Əmək haqqı, pensiya, müavinət artımı haqqında - Millət vəkili Əli Məsimli
Cəmiyyət24 dekabr 2024 20:42

Rəsmi statistika məlumatlarına görə, 2024-cü il noyabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1773,3 min nəfər olmuş, onlardan 881,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 891,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.2024-cü ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 993 manat təşkil etmişdir.Hazırda minimum əmək haqqı orta aylıq əmək haqqının 35 fazi səviyyəsində olmaqla 345 manat təşkil edir.Minimum pensiya isə 280 manat və ya orta aylıq pensiyanın 57 fazi səviyyəsindədir. Bahalaşmanın əhalinin xeyli hissəsinin gəlirlərinə adekvat olmayan dərəcədə sürətləndiyi hazırkı zamanda cəmiyyətdə əmək hqqı,pensiya,müavinət və digır ödənişlərin artırılması sahəsində böyük gözləntilər yaranıb.
Azərbaycan Prezidentinin "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" 23 dekabr 2024-cü il tarixli sərəncamı ilə növbəti sosial paketinin icrasına start verildi.Bu Sərəncamla icrasına başlanan növbəti sosial paketi gələn ilin əvvəlindən pensiyaların indeksləşdirilərək artırılması da nəzərə alınmaqla ümumən 3 milyon insanı əhatə edəcək və əməkhaqqı, pensiya, müavinət,təqaüdlər artırılacaq. Həmin artımlar üçün illik əlavə olaraq 1,4 milyard manat ayrılacaq.
Sözügedən sərəncama əsasın 2025-ci il yanvarın 1-dən ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 400 manata çatdırılacaq.
Bununla yanaşı sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki,əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflər hazırlasın və bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
Sərəncamda digər sosial ödənişlərin artırılması məsələləsi də yer alıb. Nazirlər Kabineti gələn il sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı təkliflərini 3 ay müddətində ölkə Prezidentinə təqdim edəcək. Sərəncamın bu hissəsi 1 milyon nəfərdən artıq vətəndaşımızı əhatə edəcək.
Qeyd edək ki,bundan 2 il əvvəl 2023-cü il yanvarın 1-dən minimum aylıq əmək haqqı 15 faiz artırılaraq 300 manatdan 345 manata,fevralın 1-dən isə minimum pensiya 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılmışdı. Yeni sərəncam üzrə isə gələn ildən minimum aylıq əmək haqqının məbləği 16 faizə yaxın artırımla hazırkı 345 manatdan 400 manata, əmək pensiyasının minimum məbləği isə 14 faizdən çox artırılaraq 280 manatdan 320 manata çatdırılacaq.
Bundan əlavə Nazirlər Kabineti müəyyən etdiyi dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bir ay müddətində bu Sərəncamın 1-ci hissəsinə uyğunlaşdırılmasını təmin edəcək. Bu əsasda Nazirlər Kabineti minimum aylıq əmək haqqının 400 manata çatdırılmasına uyğun olaraq Vahid Tarif Cədvəlinin yeni variantını hazırlayıb təsdiq edəcək.
Məlumdur ki,Vahid Tarif Cədvəlində maaşlar 19 dərəcə üzrə müəyyənləşdirilib. Minimum aylıq əməkhaqqı artırılan zaman hökumətin təsdiq etdiyi 19 pilləli Vahid Tarif Cədvəli üzrə Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş büdcə təşkilatlarında çalışan işçilərin aylıq vəzifə maaşlarında artım baş verir. Bu dəfə də sosial, elm,müəyyən dərəcədə təhsil və səhiyyə, mədəniyyət, gənclər, idman, kənd təsərrüfatı, ekologiya, ətraf mühitin mühafizəsi, mənzil-kommunal, nəqliyyat, rabitə, meliorasiya, su təsərrüfatı və s. üzrə 19 pillədən ibarət Vahid Tarif Cədvəlinin ilk pilləsindəki maaş 400 manata çatdırılmaqla, digər pillələr üzrə maaşlarda da buna uyğun artımlar tətbiq ediləcək. Hazırkı Vahid Tarif Cədvəlində 1-ci dərəcə üzrə maaş 345 manat,5-i dərəcə üzrə-406 manat, 10-cu dərəcə üzrə-497 manat,15-ci dərəcə üzrə-607 manat,19-cü dərəcə üzrə isə 1125 manatdır.Gələn ilin yanvarında Nazirlər Kabinetinin qərarı ilə təsdiq ediləcək Vahid Tarif Cədvəlində 1-ci dərəcə üzrə maaş 16 faizə yaxın artıb 345 manatdan 400 manata çatdırılacaq. Vahid Tarif Cədvəlində 2-19-cu dərəcələr üzrə artımın dəqiq məbləğləri gələn il yanvarında məlum olacaq. Bununla belə təxmin etmək olar ki,maaşlar məsələn,5-ci dərəcə üzrə-406 manatdan 470 manata,10-cu dərəcə üzrə-497 manatdan 580 manatın altına,15-ci dərəcə üzrə-607 manatdan 700 manatın üstünə,19-cü dərəcə üzrə isə 1125 manatdan 1300 manatın üstünə çatdırılacaq.
