Fərdi hazırlıqlar məktəb sistemini çökürdüb - Ekspert
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarının keçirilmə vaxtını açıqlayıb. Məlumatda 11-ci sinif üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində, 9-cu siniflər üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.
Şagirdlər buraxılış imtahanlarını verəndən sonra məktəblə yolunu kəsir, əksəriyyəti dərsə getmək istəmir. Bu səbəbdən mütəxəssislər buraxılış imtahanlarını tədrisin sonunda keçirilməsini məqsədəuyğun sayır.
Sabiq deputat Etibar Əliyev Qaynarinfo-ya buraxılış imtahanların mart ayında keçirilməsinin əlehinə olduğunu bildirib:
"Şagirdlər belə hesab edir ki, onların işi bitib və növbəti imtahana hazırlaşırlar. Bu haqlı fikirlərdir, mən bunu dəstəkləyirəm. Amma bununla yanaşı başqa bir məsələyə də diqqət yetirmək gərəkdir. 9-11-ci siniflərin dərsə davamiyyəti həddindən artıq aşağı səviyyədədir. Fərdi hazırlıqlar məktəb sistemini çökürdüb. Artıq bütün valideynlərə bəllidir ki, övladları məktəb təhsilinin hesabına qalsa, onlar heç kolleclərə də daxil ola bilməzlər. Davamiyyət məsələsi də ciddidir. Dünyada bunlara diqqət yetirilir. Məktəb təkcə şagirdlərin biliklər verən bir təhsil ocağı deyil. Həm də şagirdlərin fiziki hazırlığı, tərbiyyə prosesi həyata keçirilir. Buraxılış imtahanlarının vaxtı ilə bağlı nə qədər cəmiyyətdən çağırışlar olsa da buna iki qurum-Dövlət İmtahan Mərkəzi və Elm və Təhsil Nazirliyinin rəhbərliyi buna məhəl qoymur. Bu iki qurum hələ bu günə kimi dərslərə davamiyyət məsələsinə toxunmayıblar. Görsənir ki, bu qrumlar üçün maraq kəsb etmir".

Etibar Əliyev Dövlət İmtahan Mərkəzinin hələ ötən il verdiyi bir açıqlamasına aydınlıq gətirib:
"Şagirdlər 40-60% proqramı yerinə yetirmirlər. Bu nədən irəli gəlir? Bu ondan irəli gəlir ki, məktəb təhsilinin keyfiyyəti həddindən artıq aşağı səviyyədədir. Məsələn, Barak Obamanın məşhur bir fikiri var. Deyir ki, "Koreya uşaqları Amerika uşaqlarından ona görə ağıllı və beynəlxalq şagird qiymətləndirmələrində önə çıxırlar ki, onlar onlar Amerika uşaqlarına nisbətən bir ay çox dərsə gedirlər". Maraqlı məsələdir. Biz hesab edirik ki, uşaqlar 10 gün artıq dərsə gedəndə onların istirahət hüququ pozulur, yay məktəbləri olmur. Yay məktəbləri keçilən dərslərin təkrarı üçün əhəmiyyətlidir. Bu mənada bir qurum - Elm və Təhsil Nazirliyi təhsil verməkdə axsıyır. Dövlət hər bir şagird üçün xeyli vəsait xərcləyir, onun müqabilində proqramların mənimsənilməsi həyata keçirilməlidir. Digər bir qurum isə qiymətləndirmə ilə işini başa çatmış hesab edir”.
Etibar Əliyev deyir ki, bu gün məktəb əzbərçi şagird hazırlayır:
"Birölçülü təhsil sistemində yetişən vətəndaş hazırlayır. Düşünürük bunlar gələcəkdə qazandıqları bilik və bacarıqları, tərbiyyələri iləinsan kapitalına töhfələr verəcək. Hələlik isə bu iki qurum ortaq məxrəcə gələ bilmir. Bunun əks effekti çox pisdir. Uşaqlar il ərzində 6 ay dərsə getmir. Sentyabrın 15-də dərs başlayır, tətilləri, bayramları da çıxsaq və martda da buraxılış imtahanı... Bu o dməkdir ki, tədris ili ay nəzərdə tutulur. Yuxarı sinif şagirdləri isə umumiyyətlə məktəbə az gedir, dərslərdə iştirakı aşağı səviyyədədir. Məsələn, bir misal çəkim, axşamlar şəhər məktəblərində işıqlar yanır. Mart ayına kimi işıqlar yanır, bu şagird nə vaxt dincəlir, ev tapşırığını harada edir? Ən başlıcası bu şagird nə vaxt yatır? Bu faktorların heç biri bizim birölçülü təhsil sistemində nəzərə alınmır”.
Etibar Əliyev bildirib ki, şagirdlər fizika, kimya fənnlərində ən vacib bölmələriıri qavraya bilmir:
"Atom fizikasına çatan kimi dərslər dayandırılır. Az vaxta şagirdlər bu boyda bölməni qavraya bilməz. Bəs bunu nə vaxt öyrənəcəklər? Eləcə də kimya, biologiya. Riyaziyyat və s. Şagird proqramda olan dərsləri ilin sonuna kimi mənsimsəməlidir”.
