Dünyanın 77 il susduğu cinayət – Ermənistanın cavabsız qalan əməlləri
Bu gün keçmiş SSRİ-nin Azərbaycana və azərbaycanlılara qarşı yaşatdığı faciəvi günlərin 77 ili tamam olur. Dekabrın 23-də indiki Ermənistandan azərbaycanlıların köçürülməsinə dair qərar qəbul olunub.
Tarixi mənbələrə əsasən, 1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edib: “1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün”.
Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndinə əsasən, Ermənistan SSR Nazirlər Sovetinə azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etmələrinə icazə verilir.
Bu qərarın qəbul edilməsi təsadüfi deyildi. Sənəd ermənilərin “Böyük Ermənistan” xülyasının tərkib hissəsi idi. Onlar XX əsrin əvvəllərində, xüsusi ilə Azərbaycanı sovetlər işğal etdikdən sonra ərazilər əldə etməkdən şirniklənərək bu məsələni yenidən qaldırmışdılar.


Ermənistan KP MK-nin birinci katibi Q.Arutinov 1945-ci il mayın 15-də SSRİ Xalq Komissarları Sovetinin sədri İ.Stalinə məktubla müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini istəyib. İyunun 6-da İ.Stalin Kremldə Q.Arutinovu qəbul edib. O da Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu verib.
Oktyabrın 27-də Q.Arutinov yenidən İ.Stalinin qəbulunda olub. SSRİ rəhbəri birinci katibə sovetlərin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirib. Q.Arutinov 300 mindən artıq erməninin sovet Ermənistanına can atdığını, ancaq əvvəlcə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni “Dağlıq Qarabağ və Naxçıvan məsələsinin” həll olunmasını, bu ərazilərin Ermənistana birləşdirilməsi haqqında növbəti məktubunu Stalinə təqdim edib.
Bununla da Ermənistandakı azərbaycanlıların kütləvi məcburi köçünün növbəti faciəsi yaşandı.
Onda Stalin və SSRİ rəhbərliyi “kolxozçular” adı arxasında pis və insanlıqdan uzaq niyyətlərini gizlədərək, Ermənistandakı türklərin deportasiyasını reallaşdımağa başladılar.
Həmin illərdə sovet rəhbərliyi daha bir saxtakarlığa imza atmışdı. SSRİ Ali Sovetinin 1946-cı il oktyabrın 19-u tarixli fərmanına əsasən xaricdən Ermənistana ermənilərin “repatriasiya”sı başlayıb. Bu məsələdə saxtakarlıq həmin ermənilərin “repatriant” adlanması idi. Halbuki onların Ermənistan, daha dəqiqi Qərbi Azərbaycan bölgələri ilə heç bir bağı olmamışdı. Onlar azərbaycanlıların çıxarıldığı ərazilərdə heç vaxt yaşamayıblar. Həmin “repatriantlara” Ermənistana daxil olan kimi sovet vətəndaşı pasportu verilib.


Tarixi sənədlərə əsasən, 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900, 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35 min 400 erməni indiki Ermənistanda yerləşdirilib.
Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülüb. Onların da böyük qismi İrəvanda məskunlaşdırılıb.
Moskva o vaxtlar etirazların qarşısını almaq məqsədi ilə 1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan kommunist partiyaları mərkəzi komitələrinin birinci katiblərinin adından Stalinə məktub göndərib. Məktubda Ermənistanda yaşayan 130 min azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunub.
Onlar Azərbaycanın Zərdab, Əli Bayramlı (Şirvan), Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı, Puşkin (Biləsuvar) rayonlarında yerləşdiriliblər. İqlim fərqinə görə məcburi köçürülənlər yoluxucu xəstəliklərə tutulub, bir qismi ölüb.
Sənədlərə əsasən, 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8 min 110 ailədən yalnız 3 min 232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1950-ci ildə köçürülənlər üçün 3 min 500 ev tikmək qərara alınsa da, yalnız 470 ev tikilmişdi. Yalnız 1488 köçkün ailəsi həyətyanı təsərrüfat sahəsi ilə təmin olunub. 1951-ci ildə köçkünlər üçün 5 min yaşayış evinin tikintisi planlaşdırılsa da, cəmisi 3 min 74 ev tikilib istifadəyə verilib. 1952-ci ildə Ermənistan SSR-dən Kür-Araz ovalığına 600 təsərrüfatın köçürülməsi planlaşdırılır. Sovetlərin plan artıqlaması, 124,6 faizlə yerinə yetirilir.


