Vüqar Qurbanov bu mərkəzə direktor təyin etdi
TƏBİB-in İcraçı direktorun müavini Anar İsrafilovun təqdimatı ilə Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edilib.
TƏBİB-dən Qaynarinfo-ya verilən məlumata görə, mərkəzin direktoru vəzifəsi Nəhmət Rəhmanova həvalə olunub.
Nəhmət Rəhmanov bundan əvvəl TƏBİB-in İlkin səhiyyə xidməti departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri vəzifəsini icra edib.
Məlumat üçün bildirək ki, bir müddət bundan əvvəl Bakı Baş Səhiyyə Mərkəzinin (BBSM) strukturuna daxil olan 3 nömrəli Vərəm Əleyhinə Dispanserin əmlak bazası əsasında "Ağciyər Xəstəlikləri Mərkəzi" publik hüquqi şəxs yaradılıb və BBSM-nin strukturuna daxil olan 1, 2, 3, 4, 5, 6 nömrəli Vərəm əleyhinə Dispanser, 1 və 2 nömrəli Xüsusiləşdirilmiş Vərəm Xəstəxanası, 1 nömrəli Uşaq Vərəm Xəstəxanası və Abşeron Rayon Mərkəzi Xəstəxanasının strukturuna daxil olan Saray Modul tipli Vərəm Xəstəxanası Ağciyər Xəstəlikləri Mərkəzinin tərkibinə daxil edilib.
TƏBİB-in İcraçı direktorunun 26 dekabr 2024-cü il tarixli 18-1/3-1-2572/2024 nömrəli əmri ilə Ağciyər Xəstəlikləri Mərkəzinin struktur və ştat cədvəli də təsdiq edilib. TƏBİB-in Müşahidə Şurasının 9 iyul 12-Q/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ağciyər Xəstəlikləri Mərkəzinin strukturuna daxil edilən xəstəxana, dispanser, şöbə və kabinetlərin siyahısı”nda qeyd edilən və TƏBİB-in tabeliyindəki digər tibb müəssisələrinin strukturuna daxil olan (50 rayon mərkəzi xəstəxanası) ftiziatrik kabinetlər və vərəm şöbələri də müvafiq olaraq Ağciyər Xəstəlikləri Mərkəzinin tabeliyinə verilib.
Yeni mərkəzin yaradılmasında məqsəd TƏBİB-in tabeli tibb müəssisələrində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiya işinin optimallaşdırılması, əhali arasında vərəm və ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin yüksəldilməsi, vərəm əleyhinə müəssisələrin infrastrukturundan səmərəli istifadə edilməsi, əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılmasıdır.
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edilən Nəhmət Rəhmanova 1970-ci ildə Yardımlı rayonunun Canaxbulaq kəndində anadan olub.
1987-1993-cü illərdə Azərbaycan Tibb Universitetində Müalicə işi ixtisası üzrə təhsili alıb. 2018-ci ildən etibarən tibb üzrə fəlsəfə doktorudur.

Oxşar xəbərlər
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 2026 21:22
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 2026 19:39
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 2026 20:42
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
Xəbər lenti
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
Video & Fotoqalereya
Video
Fotoqalereya
