- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
14 milyonluq dələduzluq işi – Tahir Qədəşov 2025-ci ildə hakim qarşısında dayanacaq

Bakı Ağır Cinayətlər Məhkəməsində “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahibi Tahir Qədəşovun adı keçən cinayət işi üzrə proses davam edir.
Musavat.com xəbər verir ki, cinayət işini araşdıran tərkibdə hakim Siyavuş Hacıyev qəfil vəfat etdiyindən tərkibə yeni hakim daxil edilib.
Bu səbəbdən məhkəmə araşdırmaları təzələnib. Hazırda iş üzrə zərərçəkənlərin yenidən dindirilməsi həyata keçirilir.
Tahir Qədəşov ötən iki prosesdə də şahid qismində dindirilib. Hakim qarşısına onun kürəkəni Nofəl Hacıyev çıxarılıb. Hacıyev 171 Azərbaycan vətəndaşına qarşı 14 milyon manatlıq dələduzluqda ittiham olunur. O, pulları Tahir Qədəşova “Atlant” Ailəvi İstirahət Mərkəzinin təmir-tikinti işlərinə yatırdığını deyir.
Tahir Qədəşov məhkəmədə ifadə verərkən deyib ki, “Atlant” mənfəət gətirməyib, ziyanla işləyib. Lakin çıxışının davamında məlum olub ki, “Atlant”da illik 10 milyona yaxın gəlir əldə olunur. Tahir Qədəşov həmin gəlirlərin banklardan alınmış kreditlərə yönəldiyini bildirib. Nofəl Hacıyevin vəkili “Atlant”da müvəkkilinin 40 faiz payı ilə bağlı Tahir Qədəşova sual verib. Qədəşov suala ümumi cavab verib, bildirib ki, Nofəl Hacıyev ildə iki dəfə “Atlant”a gəlib-gedib. Deyib ki, Nofəl Hacıyev şərik olsaydı, “Atlant”a ildə iki dəfə deyil, daha çox gələrdi. Hakim Nofəl Hacıyevdən Tahir Qədəşovun sualına cavab veriməsini istəyib.
Nofəl Hacıyev bildirib ki, “Atlant”ın təməli qoyulandan o və komandası orada olub:
- Telekanallardan birinə müsahibəsində deyir ki, mən onunla qohum olana qədər imkansız olmuşam. Övladlarıma da demişəm, mən 88-ci ildə geyindiyim kostyumları, dublyonkanı, plaşı...
Hakim müdaxilə edərək bu məsələnin işə aidiyyəti olmadığını bildirib:
- Sizin nə geyindiyinizin bu işə nə dəxli var?
Müttəhim:
- Mən gecə-gündüz orada işləmişəm.
- 1 dəqiqə dayanın. Siz Bakıya 1 pencəklə gəlib milyoner olmusunuz.
Bunun məsələyə nə dəxli var? Konkret araşdırılan cinayət işi üzrə danışın! Sizə konkret ittiham irəli sürülüb ki, 2018-2022-ci illərdə aldığınız pulları dələduzluq yolu ilə ələ keçirmisiniz. 171 nəfərdən 115 nəfərindən pul almısınız.
- Həmin pulları hara yönləndirmisiniz?
- Mən “Atlant”da şərik olmuşam. Həm Bakıdakı, həm Sumqayıtdakı tikintidən aldığım pulları da ora yönləndirmişəm.
- Sumqayıtda hansı tikintidir?
- “Halal” MTK-da mənim 33 faiz payım var. Təsisçisi və 33 faiz payın sahibi Tahir müəllimdir, 33 faizi də Ağaşirinov Şamxalındır.
- Ötən prosesdə dediniz ki, bəzi şəxslərin pulunu qaytarmısınız. Kimlərdir həmin şəxslər?
