Qazi bacısını niyə öldürüb? - ŞOK TƏFƏRRÜAT
Ağcabədi rayonu, Hindarx qəsəbəsində 31 yaşlı Səbinə Məmmədovanın öldürülməsinin təfərrüatları məlum olub. Qətli törədən mərhumun qardaşı, qazi 34 yaşlı Sadiq Kərimov olub.Sadiq Kərimov Vətən Müharibəsində iştirakına görə “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunub.
Müharibədən qayıtdıqdan sonra DOST İş Mərkəzinə sosial işçi kimi işə qəbul edilərək “Azərpoçt”un Ağcabədi rayonu, Hindarx qəsəbəsi şöbəsində poçtalyon köməkçisi kimi işə başlayıb.
Musavat.com xəbər verir ki, Sadiq Kərimov qətli namus üstündə törətdiyini bildirib. Sadiq linglə bacısının baş nahiyyəsinə bir neçə zərbə endirərək onu qətlə yetirib.
S.Kərimov ifadəsində bildirib ki, özünü tam təqsirli hesab edir. Amma bacısının həyat tərzi onun bu yola əl atmasına səbəb olub.
“Atam rəhmətə gedəndən sonra Səbinənin əri ilə arasında mübahisə olmuşdu. Əri Səbinənin başqa kişilərlə yazışmasını tutmuşdu. Onlar arasında təkrar dava-dalaş olmuşdu. Səbinə əri Kamilin onu şərlədiyini deyirdi. Kamil mənə Səbinənin danışdığı şəxslərin nömrəsini göstərdi. Kamilə dedim ki, Səbinədən şübhələnirsə, onu boşasın.
Səbinə bir müddət bacımla yaşamağa başladı. Atamın yas mərasimində telefonla danışdığını gördüm. Kiminlə danışdığını soruşdum. Dedi ki, su idarəsindən zəng gəlib. Yan otağa keçərək orada kiminləsə şübhəli və səmimi şəkildə danışmağa başladı. Dəfələrlə xəbərdarlıq etdim ki, bu əməllərindən əl çəksin. Yasdan sonra anidən Bakıya getdi. Sonra da qayıtdı. Xəbərdarlıqlarıma baxmayaraq məni qıcıqlandırmağa davam etdi. Deyirdi ki, dostlarımla da danışacaq, başımı aşağı edəcək. Bir dəfə də onu şəhərdə 3-4 nəfər kişi ilə yemək yeyən yerdə gördüm. Yanında oğlunu da aparmışdı. Bundan sonra onu öldürmək qərarına gəldim.
Səbinə həyətimizdə olan bir otaqlı evdə tək yaşayırdı. Axşam onun gəlməsini gözlədim. O gələnə qədər uşaqlarımla oymayıb onlarla vidalaşdım”.
S.Kərimov əlavə edib ki, bacısına son olaraq bir daha xəbərdarlıq edib. Amma bacısı ona “yaxşı edirəm” cavabını verib: “Otaqda uzanmışdı. Niyə belə etdiyini, məni və ailə üzvlərimi təhqir etməsinin səbəbini soruşdum. Dedi ki, yaxşı edir. Əlimdə ola linglə bir dəfə böyründən vurdum. Ayağa qalxıb sinəmdən tutanda başından da vurdum. Yerə yıxılanda başından bir dəfə də vurdum. Onda bildim ki, ölüb. Qapıdan çölə çıxanda anam gəldi. Nə olduğunu soruşanda Səbinəni öldürdüyümü dedim. Qışqıraraq evdən qaçdı. Sonra pilləkəndə oturub polislərin gəlməsini gözlədim”.
Məhkəmədən ona yüngül cəza verilməsini istəyən Sadiq qeyd edib ki, nəticənin belə olmasını istəməzdi.
Məhkəmədə mərhumun digər qardaşı hüquqi varis kimi tanınıb. Hüquqi varis də bacısının həyat tərzi haqqında danışarkən Sadiqin dediklərini təsdiq edib. O, şikayət və tələblərinin olmadığını deyərək qardaşına yüngül cəza verilməsini məhkəmədən xahiş edib.
Mərhumun anası da məhkəmədə dindirilən zaman həbs edilən oğlunun ifadəsinə oxşar ifadə verib. Əlavə edib ki, qızına doğru yolda olmadığına görə dəfələrlə xəbərdarıq edib. Amma qızı nə onu, də qardaşlarını sayıb.
Sadiq Kərimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham olunub. Ona bu maddənin sankiyasında nəzərdə tutulan ə aşağı həddə- 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 2026 13:09
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Alim aqronom: Yaşıllaşdırma Təsərrüfatı Birliyində -yaşıl biznes- qurulub
4 fevral 2026 15:45
- Afaq Məsud: Məni hər zaman narahat edib maraqlandıran özüm olmuşam – Müsahibə
2 fevral 2026 23:03
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