Minimum aylıq əmək haqqının 345 manatdan 400 manata çatdırılmasından dövlət sektoru üzrə 400 min nəfərə, özəl sektor üzrə 300 min nəfərə yaxın,toplam isə 700 min nəfər adam faydalanacaq.
Bahalaşmanın əhalinin xeyli hissısinin gəlirlərinə adekvat olmayan dərəcədə sürətləndiyi hazırkı zamanda əmək haqqı, pensiya,müavinət və digər ödənişlərin artırılması çox vacib məsələdir.Amma bu sahədə müsbət dinamikanın olması məsələnin bir tərəfidir. Sərəncanmın 2.4 maddəsində Nazirlər Kabinetinə tapşılıb ki, bu Sərəncamdan irəli gələn digər məsələləri də həll etsin.Adətən burada texniki, təşkilatı, uyğunlaşma və sair bu kimi məsələlər nəzərdə tutulur.Amma sərəncamın adı,mahiyyəti və hədəfi baxımından həlli vacib olan digər məsələlər arasında ən vacibi inflyasiya amili ilə bağlı,xüsusən də əhalinin aztəminatlı təbəqəsinin gəlirlərinin çox hissəsini sərf etdiyi əsas tələbat mal və məhsullarının sürətlə bahalaşması,bu sahədə qiymət artımının tempi və səviyyəsi ilə bağlı məsələlərdir.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə 2024-cü ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 53867,7 milyon manatlıq, o cümlədən 29534,8 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 24332,9 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-noyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 15 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,8 faizi avtomobil benzini və dizel yanacağının, 5 faizi elektrik malları və mebellərin, 2,1 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.Əhalinin aztıminatlı təbəqəsinin gəlirlərinin ərzaq mallarının alınmasına sərf etdiyi hissəsi 50,6 faizlik orta statistik göstəricidən xeyli yüksəkdir.Sözügedən dövrdə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 480 manatlıq, o cümlədən 263,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 216,8 manatlıq qeyri-ərzaq malları almışdır. Rəsmi statistikaya görə, 2024-cü ilin yanvar-noyabr ayları 2023-cü ilin yanvar-noyabr aylarına nisbətən inflyasiya 2 faiz, 2024-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi 2023-cü ilin noyabr ayına nisbətən isə 4,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 4,4 faiz, qeyri-qida məhsulları üzrə 2,2 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6 faiz təşkil etmişdir.Artıq qeyd etdiyimiz kimi bu ilin on ayında orta aylıq nominal əməkhaqqı 7,8 faiz artıb. Rəsmi rəqəmlərdən çıxış etdikdə, inflyasiyanın cəmi 2 faiz olması şəraitində nominal əmək haqqının artımının 7,8 faiz təşkil etməsi,bu iki göstəricinin fərqindən əmələ gələn real əmək haqqının 5,8 faiz artdığını göstərir.Rəsmi proqnozlara görə, gələn il 4,6 faiz inflyasiya proqnozlaşdırılıb.Bu halda da gələn il də minimum əmək haqqının nomimalda 16 faiz artmaqla inflasiyadan sürətlə artımı şəraitində minimum əmək haqqına münasibətdə real əmək haqqının 10 faizdən çox artacağı anlamına gəlinir.Amma məsələ burasındadır ki,sözügedən inflyasiya göstıricisi 528 mal,məhsul və xidmər üzrə hesablanır və bu halda onun 400 manat minimum əmək haqqı alan vətəndaşa birbaşa götürdükdə,elə bir aidiyyatı olmur.Aztəminatlı təbəqənin gəlirlərinin çox hissəsi əsas tələbat mal və məhsullarına sərf olunur.Ona görə də onların durumuna həmin qəbildən olan məhsulların qiymət artımı daha güclü təsir göstərir.Digər tərəfdən əmək haqqı,pensiya,müavinətlərin artırılması xəbəri çıxan kimi qiymət artımı sürətlənir.Müstəqil araşdırmalar göstərir ki,bu il bir sıra ərzaq məhsullarının və əsas tələbat mallarının qiymətləri 10-27 fazi arasında, kərə yağının qiymıti isə 2 dəfədən çox artıb. Ət,yağ və bu kimi məhsulların qiymət artımının gələn il də davam ediləcəyi gözləniləndir. Qiymət artımının hər faizinə görə əhali ildə 590 milyon manat, o cümlədən ərzaq malları üzrə isə 300 milyon manata yaxın əlavə xərcə düşür.