- Qoy bunu Tahir müəllim desin. Əgər şəriklik yoxdursa, “Təbriz” MTK-dan ev alan vətəndaşlardan bir qisminin pulları qaytarılıb. Pulların bir qismini Tahir müəllim qaytarıb. Əgər şərik deyildiksə, niyə o pulları qaytarırdı? Tahir müəllim, əgər mən şərik olmamışamsa, “Atlant”da o kotlavanları kim qazdırıb? 3 manata kvadratı beton tökdürmüşəm. Orada 150 nəfər işçi işləyib. 2 nəfər dünyasını dəyişib o adamlardan. Qalanları sağdır axı.
- Hacıyev, dayandır. Konkret suala cavab ver - sizinlə bərabər 115 nəfərin aldadılmasında kimlər iştirak edib?
- Tahir müəllimlə ikimiz “Təbriz” MTK-da olmuşuq.
- Dayan, sualı başa düşdünüz? 115 nəfərin aldadılmasında sizinlə bərabər kimlər iştirak edib? Pulu kiminlə bölmüsünüz?
- Qədəşov Tahir. Başqa kim ola bilər? Bu kişi kooperativin sədri olub. Orada 3-cü şəxs iştirak etməyib.
Bundan sonra Tahir Qədəşova bir neçə zərərçəkənlər sual verib.
Zərərçəkənlərdən Məmmədəli İsmayılov Tahir Qədəşova sual verib.
Bildirib ki, iş üzrə ona 98 min manat zərər dəyib:
- Mən 2002-ci ildən dəyirmanın yanındakı 6 mərtəbəli binada oluram. Mən 10 dəfə Nofəl Hacıyevin yanına adam aparmışam. Rusiyadan gəlib mağaza, ev almaq istəyənlər olub. Orada sizi görməmişəm. Alıb-satan, bütün işləri görən kimi Nofəl Hacıyevi tanımışam. Siz orada yaxşı pullar qazanmısız. Oradakı binadan xoşunuza gələn xanımlara ev bağışlamısınız. Ailəsi olanları var, adlarını çəkmirəm.
Necə oldu ki, qazananda siz MTK sahibi olursuz, ziyana düşəndə Nofəl Hacıyevi qabağa verirsiz?
Tahir Qədəşov:
- Siz məni tanıyırsınız? Bir dəfə salam vermisiz?
Hakim:
- Konkret sualı olan zərərçəkən varmı?
Zaldan zərərçəkənlərdən biri deyir ki, Tahir Qədəşov suallara konkret cavab verməkdən yayınır.
Hakim konkret sualı olan zərərçəkənlərdən tribunaya yaxınlaşmasını istəyib.
Nofəl Hacıyev deyib ki, Tahir Qədəşov “Atlant”da qazanc olmadığını deyir, bir tərəfdən də orada tikinti aparılmasını inkar etmir. Belədirsə, qazanc yoxdursa, “Atlant”a 40 milyon manat hansı hesabdan qoyulub? Haradan ödənilib? Mənə özü şəxsən deyib ki, bankdan kredit götürürəm ki, kənardan baxanlar elə düşünsünlər ki, “Atlant”ı kreditlə tikirik. Mən 10 il susmuşam, danışmamışam, daha susmayacağam.
Bir neçə müqavilə araşdırılıb və zərərçəkənlərin fikirləri dinlənilib.
Müttəhim Nofəl Hacıyev də fikirlərini açıqlayıb:
- Ötən dəfə Tahir müəllimə 3 sual verdim. Birincisi alınan kreditlərlə əlaqəli idi. Kreditlər götürüləndə “Atlant”da vəziyyət başqa cür idi. Materiallara borclar vardı, özünün şəxsi borcları vardı. Tahir müəllim, siz həyətdə oturduğunuz ofisi, 2200 qeyri-yaşayış sahəsini 2 milyon 300 min manata satdınız.
