- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
- Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək - ŞAD XƏBƏR
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
- NAR ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı - Fotolar
Vəfatından 13 il sonra bəraət alan yazıçı - Onu kim satmışdı?

Kulis.az akademik Ziya Bünyadovun 1993-cü ildə çap etdirdiyi “Qırmızı terror” kitabından görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminli ilə bağlı hissəni təqdim edir.
Dosye: Vəzirov Yusif Mirbaba oğlu 1887-ci il sentyabrın 12-də Şuşada bəy ailəsində anadan olub. Uşaq yaşlarından türk, fars və rus dillərini öyrənib.
1929-cu ildə Bakıda “müsavatçılarla milli-təmayüllülərin antisovet bloku” yaradılır və Çəmənzəminli blokun rəhbər heyətinin sıralarında olur.
İstanbulda Müsavat hökumətinin konsulu olan Y.Vəzirov ingilis-fransız və Türkiyə kəşfiyyatları ilə əlaqədə olub. O, həmfikirləri arasında əksinqilabi görüşlər təbliğ edirdi. 1931-ci ildə Y.Vəzirov Azərbaycanın əksinqilabi millətçi təşkilatına üzv olur.
Yuxarıda sadalananlar həm də 1940-cı ilin yanvarın 25-də haqqında həbs qərarı veriləndə onun cinayət əməllərinin arasında yer alıb. Çəmənzəminlinin istintaqa cəlb olunmasına səbəb Azərbaycanın 1937-38-ci illərdə repressiyaya məruz qalan bir qrup elm və mədəniyyət xadiminin ifadələri olub.
Ziya Bünyadov həmin adamlardan bəzilərinin adını açıqlayıb: onun əksinqilabi təşkilata üzv olması barədə professor B. Çobanzadənin ifadəsi (1937-ci il) var; Neft İnstitutunun dosenti N. M. Şahsuvarov isə ifadəsində göstərib ki, Çəmənzəminli əksinqilabçı-millətçi təşkilatın (partiyalar bloku) rəhbər heyətində təmsil olunub (Şahsuvarov həmçinin həmin heyətə daxil olan əlavə 10 ziyalının da adını açıqlayıb).
Bütün bunlar əsas götürülərək Y. Vəzirov 27 yanvar 1940-cı ildə Özbəkistan SSR-in Ürgənc şəhərində Pedaqoji İnstitutda müəllim işlədiyi vaxt həbs olunur. Xatırladaq ki, onun Ürgəncə getməsinə səbəb sonralar özünün də etiraf etdiyi kimi millətçi roman olan “Studentlər”ə görə Azərbaycan Yazıçılar İttifaqından çıxarılması və daha sonra işsiz qalması olub.
1940-cı ilin 14-15 fevral tarixində aparılan istintaqa Çəmənzəminli təsdiq edir ki, 1917-ci ildə Kiyevdə oxuyarkən Müsavat partiyasına üzv olub və partiyanın Kiyevdəki təşkilatının rəhbəri seçilib. Fevralın 16-da Çəmənzəminli deyib ki, onu İstanbulda səlahiyyətli nümayəndə vəzifəsinə 1919-cu ilin yayında hökumət başçısı Usubbəyov təklif edib.
Fevralın 24-də isə İstanbulda yazdığı əsərlərin adlarını açıqlayıb: “Azərbaycan ədəbiyyatına bir nəzər” (1922) və “Azərbaycan tarixi-coğrafi və iqtisadi icmalı” (1922). Parisdə o, Azərbaycan səfirliyi tərəfindən buraxılan “Paris xəbərləri” ilə əməkdaşlıq edib.
Çəmənzəminlinin maraqlı açıqlaması isə “Hansı əsərlərin müəllifisiniz” sualına verdiyi cavab olub. Bütün əsərlərinin adını sadalayan Çəmənzəminli “İki od arasında” romanının adını çəkmir. Niyə? Bilinmir. Sovet zamanında bu roman öz gerçək adı ilə yox “Qan içində” adıyla çap edilmişdi.
Fevralın 25-də isə “Bolşevik təhlükəsi” və “Studentlər” əsərlərini millətçi, daha doğrusu mütərəddid əsərlər hesab edir.