Əgər nəzərə alsaq ki, nominal əmək haqqı əhalinin başlıca gəlir mənbəyi, real əmək haqqı isə onun həyat səviyyəsini ifadə edən ən mühüm sosial-iqti¬sa¬di göstəricilərdən biridir,onda təsirli antiinflyasiya tədbirləri görülməsə,əmək haqqı, pensiya, müavinətlərin nə qədər artırılması elə bir əhəmiyyət kəsb eləmir.Ona görə də Azərbaycan Prezidentinin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncam ilə start verilən yeni sosial paketin öz təyinatına görə dolğun şəkildə reallaşdırılmasından ötrü digər məlum tədbirlərlə yanaşı, həm də inflyasiyaya qarşı təsirli tədbirlər də görülməlidir ki, əmək haqqı, pensiya, müavinətlərin artan məbləği inflyasiyanın ”yeminə” çevrilmsin,əhalinin aztəminatlı təbəqəsinin real əmək haqqının artmsını və bu əsasda əlavə mal və məhsul ala bilməsini təmin edə bilsin.
Oxşar xəbərlər
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 2025 22:34
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 2025 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 2025 13:00
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 2025 22:46
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 2025 22:04
- Sabir Rüstəmxanlıdan Ramiz Mehdiyevə sərt mesaj !
15 oktyabr 2025 21:54
- Ramiz Mehdiyevin sonu – həbs dalğası bu məmurları da əhatə edəcək
15 oktyabr 2025 11:03
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 2025 15:08
- Camaat yapışır yaxamdan ki, 2025 də bitir... - Videomüsahibə
14 oktyabr 2025 12:13
- Ağsu sakinlərinin Mikayıl İsmayılovla bağlı Prezidentə MÜRACİƏTİ
14 oktyabr 2025 10:58
Xəbər lenti
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27
- 35 İL əvvəl professor Telman Qurbanovu harada ÖLDÜRDÜLƏR: EA-da KABİNETİNDƏ, yoxsa ? SİRR
18 oktyabr 15:56
- FAİZƏ götürdüyü 800 MANAT borcu qaytara bilmədiyi üçün özünü ÖLDÜRDÜ
18 oktyabr 14:48
- Bakıda iş adamı idman zalında öldü
18 oktyabr 13:27
- Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
18 oktyabr 11:51
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 11:23
- Mehriban Əliyeva: Azərbaycandakı sülh və əmin-amanlıq əbədi olsun!
18 oktyabr 10:26
- Putinlə istənilən formatda danışmağa hazıram – Ukrayna lideri atəşkəs çağırışı etdi
18 oktyabr 01:57
- Ramiz Mehdiyev Təhlükəsizlik Şurasından da çıxarılır - Mədət Quliyevdən açıqlama
18 oktyabr 00:51
- Müstəqilliyimizin bərpasından 34 il keçir
18 oktyabr 00:37
- Prezident Komissiya yaratdı, sədr və üzvlər təyin etdi
17 oktyabr 22:46
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına STOP qoyuldu
17 oktyabr 22:37
- Prezident o görüşdən danışdı - Yeni dövr başladı +Video
17 oktyabr 08:25
- SON DƏQİQƏ! Zelenski Vaşinqtondadır
17 oktyabr 02:16
- Füzuli Şəhəri Günüdür
17 oktyabr 00:43
- Vaxtı keçmiş və istehlaka yararsız məhsullar Veysəloğlu tərəfindən necə məhv edilir? (VİDEO)
16 oktyabr 22:47
- Xalq artisti Ramiz Quliyev II Fəxri xiyabanda dəfn olundu
16 oktyabr 22:38
- İlham Əliyev: Azərbaycanla Fransa arasında anlaşılmazlığa səbəb olan məsələlər keçmişdə qaldı
16 oktyabr 22:26
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 21:59
- İlham Əliyev bütün Qafqazın şərəfini qorudu - Saakaşvili
16 oktyabr 09:54
- Ramiz Mehdiyevin milyardları və ƏMLAKININ SİYAHISI - ŞOK
15 oktyabr 22:23
- Ramiz Mehdiyev mənə o qədər pislik edib ki... – Misir Mərdanov
15 oktyabr 22:04
Video & Fotoqalereya
Video
Fotoqalereya