hər bir üzvünə mən öz minnətdarlığımı bildirirəm.
Hörmətli deputatlar!
Mənim demək istədiklərim bu qədər. Diqqətinizə görə təşəkkür edirəm”.
Yekunda spiker xatırladıb ki, bu gün ölkəmizdə Kəlbəcər şəhəri günü qeyd edilir. Bu münasibətlə hər kəsi təbrik etdi.
Hazırladı: E.Paşasoy,
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 2026 14:16
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 2026 21:53
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 2026 22:53
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 2026 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
