- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
Tiflisdə hoteli olan, qadın məclislərində oxuyan xanəndəmiz - Cəlil Məmmədquluzadə ondan nə kömək istəmişdi?
Kulis.az görkəmli xanəndə Seyid Şuşinski haqqında maraqlı faktları təqdim edir.
Azərbaycanlı xanəndə, musiqi xadimi və pedaqoq Seyid Şuşinski (əsl adı Mir Möhsün Ağa Seyid İbrahim oğlu) 12 aprel 1889-cu ildə Şuşa qəzasının Horadiz kəndində (indiki Füzuli rayonunun Horadiz şəhəri), tacir ailəsində anadan olub.
Seyid ilk təhsilini doğma kəndinin mədrəsəsində alıb. Atasını erkən itirən Seyidə əvvəlcə bibisi, öz dövrünün savadlı, mütərəqqi qadını olan xanəndə Məşədi Hürzad, sonra isə bir müddətdən sonra onu özü ilə Şuşaya aparmış əmisi tərəfindən tərbiyə verilib. Seyid Şuşinskinin musiqi istedadının formalaşmasında azərbaycanlı müğənni-xanəndə Cabbar Qaryağdı oğlu mühüm rol oynayıb.
Seyid nəslindən olan Mir Möhsün körpəlikdən yetim qalıb. Xalası Məşədi Hürzad dövrünün açıq fikirli, savadlı xanımlarından biri olub. Son dərəcə məlahətli səsi, yanıqlı avazı varmış. Məşədi Hürzad Qarabağın qadın məclislərində xanəndəlik edərmiş. Balaca Möhsünün qayğısına qalan, onun tərbiyəsi ilə məşğul olan Məşədi Hürzad bacısı oğlunu da özü ilə toylara apararmış. Elə buna görə də Seyid Şuşinskinin ilk müəllimi, əslində, xalası Məşədi Hürzad hesab edilir. Sonralar Seyid o böyük ürəkli xanımı minnətdarlıqla xatırlayıb:
"Xalamın çox incə və şirin səsi var idi. Bütün muğamlara dərindən bələd olmaqla, "Orta Mahur”u çox gözəl oxuyardı. Səsimi eşidəndən sonra məni də özü ilə toylara aparardı...”

***
Azərbaycanda Şuşinski soyadlı üç xanəndə olub. Onlardan biri ötən əsrin əvvəllərində yaşayan Musa Şuşinski idi ki, o qədər də üzdə olmayıb. Xan Şuşinskinin (Xan əmi) sənəti onu yetərincə tanıdıb. Öz adı ilə bəzi kinofilmlərə də çəkilib. Daha biri isə Xalq artisti, "Şərəf nişanı” ordenli, Əməkdar müəllim, dövrünün ən dəbdə olan varlı xanəndəsi Seyid Şuşinskidir.
***
1987-ci il “Azərbaycan sovet ensiklopediyası”na görə Seyid 1907-ci ildə Şuşada azərbaycanlı alim, rəssam və musiqişünas Mir Möhsün Nəvvabın musiqi məktəbində təhsil alıb. Lakin Ç.Qacarın 2007-ci il tarixli “Köhnə Şuşa” kitabında Seyid Şuşinskinin, ehtimal ki, 1908-ci ildə (yaxud ondan sonra) M.Nəvvabın məktəbində oxuduğu göstərilir:
“Tam müzəffəriyyətlə bitmiş ilk açıq konsertini (Şuşada), Seyid 1908-ci ildə vermişdi. O, əvvəlcə “Mani”ni, sonra isə tamaşaçıların təkidi ilə “Bayatı-Şiraz”ı (muğamlar) oxudu. Bundan sonra tamaşaçılar elə coşqunluq içində idilər ki və elə səs – küylü şəkildə öz rəğbətlərini bildirirdilər ki, konsertdə iştirak edən Xanlıq Muxtar (xan sarayında xidmət etmiş, şəhərin ən hörmətli adamlarından biri idi) Seyidə növbəti nömrənin – “Şəkər oğlu” şikəstəsinin oxumasına imkanın verilməsi üçün havaya iki atəş açmalı oldu. Konsertdən sonra 19 yaşlı Seyidin şöhrəti o qədər artır ki, Seyid Əlinin evinin yanında Seyidi toya və ya hansısa şadlığa dəvət etmək istəyən adamların kütləsi toplaşardı. Amma əmisi Seyidin təhsilini davam etdirmək qərarına gəlir və onu Mir Möhsün Nəvvabın yanına qoyur. O, bu məktəbdə iki il oxuyur”.