1951-ci ildən etibarən Azərbaycanda evsiz-eşiksiz qalan köçkün azərbaycanlıların bir qismi müxtəlif yollarla Ermənistana qayıdır. 1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların öz tarixi torpaqlarından deportasiyası azalır. Yaşayış şəraiti ağır olan əhalinin öz yurdlarına qayıtması prosesi sürətlənir.
1939-cu ildə keçirilən siyahıyaalma əsasən, İrəvan şəhərində 6 min 569 azərbaycanlı qeydə alındığı halda, 1959-cu ildə bu rəqəm 3 min 413 təşkil edib.
Həmin illərdə yüz mindən çox azərbaycanlı Ermənistandan Azərbaycana məcburi olaraq köçürülüb. Ermənistandan azərbaycanlıların deportasiyası ilə yanaşı, yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi əməliyyatı aparılırdı. Təkcə 1947-1953-cü illərdə 60-dan artıq azərbaycanlı yaşayış məntəqələrinin adlarını erməniləşdiriblər.
Həmin hadisələrdən 50 il sonra dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı Fərmanla 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasına ilk dəfə hüquqi-siyasi qiymət verilib.
Bu, 77 il əvvəl baş vermiş faciədən çox qısa xatırlatmadır. SSRİ-nin güclü dövründə ermənilər azərbaycanlılara qarşı bu cinayəti törətdilər. 1988-1991-ci illərdə sovetlərin çökdüyü dövrdə bunu sövt əsgəri və hərb maşının gücü ilə reallaşdırmağa başladı. Bu üç ilə yaxın dövr ərzində 300 minə yaxın azərbaycanlı indiki Ermənistandan, Qərbi Azərbaycandan, öz tarixi yurdlarından qovulub. Bununla da Ermənistan və erməni liderləri ölkədə azərbaycanlılara, türklərə qarşı etnik təmizləməni başa çatdırmış oldu. Onlar bunu havadarlarının yardımı ilə Qarabağda da reallaşdırmışdılar. 44 günlük Vətən müharibəsi bu işğalı nəticələrini aradan qaldırdı.


1988-1991-ci illərdə Ermənistan vətəndaşlığından güc yolu ilə məhrum edilmiş azərbaycanlılar, əsl repatriantlar öz evlərinə qayıtmaq üçün rəsmi İrəvana dəfələrlə müraciət edib. Onlar bütün istiqamətlər pozulmuş insan hüquqlarının bərpasını istəyir.
Prezident İlham Əliyev dekabrın 5-də “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın iştirakçılarına müraciətində bildirib: “Ermənistan Qərbi Azərbaycan İcmasının fəaliyyətini qəsdən öz ərazi bütövlüyünə təhdid kimi təqdim etməyə çalışır. Lakin İcmanın məqsədi Qərbi Azərbaycandan didərgin salınmış soydaşlarımızın dinc və təhlükəsiz şəraitdə, ləyaqətlə öz dədə-baba yurdlarına qayıdışının təmin olunmasından ibarətdir. Bu, sırf insan haqları məsələsidir”.
Beynəlxalq ictimaiyyət 77 il öncə törədilən cinayətə müəyyən mənada Stalinin gücünə və edilən saxtakarlığa görə müdaxilə edə bilmirdi. Ancaq indi 300 min azərbaycanlının 36 ildir pozulan insan hüquqlarına laqeyd qalması bu cinayətlərə ən yaxşı halda göz yummaqdır. Zaman ən ədalətli hakimdir. Qarabağda ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmənin nəticələri aradan qalxdı. Ermənistan rəhbərliyi, beynəlxalq ictimaiyyət “Qarabağ Azəbaycandır” dedi. Qərbi azərbaycanlıların repatriasiyası məsələsi də ədalətli həllini gözləyən hüquq pozuntusudur. Beynəlxalq ictimaiyyət 77 il öncəki kimi yenə susacaq?
Sədrəddin Soltan,
Report.az
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 2026 21:26
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 2026 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 2026 11:41
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 2026 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 2026 13:37
- Heydər Əliyevin şəxsi mühafizəçisi: Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı
10 may 2026 19:40
- Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi -Paşinyan
10 may 2026 19:13
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