Niyə “Accessbank”ın borcunu ödəmirdiz? Söhbət “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardan gedir. Qardaşı Mamed müəllim də orada MTK-da sədr olub. Onun 1 sənəddə imzası varsa, sorğu verin alın, mən də əlimi geri çəkirəm. Elşad baş mühasib olub orada. Ötən dəfə də tələb etdim. Qara mühasibatlığı gətirin bura. Bütün binalarda bloklar ayrı-ayrılıqda yazılıb, hər il dekabrın 31-də “otçot” eləmişik. Elşadı işdən çıxardız. 18-ci ildən 21-ci ilə qədər olan bütün “otçot”lar kameraya düşüb. Maşın-maşın sənədləri daşıyıb apardız. Niyə sənədləri itirmisiz? Burada yalandan deyir ki, guya mən “Atlant”da ildə iki dəfə olmuşam. Orada 5 sürücü olub. Onlar da şahiddirlər. Oradakı işçilərdən soruşun, öyrənin ki, onlara əməkhaqqını kim paylayıb? Dəfələrlə ən müxtəlif şəxslərdən pul almışam oraya görə.
Həyətdəki 2200 kvadratlıq qeyri-yaşayış sexini satıb gedib Sabunçu xəstəxanası yanında araq sexi almadın? Ayıb deyil? Mənim ailəmlə işin olmasın! Mənim uşaqlarımı şantaj edirsən. Müraciət edirəm ki, uşaqlarımın təhlükəsizliyi təmin olunsun. Mən bu adamdan hər şey gözləyirəm. “Təbriz” MTK-da 50 min kvadrat ev, qeyri-yaşayış sahəsinin müqaviləsinə kim qol çəkib? Təhvil-təslimi mən etmişəm. “Halal” MTK-da binanın 8-ci mərtəbəsində tikinti dayanmışdı. Mən canımı vermişəm bu işlərə. Bəzi şayiələrə, şeytan olub zəhər verənlərə inanırsız.
Hakim:
- Hacıyev, sizin işinizə baxırıq, Qədəşovun işinə baxmırıq.
- “Təbriz” MTK-ya, “Halal” MTK-ya sorğu göndərilməlidir. Qoy aydınlaşsın ki, sənədlərə kim imza atıb? Möhür kimdə olub? Pullar kimdə olub? Pullar kimə verilib? Mən qara mühasibatlığı tələb edirəm! Baş mühasib bura gəlsin. 5 blok, qeyri-yayış, yaşayış, yaşayış-mansard satılıb və 15 milyon 900 min manat xalis gəlir olub. Hələ mən ən aşağı qiymətlə hesablamışam. Məndə bütün hesabatlar var. Ötən dəfə dedim, adam var 2007-ci ildə 1 milyon manatlıq armatur verib, 2012-yə qədər pulunu ödəyə bilmədim.
Ona evlər verdim, evlər də gəlib bu vəziyyətə düşdü. Mənim armatur, beton əvəzi verdiyim evləri siz götürüb satmısınız! 3-cü blokda 1500 kvadrat qeyri-yaşayış saxlamışdım bu borc-xərci ödəmək üçün. Kimə satdız onu? İndi ora “Bravo” marketdir. Ora kimin imzası ilə məndən xəbərsiz satılıb? Suallarım çoxdur.
“Bərəkətli” MMC-nin 8 hektar torpağı var. Oranı kim və neçənci ildə özəlləşdirib? “Bərəkətli” MMC-nin direktoru mən ola-ola oranı 3 milyona kimin imzası ilə satmısan? 10 dəfə adam gətirdim, yalvardım ki, sataq, borcları bağlayaq. Dedin ki, ora mənim cavanlığımdır, oranı sata bilmərəm, ora qalacaq. Özəlləşdirəndən sona oradakı parnikləri, quş damlarını yerlə-bir etdilər. Ramanada yerləşirdi. “Aynur” MMC-nin 5 hektarını satdınız. Borcdan 1 manat ödədiz?
“Təbriz” MTK-da rəsmi şərik olmuşuq. Bütün işçilər, qonşular şahiddir, mən Nofəl gecə-gündüz orada işləmişəm, tikintidə olmuşam. Mən Allah qarşısında, bu camaatın qarşısında deyirəm, mənim “Təbriz”, “Halal” və “Ruslan” MTK-lardakı payıma düşən pulu verin, mən də bu camaatın evini tikim təhvil verim. Oranı hansı yuvaya döndərdiyinizi də qəşəng bilirsiniz! İnsan alveri idarəsinə sizə görə dəfələrlə getmişəm. Niyə görə? Hər ay 1 milyon, 1 milyon 300 min rəsmi gəliri olub bu adamın. Hər dəfə də başımın altına yastıq qoyub. Özünü də, qardaşını da Kürdəxanıya yanıma çağırdım, dedim ki, düşdüyümüz vəziyyətdən çıxış yolu var.