***
Günlərin birində Fikrət Əmirovun atası Cəmil Əmirov Qarabağa gəlib . Seyidə deyib ki, sən bu yerlərdə məşhurlaşmısan, gəl səni aparım Gəncəyə. Gəncədə Cəmil Əmirovun musiqi məktəbi var idi. Seyid həmin məktəbdə dərs deyib, toylara gedib, qısa müddətdə Gəncədə də məşhurlaşıb.
Onun səsi Gəncəyə də sığmayıb. 1911-ci ildə Tiflisə gedib. Onun Tiflis həyatı əvvəlki və sonrakı həyatından tamamilə seçilib. Seyid Şuşinski Tiflisdə çox parlayıb. Tiflisdə təkcə gürcülər yaşamırdı, ora ictimai-siyasi, mədəni mərkəz idi. Qafqazın hər yerindən, Şərq ölkələrindən xeyli insan Tiflisə səyahət edirdilər. Azərbaycan muğam tarixində ilk dəfə Seyid Şuşinski səhnəyə frakla çıxan xanəndə olub. İran konsulunun qızının müşayiəti ilə ayaq üstə "Bayatı-İsfahan" oxuyub.

***
1911-ci ildə Tiflis şəhərində (indiki Tbilisi, Gürcüstan) konsertlərindən sonra Şuşinski bütün Zaqafqaziyada məşhurlaşıb. 1912-ci ildə azərbaycanlı yazıçı, “Molla Nəsrəddin” adlı Azərbaycan satirik jurnalının redaktoru Cəlil Məmmədquluzadənin təşəbbüsü və Seyid Şuşinskinin bilavasitə köməyi ilə Tiflisdə azərbaycanlı əhalinin yaşadığı Şeytan Bazar məhəlləsində “Auditoriya” klubu açılıb. Klubun açılış günündə Şuşinskinin rəhbərliyi ilə burada “Şərq konserti” təşkil edilib, konsertdən toplanan vəsait isə kluba ianə edilib.
Seyid Tiflisdə xeyli var-dövlət qazanıb. O öz var-dövləti ilə insanların xeyrinə xidmət edib. Seyid Tiflisdə də, Bakıda da zəngin olub. Bakıya köçəndən sonra da Tiflisə məsclislərə gedib, milyonçuların toylarında oxuyub.
Onun Tiflisdə hoteli olub, "Mersedes"i də var imiş. Günlərlə Bakıdan gələn aktyorlara ziyafətlər verdirər, maddi köməklik göstərərmiş.
"Molla Nəsrəddin" jurnalının çapında problemlər yarananda Cəlil Məmmədquluzadə Seyid Şuşinskiyə müraciət edib. Seyid jurnalın nəşrinə xeyli köməklik göstərib.
O, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi.
***
Seyid Şuşinski opera səhnəsində də çıxış edən xanəndələrdən biri idi. O, azərbaycanlı bəstəkar Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasında İbn Salam, “Arşın mal alan” operettasında Əsgər və “O olmasın, bu olsun” operettasında Sərvər rolunu oynayıb.
***
1913-1914-cü illərdə Seyid Şuşinskinin ifasında bir sıra muğamlar Kiyevdə (indiki Ukrayna) “Ekstrafon” Səhmdar Cəmiyyəti tərəfindən vallara yazılıb.
1924-1926-cı illərdə Şuşinski, Azərbaycan Dövlət Dram Teatrının artisti olub, 1926-1933-cü illərdə isə Azərbaycan dövlət konservatoriyasında muğam sənətini tədris edib (indiki Ü. Hacıbəyov adına Bakı musiqi akademiyası).
1933-1938-ci illərdə Şuşinski Karyagin (indiki Füzuli) Dram Teatrının bədii rəhbəri işləyib, 1939-1960-cı illərdə isə Azərbaycan radiosu və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.

***
Üzeyir Hacıbəyov Seyid Şuşinskinin öz müstəqil və orijinal yaradıcılıq yolunun olduğunu qeyd edirdi, Azərbaycan bəstəkarı Fikrət Əmirov isə onu “Azərbaycan xalqının xəzinəsinin nadir incisi” və “Azərbaycan musiqisinin çırpınan ürəyi” kimi səciyyələndirirdi.
1943-cü ildən ölümünə qədər (1965) Şuşinski Asəf Zeynallı adına Musiqi məktəbində (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Bakı Musiqi Kolleci) muğam sinfi üzrə dərs deyib. O, ömrünün son illərində Azərbaycan Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyib.
1956-cı ildə Seyid Şuşinskiyə Azərbaycan SSR xalq artisti, 1961-ci ildə isə Respublikanın Əməkdar müəllimi adı verilib. O, həmçinin “Şərəf Nişanı” ordeni ilə də təltif edilib. Seyid Şuşinskinin yetirmələri arasında Xan Şuşinski, Zeynəb Xanlarova, Həqiqət Rzayeva, Əbülfət Əliyev, Rübabə Muradova və İslam Rzayev kimi azərbaycanlı ifaçılar olublar.