Qeyd edək ki, Yusif Vəzirov inqilaba qədər etdiyi bütün hərəkətləri etiraf etsə də, inqilabdan sonrakı ittihamların heç birini qəbul etməyib. Lakin hüquq sisteminin, demək olar ki, işləmədiyi və konkret tapşırıqlar əsasında qərarların verildiyi o illərdə Y. Çəmənzəminliyə də ittiham qərarı çıxarılır.
Heç bir dostunun, silahdaşının və ziyalının adını açıqlamayan, bununla da həmin illər üçün böyük hünər göstərmiş Çəmənzəminlinin günahlandırılması barədə qərarda qeyd olunmuşdu:
1. 1919-cu ildə Müsavat hökumətinin konsulu vəzifəsində işləyərkən ingilis-fransız və Türkiyə kəşfiyyat təşkilatları ilə əlaqədə olub;
2. Fəal, peşəkar müsavatçı kimi qeyri-leqal Müsavat təşkilatının rəhbər özəyinə məxsus olmuş və 1927-ci ildə müsavatçılarla milli təmayülçülərin yaratdıqları antisovet blokuna keçib;
3. Öz həmfikirləri arasında müntəzəm olaraq əksinqilabi görüşləri təbliğ etmiş və 1931-ci ildə Azərbaycanın əksinqilabi-millətçi təşkilatının tərkibinə daxil olmuş;
Bu qərarla tanış olduqdan sonra Vəzirov maddələrin altından öz xətti ilə aşağıdakıları yazıb:
“Mənə verilən üç maddədən ibarət ittihamlar ağ yalandır. Mən özümü günahkar hesab etmirəm”.
Bu sözlərdən sonra öz imzasını qoyub. Yəqin ki, sovet repressiyasının ən ağır illərində bu cümlələri də yazmaq asan deyildi.
Çəmənzəminli qətiyyətini 7, 13, 17 və 19 martda keçirilən istintaq zamanı da ortaya qoyur və bütün ittihamları təkzib edir. O, həmçinin B. Çobanzadənin və N.M. Şahsuvarovun ifadələrində göstərdikləri dəlilləri də təkzib edir.
1937-ci ildə Hacıağa Nəzərlinin ifadəsində göstərdiyi “Cəbiyev, Ruhulla Axundov və Əliheydər Qarayev burjua millətçi-müsavatçı Əhməd Cavadın, Hüseyn Cavidin və Yusif Vəzirovun güclü təsiri altında idilər” fikrini də rədd edir.
Repressiya maşınına qarşı dirəniş göstərən Çəmənzəminli təkcə özünə qarşı olan ittihamları yox, həmçinin, Bəkir Çobanzadə Əhməd Pepinov, Şamo Naxçıvanski, Əliağa Şıxlınski, Cavad Axundov, Atababa Musaxanlı, Hüseyn Cavid, Ağa Axundov, Abdulla Şaiq, Cabbar Məmmədzadə, Mikayıl Müşfiq, Zəki Pepinov və Hüseyn Rəhmanova qarşı verdiyi ifadələri də qətiliklə təkzib edib.
“1940-cı il aprelinin 16-da Y. Vəzirovun işi üzrə ittiham qərarı çıxarıldı.
O, günahlandırılırdı ondan ötrü ki:
a) Peşəkar müsavatçı kimi 1937-ci ildə Azərbaycanda fəaliyyət göstərən əksinqilabi millətçi-müsavatçı təşkilatına daxil olmuş;
b) Əksinqilabi millətçi-müsavatçı təşkilatının üzvü idi, öz ətrafındakılar arasında pantürkist, millətçi-trotskiçi Müsavat təbliğat aparmış;
Yəni Azərbaycan SSR CM-in 72 və 73-cü maddələrində nəzərdə tutulan cinayətlər üzrə günahlandırılır”.
1940-cı ilin aprelin 19-da ittihamnamə SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında Xüsusi müşavirədə baxılmaq üçün verilir və iyunun 11-də Xüsusi müşavirə onu antisovet fəaliyyətinə görə yanvarın 27-dən etibarən 8 il müddətinə islah-əmək düşərgəsində həbs cəzasına məhkum edir.
Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı həbs düşərgəsində vəfat edir.
Səhəri gün – 1943-cü il yanvarın 4-də Yusif Vəzir Çəmənzəminli Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olundu. Vəfatından 13 il sonra, 1956-cı ilin fevralın 28-də onun işi üzrə hökm “ittiham sübuta yetirilmədiyi üçün” ləğv edilir və Çəmənzəminli bəraət alır.