Camaatın pulunu da verərik, evi də tikib təhvil verərik, “Atlant” da qalacaq. Siz isə qərəzçiliyə keçdiz. Mənimsə sizlə düşmənçiliyim yoxdur. Siz bu pulları oraya çıxarın. “Təbriz”in, “Halal”ın pulları “Atlant”dadır. İbtidai istintaq zamanı da xahiş etdim ki, məni Tahir müəllimlə görüşdürsünlər. Dedilər ki, Tahir müəllim gəlmir. Mən ömür boyu bu adamın qulluğunda olmuşam. Məni bu cinayət bu adam sürükləyib. Qeyd edək ki, hazırda “Atlant” Ailəvi İstirahət Mərkəzinin sahiblərindən olan Tahir Qədəşovun kürəkəni Nofəl Hacıyev həbsdədir.
O, 171 Azərbaycan vətəndaşına qarşı dələduzluqda ittiham olunur. İlkin məlumatlarda bildirilirdi ki, Nofəl Hacıyev “Təbriz” MTK-nın inşa etdiyi binalardan mənzilləri satsa da, sonradan mənzillər sahiblərinə verilməyib. İndi məlum olub ki, Nofəl Hacıyev həm “Təbriz” MTK-da, həm də “Atlant” Ailəvi İstirahət Mərkəzində qayınatası Tahir Qədəşovla şərikdir. Vətəndaşlardan “Təbriz” MTK üzərindən alınan pullar “Atlant” Ailəvi İstirahət Mərkəzinin tikinti və abadlaşdırılmasına yönəldilib. Belə bir halda şəriklərdən birinin həbsdə, digərinin azadlıqda qalması sual doğurur. Mənzillərinə sahib çıxa bilməyən vətəndaşlar bu baxımdan məhkəməyə müraciət ediblər.
Xatırladaq ki, aparılan istintaqla “Təbriz” MTK üzərindən 171 vətəndaşdan 14 milyon manatdan artıq pul alındığı, lakin mənzillərin onlara təqdim edilmədiyi məlum olub.
İstintaq zamanı MTK təsisçilərindən Nofəl Hacıyev vətəndaşlardan toplanılan 14 milyon manatın harada olması ilə bağlı suala cavab verməyib. Zərərçəkənlər isə “Atlant” İstirahət Mərkəzinin 40 faizinə şərik olan Nofəl Hacıyevin pulu qayınatası Tahir Qədəşovla birgə ələ keçirdiyini iddia edirlər. Zərərçəkənlər Tahir Qədəşovun həbsini tələb edirlər.
Nofəl Hacıyev məhkəmədə verdiyi ifadəsində vətəndaşlardan aldığı 14 milyon manatdan artıq vəsaiti “Atlant” İstirahət Mərkəzində təmir-tikinti işlərinə yönəltdiyini deyib.
Bildirib ki, “Atlant”ın genişləndirilməsi ilə bağlı şəriki olan qayınatasının təkidi ilə “Təbriz” MTK-da vətəndaşlardan toplanan vəsaitləri istirahət mərkəzinə yönəldib.
“Atlant” Ailəvi İstirahət Mərkəzi 2002-ci ildə Nabranda, Xəzər dənizinin sahillərində tikilib. İldən-ilə istirahət mərkəzinin ərazisi genişləndirilib. Mənzərəli meşə, gözəl dəniz sahilində yerləşən istirahət mərkəzinin böyüklər və uşaqlar üçün 4 akvaparkı, hündürmərtəbəli hotelləri, 200-ə yaxın koteci, gecə klubu, stolüstü tennis, bilyard salonu, çimərlik və voleybol meydançası, avtomobil dayanacağı, çamaşırxana otağı, tibbi xidmətlər, kişi və qadın salonu, sauna, masaj, konfrans otağı, 350 nəfərlik restoran, uşaq meydançası və s. var. “Atlant” İstirahət Mərkəzi maksimum xidmət göstərən böyük bir kompleksdir.