Təhsil ekspert Kamran Əsədov da bununla bağlı Etibar Əliyevlə eyni fikirdə olduğunu diqqətə çatdırıb:
"Hazırda Azərbaycanda buraxılış imtahanlarının mart ayında keçirilməsi 11-ci sinif şagirdlərinin məktəbə davamiyyətinə mənfi təsir göstərir. İmtahanları verdikdən sonra şagirdlərin əksəriyyəti məktəbdən uzaqlaşır və tədris prosesi ilə əlaqəni zəiflədir. Bu həm təhsilin keyfiyyətinə ziyan vurur, həm də məktəbin pedaqoji məqsədlərinə çatmasını əngəlləyir. Buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi həm beynəlxalq təcrübəyə, həm də ölkə kurikulumunun əsas prinsiplərinə uyğun olaraq daha məqsədəuyğun yanaşmadır. Dünyanın əksər inkişaf etmiş ölkələrində, məsələn, Finlandiya, Almaniya, Yaponiya və ABŞ-da buraxılış imtahanları tədris ilinin sonunda keçirilir. Bu tədris ilini şagirdlərin tam olaraq bitirməsinə və proqramın bütün tələblərini mənimsəməsinə şərait yaradır. Məsələn, Almaniyada abituriyent imtahanları (Abitur) tədris ilinin sonunda keçirilir və şagirdlərin tədris ilinin sonuna qədər məktəbdə iştirakı məcburidir. Bu model şagirdlərin həm akademik, həm də sosial inkişafını təmin edir. Azərbaycanda hazırkı modelə əsasən mart ayında keçirilən buraxılış imtahanları tədris prosesini yarımçıq qoyur. Bunun nəticəsində şagirdlər məktəbdən uzaqlaşır və qalan müddətdə proqram materiallarını mənimsəmə imkanını itirirlər. Bu xüsusilə 11-ci sinifdə tədris olunan bəzi vacib fənlərə mənfi təsir göstərir. Pedaqoji baxımdan isə şagirdlərin məktəbə davamiyyətinin aşağı düşməsi onların akademik göstəricilərini zəiflədir və sosial əlaqələrini məhdudlaşdırır”.

Ekspertin fikirincə, mövcud vəziyyətdən çıxış yolları arasında buraxılış imtahanlarının iyun ayında keçirilməsi ən məqbul variantdır:
"Bu halda şagirdlər tədris ilinin sonuna qədər proqramı tam şəkildə mənimsəyər və müəllimlərə də materialları sistematik şəkildə çatdırmaq üçün kifayət qədər vaxt yaranar. Əlavə olaraq, şagirdlərin tədris ilinin sonuna qədər məktəbə davam etməsi üçün müxtəlif təşviqedici tədbirlər görülə bilər. Məsələn, buraxılış imtahanından sonra şagirdlərin iştirakı ilə fənlərarası layihələr, peşəyönümlü təlimlər və ya sosial fəaliyyətlər təşkil olunmalıdır. Bu onların məktəbə marağını artıracaq və tədris ili boyunca nizam-intizamı qoruyacaq. Azərbaycanda qüvvədə olan kurikulum standartları və Təhsil haqqında Qanun da təhsilin davamlılığını və keyfiyyətini təmin etməyi tələb edir. Kurikulumun əsas prinsiplərindən biri tədris materiallarının şagirdlər tərəfindən tam mənimsənilməsi və bu prosesin ardıcıllıqla aparılmasıdır. Buraxılış imtahanlarının tədris ilinin ortasında keçirilməsi bu prinsipə ziddir, çünki proqramın tam tədrisi mümkün olmur. Üstəlik pedaqoji nəzəriyyələr göstərir ki, davamlı tədris mühiti şagirdlərin öyrənmə nəticələrinə birbaşa təsir edir. Şagirdlərin tədris ilinin sonuna qədər məktəbdə iştirakı onların biliklərini tətbiq etmə bacarığını artırır və sosial bacarıqlarını inkişaf etdirir”.
Kamran Əsədov qeyd edib ki, statistik məlumatlara nəzər saldıqda görürük ki, mart ayında imtahan verdikdən sonra şagirdlərin 70-80%-i məktəblə əlaqəni zəiflədir və yalnız formal olaraq dərslərdə iştirak edir:
"Bu həm də müəllimlərin motivasiyasına mənfi təsir göstərir, çünki sinifdəki şagird sayı azaldıqca dərs prosesinin keyfiyyəti aşağı düşür. Beynəlxalq təcrübəyə əsaslanaraq buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi həm müəllimlərin, həm də şagirdlərin motivasiyasını artırar və tədris prosesini daha məqsədyönlü edər. Buraxılış imtahanlarının vaxtının dəyişdirilməsi ilə yanaşı, tədris ilinin qalan hissəsində şagirdləri məktəbə cəlb edəcək əlavə tədbirlər də nəzərdən keçirilməlidir. Bu tədbirlər təhsil prosesini yalnız akademik deyil, həm də sosial və yaradıcı aspektlərdən zənginləşdirə bilər. Şagirdlər üçün tədris materiallarına əsaslanan layihələr, praktiki fəaliyyətlər və peşə yönümlü proqramlar təşkil edilə bilər. Ümumiyyətlə, buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi təhsil sisteminin daha səmərəli işləməsinə, şagirdlərin məktəbə davamiyyətinin artmasına və tədris prosesinin keyfiyyətinin yüksəlməsinə şərait yaradar. Bu yanaşma həm qanunvericiliyə, həm də pedaqoji prinsiplərə uyğun olmaqla yanaşı, şagirdlərin akademik, sosial və psixoloji inkişafını təmin edər”.