***
Şuşada toyların birində Seyid necə oxuyubsa, Cabbar Qaryağdıoğlu onu bağrına basıb və deyib ki, ölsəm də, dərdim olmaz, məndən sonra Seyid var. Sonralar Cabbar Qaryağdı oğlu kimi nəhəng sənətkar Seyid Şuşinskini "Azərbaycan musiqisinin incisi" adlandırıb.
***
Seyidin, cəmi, bir yadigarı qalıb. Nəriman Əliyev Seyidin ən məşhur tələbəsi olub, vəfatından qabaq Ağdama gedəndə də öz yerini Nəriman Əliyevə verib. Nərimanın həyətində iki otaqlı ev var. Orda Seyid yay vaxtları qalırmış. Cəmi bir yadigarı qalıb, vərəqlərlə dolu qovluq. Qovluqda oxuduğu repertuar cəmləşib, qəzəlləri, əlyazıları var.
***
Bir dəfə Şamaxıya toya gedib. Görüb ki, Şamaxının ən böyük oxuyanı Mirzə Məhəmmədhəsən də ordadır. Seyid deyirdi ki, heç kimi Mirzə Məhəmmədhəsənə bərabər tutmaq olmaz, mən ondan bəzi şeyləri öyrəndim. Seyid həmişə öyrənməyə can atıb. Qəzəllər toplayırmış, muğamlara uyğunlaşdırıb, izahlarını öyrənirmiş. Şərq poeziyasını dərindən öyrənib. Seyid Tiflisdə olarkən Əbülhəsən xan İqbali Azər ilə tanış olub. Əbülhəsən xan Seyidin oxumağını çox bəyənib və həmişə onunla maraqlanıb. Hətta Qurban Pirimov danışırmış ki, 40-cı illərdə biz Cənubi Azərbaycana gedəndə Əbülhəsən xan bizdən Seyidi xəbər alıb. Əbülhəsən xan muğamların şöbə və guşələri barədə Seyidə bəzi məlumatlar verib. Hansı muğamda hansı qəzəli oxumaq lazımdır və başqa bu kimi məsələlər barədə danışıb.
***
Seyid Şuşinski “Cahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Mani”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. O, novator sənətkar olaraq, bir çox muğamları birləşdirib onları yeni variantda oxuyub. (“Rast-Humayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz”) “Rast”da və “Kürdi-Şahnaz”da “Dilkəş”i ilk dəfə Seyid Şuşinski ifa edib.

***
1965-ci ildə Seyid deyib ki, Qarabağın bülbüllərinin səsini eşitmək istəyirəm. İltifat adlı tələbəsi aparıb onu Qarabağa. Orada vəfat edib, Bakıda, I Fəxri Xiyabanda dəfn olunub.
1989-cu ildə Şuşada keçirilən ilk beynəlxalq “Xarı bülbül” musiqi festivalı Seyid Şuşinskinin 100 illiyinə həsr olunub.
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 2026 23:07
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 2026 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 2026 18:30
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 2026 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 2026 11:58
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Bakıya gətirildi
15 may 00:52
- Yavaşlamış iqtisadi artım trayektoriyasından sürətlənmiş artım trayektoriyasına keçid obyektiv zərurətə çevrilib - Əli Məsimli
14 may 23:07
- Kiyevdə matəm elan edildi
14 may 19:43
- Prezident yeni Dövlət Agentliyi yaratdı (FƏRMAN)
14 may 19:26
- Adəm Məmmədov Ali Məhkəmədə keçmiş müvəkkili Fidan Abbasovaya uduzdu
14 may 18:27
- Ramiz Mehdiyev tək deyil - siyahıda daha 3 şəxs var
14 may 16:37
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
14 may 14:31
- NAR WUF13 çərçivəsində inklüziv təcrübə proqramı iştirakçılarını təltif etdi - Fotolar
14 may 14:19
- Çində tarixi görüş başa çatdı - Fotolar
14 may 11:58
- Ermənistana 20 min kvadrat kilometr Azərbaycan torpağı necə verildi – Tofiq Zülfüqarovdan savaş elanı kimi açıqlama
14 may 11:47
- Prezident həmkarını təbrik etdi
14 may 11:33
- Nazirə birinci müavin təyin olundu (SƏRƏNCAM)
14 may 11:25
- ABŞ və Qərb Çinin daha da böyüməsini istəmir - VİDEO
14 may 11:18
- Si Szinpin və Tramp Çin-ABŞ münasibətlərini müzakirə etdi
14 may 11:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57

