Qazımız, liftimiz yoxdur, 12-ci mərtəbəyə ayaqla qalxırıq - Kat Holding
Bakıda inşa edilmiş Yasamal Yaşayış Kompleksindəki 29 saylı binanın sakinləri bu binada lift və qazın olmamasından şikayətçidir.
“Qafqazinfo”ya müraciət edən sakinlər 6 ildir ki, 12 mərtəbəli binada yaşadıqlarını, lakin kommunal problemlərinin həll edilmədiyini bildirirlər.
Şikayətçi Ravil Hacıyevin sözlərinə görə, MİDA-nın Yasamal Kompleksindəki bu bina layihənin icra şərtlərinə əsasən investora təqdim edilib: “Vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaradılmış Mənzil İnşaatı Agentliyinin 2017-ci ildə özəl investorların müsabiqə yolu ilə dövlət-özəl tərəfdaşlığına cəlb edilməsi təmin edilib və müsabiqə nəticəsində 3 çoxmənzilli binanın tikintisi “Kat Holding”ə həvalə edilib. Həmin şirkət 1 binanı (27 saylı bina) tikib MİDA-ya təhvil verib. Lakin özlərinin satışını həyat keçirdiyi digər 2 binada (28 və 29 saylı) işləri tamamlaya bilmədilər. Şirkət daxilində hərc-mərclik halları nəticəsində cinayət işi başlandı. Çox şikayətlərdən sonra 28-ci binanın lifti quraşdırıldı, lakin bizim yaşadığımız 29 saylı binanın lifti və qaz xətti hələ də quraşdırılmayıb. Binada heç bir iş getmir”.
R.Hacıyev bildirib ki, sakinlər 2018-2019-cu ildə həmin binadan ev alıblar: “Kirayələrdə qalmaqdan bezən əksər sakinlər qaz xəttinin olmamasına və liftin quraşdırılmamasına baxmayaraq buraya köçməyə başladı. Bina 12 mərtəbəlidir və hər gün biz 11-12-ci mərtəbələrə dəfələrlə ayaqla qalxıb-düşməyə məcbur oluruq”.
Digər şikayətçi Mərziyə Hüseynova isə bildirib ki, “Kat Holding” binaya qaz xətti çəkmək və lift quraşdırmaqla bağlı hər hansı iş görmür: “Bizim mənzil hüququmuz pozulur, vətəndaşlarla bağlanmış müqavilə şərtlərinə əməl edilmir. Dəfələrdə şikayət etsək də, həmişə bəhanə olunub ki, məhkəmə bitsin, problem həll olunacaq. Lakin MİDA rəhbərliyinə göstəriş verilsə, problem qısa zamanda həll oluna bilər. Artıq bizim səbrimiz tükənib, aidiyyəti qurumlardan və şəxslərdən tələb edirik ki, 29 saylı binada işlərin tamamlanmasına göstəriş versinlər”.
Məsələ ilə bağlı MİDA-ya sorğu ünvanladıq. Saytımıza cavab olaraq bildirildi ki, tikinti şirkəti binalarda inşaat işləri başa çatmamış mənzilləri satıb: “KAT Holding” MMC (bundan sonra – cəmiyyət) Yasamal Yaşayış Kompleksində yaşayış binalarının tikintisi üzrə keçirilmiş investisiya müsabiqəsinin qalibi olub. İnvestor və sifarişçi olaraq cəmiyyətin payına düşən 28 və 29 saylı yaşayış binalarının tikintisinin başa çatdırılmamasına baxmayaraq, həmin binalarda yerləşən mənzillər müxtəlif şəxslər tərəfindən əldə edilib. Həmin binalarda yerləşən mənzilləri əldə etmiş vətəndaşların, həmçinin Cəmiyyətin həmtəsisçisinin şikayətləri əsasında Baş Prokurorluq tərəfindən Cəmiyyətin digər təsisçi və keçmiş direktoru barəsində cinayət işinin icraatına başlanılıb və bu şəxslər birinci instansiya məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum ediliblər. Hazırda iş Bakı Apellyasiya Məhkəməsinin icraatındadır. Cəmiyyət ayrıca təsərrüfat subyekti olduğu və öz öhdəlikləri üzrə şəxsən məsuliyyət daşıdığı üçün vətəndaşlara cəmiyyət ilə aralarında yaranmış mübahisənin qanunvericiliyə uyğun həll edilməsi tövsiyə olunub".
Qeyd edək ki, “Kat Holding” MMC-nin təsisçisi Ələkbərov Elçin Bəşir oğlu barəsində 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Buna səbəb isə holdinqdə pay sahibi olan Litva Respublikasının vətəndaşı Pocius Povilasın və vətəndaşların şikayəti olub.
Məlum olub ki, E.Ələkbərov həmin Cəmiyyətin digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olaraq, MMC tərəfindən inşa edilmiş binalarda olan mənzilləri almaq üçün Cəmiyyətə müraciət etmiş ayrı-ayrı şəxslər tərəfindən ödənilmiş pul vəsaitinin 1 milyon 380 min manatını hesaba mədaxil etməyərək mənimsəyib.
Faktla bağlı Cinayət Məcəlləsinin 179.4 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə E.Ələkbərova ittiham elan edilib və o həbs olunub, həmçinin E.Ələkbərov və onun ailə üzvlərinin adına rəsmiləşdirilmiş əmlaklar üzərinə məhkəmə qərarları ilə həbs qoyulub.
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
2 aprel 2026 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
2 aprel 2026 20:09
- 1 aprel – Gülüşün və zarafatın günü
1 aprel 2026 10:53
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Təbrizə də zərbələr endirildi
28 fevral 2026 16:11
- Türk və müsəlman söhbəti üzərinə...- Nadir Qocabəyli
26 fevral 2026 22:38
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Prezidentin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salındı (FOTO)
04 aprel 19:53
- Fazil Mustafanın ailəsindən xoş xəbər
04 aprel 19:43
- Zelenski Türkiyəyə getdi
04 aprel 19:32
- Alimlər qoz yemək üçün ideal zamanı açıqladılar
04 aprel 10:58
- İlham Əliyev: Azərbaycan və İran daim bir-birinin yanında olmağa davam edəcək
04 aprel 10:26
- Ənənəvi yas məclislərinə SON: Yeni ehsan növü BELƏ OLACAQ
04 aprel 00:20
- Roma Papası İsrailə çağırış etdi: müharibəni dayandırın !
04 aprel 00:06
- Pezeşkian İlham Əliyevlə söhbətindən yazdı
03 aprel 23:39
- Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
03 aprel 19:11
- İlham Əliyev bir qrup şəxsi təltif etdi (SİYAHI)
03 aprel 18:49
- Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən Zəfər Yolu layihəsinin təqdimatı keçirilib
03 aprel 18:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