Xatırladaq ki, ibtidai istintaq dövründə “Atlant” İstirahət Mərkəzinin üzərinə həbs qoyulub.
Proses yanvarın 16-da davam etdiriləcək.
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
1 iyul 2025 22:10
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
1 iyul 2025 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
1 iyul 2025 18:42
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
1 iyul 2025 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
1 iyul 2025 15:18
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
1 iyul 2025 13:44
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
1 iyul 2025 11:36
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
1 iyul 2025 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
1 iyul 2025 00:29
- Ərdoğan Tatarıstan Prezidenti ilə görüşüb
01 iyul 23:27
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
01 iyul 22:47
- Cümşüdün toyu olacaqmış - Nişanlışından ürəkparçalayan məktub - FOTO
01 iyul 22:10
- Bakı Bulvar İdarəsində 12 MİLYON yeyinti, 2 MİLYON VERGİDƏN yayınma..))
01 iyul 20:38
- Zelenski İlham Əliyevə başsağlığı verdi
01 iyul 20:18
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
01 iyul 19:04
- Əsir Qafqaz - Rusiya regiona gənə kimi yapışıb, qoparılma prosesi ağrılı gedir
01 iyul 18:42
- Prezident Fərid Əsgərova general-mayor rütbəsi verdi
01 iyul 16:20
- Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq... (FOTO)
01 iyul 15:39
- Rus dilli məktəblər ödənişli olmalıdır - Elçin Şıxlı
01 iyul 15:18
- Qardaşların meyitlərinin ekspertiza rəyi açıqlandı: Qabırğalardan birini tapa bilmədik
01 iyul 13:57
- Mənim oğlumun ölümündə bu hakimiyyət günahkardı - ƏHMƏD ORUC
01 iyul 13:34
- Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim - Rəisdən ŞOK AÇIQLAMA
01 iyul 11:36
- İlham Əliyev Ruanda Prezidentini təbrik edib
01 iyul 11:27
- Slovakiya azərbaycanlı diplomatı Azərbaycana səfir təyin etdi
01 iyul 11:18
- Evdən döyülərək çıxarıldılar - Öldürülən həmyerlilərimizin qardaşı qızı hadisə barədə DANIŞDI VİDEO
01 iyul 11:05
- DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
01 iyul 10:48
- Rusiyanın hüquq-mühafizə orqanlarının hüquqazidd əməllərinin arxasında siyasi motivlər dayanır ŞƏRH
01 iyul 00:29
- DGK-nın şöbə rəisi: Mən RÜŞVƏT almamışam, 55 MİN manat ŞİRİNLİK almışam
30 iyun 23:55
- Ərdoğan Azərbaycana GƏLİR
30 iyun 22:58
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 17:51
- Bəylər Eyyubov PTX-nin rəisi vəfizəsindən çıxarıldı - Bu posta gətirildi
30 iyun 17:46
- Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı BUNKER: Harada yerləşir? (FOTO)
30 iyun 16:59
- Veysəloğlu-nun elan etdiyi -Qida Təhlükəsizliyi Ayı- çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi
30 iyun 16:49
- Təyyarəmizi Qazaxıstan vurubmuş – Samir Vəliyev özünü rüsvay etdi
30 iyun 16:43
- İki İosifin və iki ittifaqın intriqası – Tito dirənməsə, Moskva və London Balkanı böləcəkmiş
30 iyun 16:26
- Prezident Fikrət Məmmədovla bağlı Sərəncam imzaladı
30 iyun 16:19
- Cümşüd Cümşüdlünün ölümünə səbəb olan kanal bu qurumun balansındadır, cinayət işi başlandı
30 iyun 15:48
- Yekaterinburqda öldürülən qardaşların cənazələri yaxınlarına təhvil verildi
30 iyun 15:30
- Rusiyanın imperiya siyasəti açıq formaya keçir
30 iyun 12:28