Oxşar xəbərlər
- Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK KRALİÇASI
2 noyabr 2025 11:49
- Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı
1 noyabr 2025 20:30
- Kəklikotunun möcüzəvi faydaları
1 noyabr 2025 09:44
- Prezident Horovlu kəndinin AÇILIŞINDA
28 oktyabr 2025 15:15
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 2025 23:10
- Şərhləri oxuyanda dəhşətə gəldim... - 50 yaşından sonra bloqer olan filoloq
27 oktyabr 2025 10:24
- Silahla gəlib dedi ki, məni Ramiz Mehdiyev göndərib, sizi öldürmək... - MÜSAHİBƏ
25 oktyabr 2025 03:41
- Parlamentdə Ramiz Mehdiyevlə bağlı ŞOK ÇIXIŞ
24 oktyabr 2025 12:41
- Hər gün mixək çubuğu çeynəyin...
24 oktyabr 2025 11:24
- AZAL-ın təyyarəsi uzun fasilədən sonra İrəvanda
22 oktyabr 2025 10:06
Xəbər lenti
- Nar şirəsi necə saxlanmalıdır?
03 noyabr 10:36
- Polkovnik işdən azad olundu
03 noyabr 10:22
- Peyk ötürücü taxılan türk ŞAHİNİ 103 min kilometr UÇUB və 28 ölkəni gəzib FOTO
03 noyabr 01:01
- HEYRƏT - Amerikalı QIZ gədəbəylilər kimi SAZ ÇALIR, AŞIQ MAHNISI OXUYUR VİDEO - Video
02 noyabr 23:14
- ÖMÜRLÜK SİQARET QADAĞASI tətbiq olundu
02 noyabr 22:49
- Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI
02 noyabr 21:53
- Siqaret çəkənlərin NƏZƏRİNƏ: Vətəndaşlar hansı halda və neçə manat cərimələnə bilərlər?
02 noyabr 14:44
- Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR
02 noyabr 12:15
- İçərişəhərdə Zeytun Festivalı davam edir (FOTO)
02 noyabr 12:10
- Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... İspaniyanın GƏLƏCƏK KRALİÇASI
02 noyabr 11:49
- Daha bir icra hakimiyyətində əməliyyat - H Ə B S
02 noyabr 02:21
- Ermənistanda üç məktəbdə Azərbaycan dili tədris olunacaq
02 noyabr 02:08
- Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxardı - Foto
01 noyabr 21:10
- Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı
01 noyabr 20:30
- Vilayət Eyvazov Kürdəmirdə vətəndaş qəbulu və sıra baxışı keçirdi (FOTO)
01 noyabr 13:26
- TƏBİB-in rəhbəri Vüqar Qurbanov xalqın rəyini nəzərə alacaqdır...
01 noyabr 12:56
- İlham Əliyev Əlcəzair Prezidentini milli bayram münasibətilə təbrik edib
01 noyabr 11:24
- Ramiz Mehdiyevin həyat yoldaşı işdən çıxarıldı –YENİ TƏYİNAT
01 noyabr 11:17
- SON DƏQİQƏ: Azərbaycanda futbolçu İNTİHAR ETDİ - FOTO
01 noyabr 10:05
- Kəklikotunun möcüzəvi faydaları
01 noyabr 09:44
- Ramiz Mehdiyevin gəlini Nigarın ATASI KİMDİR ?
01 noyabr 02:38
- Rüşvət alan MEŞƏBƏYİ həbs olundu
01 noyabr 02:24
- Azərbaycanda İLK - MEYİT-dən 19 yaşlı gəncə ÜRƏK KÖÇÜRÜLDÜ
31 oktyabr 23:51
- Xalq artisti xəstəxanaya yerləşdirildi
31 oktyabr 22:45
- Milli Məclis Bəyanat qəbul etdi: Prezident və Birinci vitse-prezidentə məktub ünvanladı
31 oktyabr 12:29
- Elm və Təhsil Nazirliyində yoxlamalar başladı
31 oktyabr 11:46
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılacaq
31 oktyabr 11:18
- Ramiz Mehdiyevin gəlini işdən çıxarıldı
31 oktyabr 11:07
- Ramiz Mehdiyevin -barmağı- ilə azadlıq: 8 milyonluq dələduzluq -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu
31 oktyabr 00:39
- Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı
30 oktyabr 23:58
Video & Fotoqalereya
Video
Fotoqalereya