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 2025 00:34
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
9 sentyabr 2025 21:19
- Məktəb direktoru qızına görə işdən çıxdı: Mənə bibi deyirdi
9 sentyabr 2025 20:53
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
9 sentyabr 2025 13:13
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
9 sentyabr 2025 10:52
- Prezident forum iştirakçılarına müraciət etdi
9 sentyabr 2025 10:02
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
9 sentyabr 2025 00:25
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
8 sentyabr 2025 22:11
- Prezident həmkarlarını təbrik etdi - Yenilənib
8 sentyabr 2025 18:22
- Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...
8 sentyabr 2025 17:41
- Azərbaycan nümayəndəsi BMT-də komitə sədrinin müavini seçilib
10 sentyabr 00:34
- Məhkəmə Qabil Məmmədovla bağlı QƏRAR VERDİ
09 sentyabr 22:48
- Pakistanlı MBA tələbələri ULDUZ şokolad fabrikində istehsalat turunda iştirak ediblər
09 sentyabr 21:13
- Məktəb direktoru qızına görə işdən çıxdı: Mənə bibi deyirdi
09 sentyabr 20:53
- Azərbaycanın çinli əsgəri: O, niyə ordumuzda xidmət edir? (FOTO/VİDEO)
09 sentyabr 13:13
- Keçmiş icra başçısına məxsus olduğu deyilən otel satışa çıxarıldı - 235 MİLYON
09 sentyabr 13:03
- 23 saat 43 dəqiqə - suverenliyimizin tam bərpasının ikinci ili...
09 sentyabr 10:52
- Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək - ŞAD XƏBƏR
09 sentyabr 10:30
- Masazırdakı duz gölünə kanalizasiya suyu axıdılır
09 sentyabr 10:22
- Camaat ƏT ALA BİLMİR, çox bahadır - VİDEO
09 sentyabr 10:14
- Prezident forum iştirakçılarına müraciət etdi
09 sentyabr 10:02
- Tiflis qarışdı: İqtidarla müxalifət əlbəyaxa döyüşə çıxdı
09 sentyabr 00:25
- Şəhid anaları, onlara qarşı vicdansızlıq edən vəzifə sahibləri və….
08 sentyabr 22:11
- Santuş AFFA-dan təzminat tələb edir – ŞOK MƏBLƏĞ
08 sentyabr 19:42
- Atam son nəfəsinə qədər qardaşım Çingizi pis vərdişlərdən uzaqlaşdıra bilmədi - FOTO
08 sentyabr 19:20
- İlham Əliyevin Astanaya səfəri hazırlanır
08 sentyabr 18:54
- NAR ilin ən uğurlu abituriyentlərini mükafatlandırdı - Fotolar
08 sentyabr 18:48
- Prezident həmkarlarını təbrik etdi - Yenilənib
08 sentyabr 18:22
- Lalə Şövkət uzun fasilədən sonra danışdı: Düşünmürdüm ki...
08 sentyabr 17:41
- Ukraynada əsir düşən Ruslan Mustafayev dəhşətli şeylır anlatdı - ŞOK TƏFƏRRÜATLAR BU VİDEODA
08 sentyabr 08:11
- Bəylə gəlin restorana ATLA GƏLDİ - Bakıda maraqlı hadisə
08 sentyabr 01:27
- Ağ Evdən Rusiya üçün bəd xəbər: Sabahdan başlanır...
08 sentyabr 00:23
- Urmiya gölü tamamilə quruyub
08 sentyabr 00:08
- Varlılar niyə pullarını İsveçrə banklarında saxlayır?
07 sentyabr 22:23
- Tramp Qazaxıstan prezidenti Tokayevlə möhtəşəm söhbət apardığını dedi
07 sentyabr 22:15
- Azərbaycan diaspora rəhbəri deputatlığa gedir – Rusiyada görünməmiş hadisə
07 sentyabr 21:47
- Alim Qasımov villasını satır - Qiyməti 5 MİLYON
07 sentyabr 21:28
- İkinci Qarabağ savaşının qəhrəmanı yaşamaq üçün İŞ TAPA BİLMİR
07 sentyabr 14:11
- Azərbaycanda ət bahalaşdı
07 sentyabr 12:34
- Hazırlıqlar gedir, böyük amnistiya gözləyirik - MÜHÜM AÇIQLAMA
07 sentyabr 11:28