Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni layihələr mərhələsində
"Yaşadığımız regionda davamlı təhlükəsizlik,sülh və əminamanlığın təmin edilməsi üçün Azərbaycan-Gürcüstanla münasibətlərin daim yüksək səviyyədə olması, qarşılılı hörmət və qarşılılı faydalılıq prinsipi əsasında davamlı olaraq inkişaf etdirilməsi çox mühüm əhəmiyyət kəsb edir".
NUH.az xəbər verir ki, bunları deyən Milli Məclisin deputatı Əli Məsimli bildirib ki, bunu şərtləndirən önəmli amillərdən biri kimi iki ölkənin müxtəlif dövlət qurumları arasında sıx təmaslar və qarşılıqlı səfərlərin,o cümlədən hökumətlərarası və parlamentlərarası münüsibətlər,xüsusən də ölkələrimizin ali rəhbərliyi səviyyəsində qarşılıqlı səfərlərin intensivləşməsi Azərbaycanla Gürcüstan arasında əməkdaşlığın yeni layihələr mərhələsinə keçməsində güclü təkanverici amil rolunu oynayır və hər iki ölkənin qarşılıqlı maraqlarına cavab verən nəticəliliyinin artırılmasının etibarlı bazasını yaradır:
"Bu kontekstdə yanvarın 17-də Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri Azərbaycanla Gürcüstanın yeni əməkdaşlıq mərhələsində qarşıda duran vəzifələrin dolğun şəkildə reallaşdırılmasına xidmət edir.Bunun əsas konturları Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatlarla çıxışlarında aydın göründü.Azərbaycan Prezidenti öz çıxışında bildirib ki,”bu gün Gürcüstan-Azərbaycan əlaqələri bütün istiqamətlər üzrə uğurla inkişaf edir.”Qeyd edilib ki,.”Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,6 milyard dollar sərnayə qoyub.Xüsusi vurğulanıb ki, iki ölkə arasında energetika sahəsindəki əməkdaşlıq həm ölkələrimiz üçün, həm daha böyük, geniş coğrafiya üçün xüsusi əhəmiyyət daşıyır.”Təkcə onu demək kifayətdir ki, Gürcüstan tranziti vasitəsilə Azərbaycan hazırda 11 ölkəyə öz təbii qazını ixrac edir, ildən-ilə ixrac artır.Keçən il bu, 25 milyard kubmetrə çatmışdır və bunun 10 faizi-ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür.Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.” Bununla paralel olaraq, Azərbaycanla Gürcüstan birlikdə yaşıl enerji layihələrini də həyata keçirir.Xüsusi diqqət yetirilən məsələlərdən biri də iki ölkənin Orta Dəhliz layihəsində də yaxın tərəfdaşlar kimi fəaliyyət göstərməsi məsələsi olub və bildirilib ki,Gürcüstanla Azərbaycan burada Avropa ilə Asiya arasındakı körpü rolunu uğurla oynayır".
O qeyd edib ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki,Azərbaycan bizim üçün təkcə dəyərli dost deyil,həm də etibarlı tərəfdaş və qardaş ölkədir.Bu bağların dərinləşdirilməsi bizim marağımızdadır və biz bu münasibətlərə böyük əhəmiyyət veririk:
"Cənubi Qafqazda sülh, sabitlik və təhlükəsizlik müstəsna əhəmiyyətə malikdir. Baş naziri bu kontekstdə vurğuayıb ki, “bir daha Sizi əmin etmək istəyirəm ki, biz bu sabitliyi təmin etmək üçün maksimum səy göstərməyə hazırıq”. İqtisadi-ticari sahədəki əlaqələr də müsbət dəyərləndiilib və bildirilib ki,” biz çox məmnunuq ki, Azərbaycan Gürcüstanın beş əsas ticarət tərəfdaşı sırasındadır.Bizim tərəfdaşlığımız daha da dərinləşdirilməlidir.”İrakli Kobaxidze ikitərəfli əlaqələrimizin dərinləşməsinin beynəlxalq əhəmittətindən danışdıqda qeyd edib ki,”biz Asiyanı Avropa ilə birləşdiririk və bu potensialdan maksimal dərəcədə istifadə etməliyik.Biz birgə fəaliyyətimiz nəticəsində çox mühüm layihələr həyata keçırmişik.Hazırda üzərində işlədiyimiz növbəti layihələr bizim ölkələrin mənafeyi naminə potensialı genişləndirəcək.”
Bəyanatlarda səsləndirilən fikirlər və verilən mesajlar Azərbaycan-Gürcüstan münasibətlərin yüksək səviyyədə olduğunu və tərəflərin ikitərəfli, regional və beynəlxalq formatlarda ölkələrimizin bir-birinin maraqlarına hörmət və qarşılıqlı faydaya əsaslanan əməkdaşlığının bundan sonra da artan xəttlə davam etdirilməsi əzmini nümayiş etdirdi.
Bu görüş bir daha göstərdi ki, hər iki tərəf-Azərbaycan və Gürcüstan yeni layihələr kontekstində və bütün mümkün sahələrdə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsində maraqlıdır.Son zamanlar ölkələrimiz arasında yaşıl energetika və kommunikasiya sahələrində konkret layihələr üzrə əməkdaşlığın genişlənməsi, bu layihələrin təmiz enerji təchizatçısı kimi həm Azərbaycan və həm də Gürcüstanın əhəmiyyətini qlobal səviyyədə artırmaqla yanaşı,perspektivdə iqtisadiyyatlarımızın dayanıqlı inkişafına əlavə impuls verəcəyi şəksizdir".
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
5 mart 2026 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
5 mart 2026 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Ağdama daha 90 ailə köçürüldü
5 mart 2026 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
5 mart 2026 13:53
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
5 mart 2026 12:35
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
4 mart 2026 11:23
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
- Prezident yeni hakimlər təyin etdi (SİYAHI)
03 mart 19:53
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
03 mart 19:48
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
03 mart 14:25
- Bu gün Novruzun ikinci - Od çərşənbəsidir
03 mart 14:20
- TikTokda təhqiramiz paylaşımlar edən şəxs həbs olundu - VİDEO
03 mart 13:07
- Heç kim inana bilmir, 48 lider bir zərbə ilə məhv edilib
01 mart 21:47
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
01 mart 19:30
- KİV: Mahmud Əhmədinejad öldürülüb
01 mart 18:49
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
01 mart 18:39
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqları ilə məşhurlaşan Rusiya vətəndaşı Əlibəy Qurbanovun gerçək üzü — SAXTAKARLIĞIN İNANILMAZ DETALLARI
01 mart 14:11
- Məsud Pezeşkian sağdır?
01 mart 14:04
- Xameneinin oğlu və gəlini həlak olub - KİV
01 mart 13:56
- Xameneinin öldürüldüyü təsdiqləndi (RƏSMİ)
01 mart 13:43
- İranda qızlar məktəbinə qanlı zərbə: Minabda 40 şagird öldü, 48-i yaralandı
28 fevral 16:17
- Təbrizə də zərbələr endirildi
28 fevral 16:11
