Polkovnik Seymur Qurbanov dələduzluqda İTTİHAM OLUNUR

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər Şöbəsinin sabiq rəisi polkovnik Seymur Qurbanovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
NUH.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
İttihama görə, təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək çağırışçılara hərbi möhlətin verilməsi, hərbi xidmət yerinin təyin edilməsi, habelə SHXÇDX və Müdafiə Nazirliyi Hərbi Polis İdarəsində xidmətə qəbulla bağlı vədlər verərək dələduzluq edib.
O, 2021-ci il iyul ayında hərbi möhlətin verilməsi üçün 4800 manat, 2022-ci il may ayında möhlət hüququn verilməsi müqabilində 4000 manat, 2023-cü il may ayında möhlət hüququn verilməsi müqabilində 4500 manat pul alıb.
Həmçinin təqsirləndirilən şəxs təhsillə əlaqədar 1 illik hərbi xidmətdən möhlətin verilməsi üçün 4000 manat məbləğində pul alıb.
Bununla yanaşı, o, hərbi çağırışçının Daxili Qoşunlarda xidmət keçməsini təmin edəcəyi vədi verərək 5000 manat pul alıb.
Bundan başqa, təqsirləndirilən şəxs 2023-cü il sentyabr ayında bir nəfərin SHXÇDX-də hərbi qulluqçu kimi qəbul edilməsinə kömək edəcəyi vədini verərək 13 min manat, digər şəxsdən isə Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində xidmətə düzəldəcəyi vədi verərək 14 min manat almaqda ittiham olunur.
Daha sonra zərərçəkənlər ifadə verib.
Zərərçəkən H.Əmrəliyev ona dəymiş ziyanın ödənildiyini bildirib və şikayətçi olmadığını qeyd edib.
İş üzrə digər zərərçəkən M.Muradov ona dəyən maddi zərərin ödənilmədiyini və şikayətçi olduğunu bildirib.
Təqsirləndirilən şəxs zərərçəkənlərin çıxışına münasibət bildirərək qeyd edib ki, hərbi xidmətə möhlət hüququ vermək onun səlahiyyətində deyil: "Çağırışçılara xəstəliklə əlaqəli hərbi xidmətdən möhləti xəstəxana verir. Bu, mənim səlahiyyətimdə deyil. Zərərçəkənə dəymiş ziyan ödəniləcək. Xidmətdə qulluğa qəbula gəldikdə isə rəhbərlik dəyişildi və o iş qaldı. Həmin şəxsə də ziyan ödənilib".
Məhkəmə fevralın 27-də davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şuşa şəhər şöbəsinin sabiq rəisi, polkovnik Qurbanov Seymur Pənah oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə), 178.2.3. (Şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4. (Xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib.
Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
- Bakıya qar yağır - Fotolar
9 fevral 2025 00:01
- Heydər Əliyev mənə dedi ki, get, Əbülfəz Elçibəyə kömək elə...
8 fevral 2025 23:07
- Yaşlı insanlar inciməsinlər, öz yerlərini tədricən gənclərə verməlidirlər - Deputat
8 fevral 2025 22:28
- Hipertoniya həkimlərin nağılıdır , hansına ki, pul və sağlamlığınızla ödəyirsiz!
8 fevral 2025 14:21
- Azərbaycanın 12 şəhəri, 18 qəsəbəsi, 895 kəndi işğal olunub - MƏBLƏĞ
8 fevral 2025 12:33
- Qarın hündürlüyü 1 metrə çatdı
8 fevral 2025 12:07
- Bu rayona yarım METR QAR yağdı
7 fevral 2025 11:25
- Məhkəmə Şəmşad Ağa və Şahnaz Bəylərqızı ilə bağlı qərar verdi
6 fevral 2025 20:12
- İmamoğlunun 7 il 4 aya qədər həbsi istənilir
6 fevral 2025 01:08
- Abel Məhərrəmov Ali Məhkəmədə UDUZDU: Torpaq qalmaqalına yenidən baxılacaq
6 fevral 2025 00:41
- Eldar Həsənovun övladlarından İlham Əliyevə müraciət
10 fevral 00:18
- Ana südü buynuz qişanın zədələrinin sağalmasını sürətləndirir
10 fevral 00:06
- Şəfqət və mərhəmət ayı...
09 fevral 23:32
- 7 yaşlı idmançı faciəli şəkildə öldü
09 fevral 23:03
- 13 il əvvəl Dəməşqdə generalları kim öldürmüşdü?- Əsədin BАLDIZI sirləri açdı
09 fevral 22:34
- Azərbaycanda əmək müqaviləsiylə işləyən nə qədər insan var? – Son 10 ilin statistikası
09 fevral 22:18
- Öcalandan PKK-nın taleyi ilə bağlı sensasion sözlər
09 fevral 17:06
- Nаzir Sahil Babayev KАRАTEÇİ olub - ŞOK FOTOLAR
09 fevral 16:54
- Ölülərlə EVLƏNMƏK : Qəribə adət hələ də davam edir
09 fevral 14:46
- Qırmızı DİPLOM HEÇ NƏYƏ YАRАMIR - VİDEO
09 fevral 14:31
- Ötən il vəkillərə 5.5 MİLYON manat ödəniş edilib - SƏBƏB
09 fevral 13:51
- Ardıcıl 7 GÜN İŞ olmayacaq - Hansı tarixlərdə?
09 fevral 13:34
- Bakıda yeni yol salınır: 1000-dən çox ağac köçürüləcək - VİDEO
09 fevral 13:10
- DƏHŞƏT YAŞANDI: eyni anda 40 NƏFƏR həlak oldu
09 fevral 13:00
- Azərbaycan bu ölkədən 1 MİLYАRD dollarlıq qızıl aldı
09 fevral 12:52
- Azərbaycanda 100 min Rusiya casusu var ! – Politoloq israr edir
09 fevral 12:26
- Serbiya Prezidenti ölümcül АVTO QƏZA keçirdi
09 fevral 12:08
- Məktəblərdə din tədrisinə ehtiyac varmı ?
09 fevral 11:52
- Trampla Putin arasında MÜHÜM DANIŞIQ: Müharibəyə son qoymaq üçün…
09 fevral 11:35
- Əhməd haradadır? filminin Ceyranı: 80 yaşında bir aktrisa axtarırsınızsa, mən hazır - MÜSAHİBƏ
09 fevral 00:32
- Alimlər qatığın inanılmaz faydalarını AÇIQLADI
09 fevral 00:18
- Bakıya qar yağır - Fotolar
09 fevral 00:01
- Atatürkün büstü OĞURLANDI
08 fevral 23:33
- Heydər Əliyev mənə dedi ki, get, Əbülfəz Elçibəyə kömək elə...
08 fevral 23:07
- Yaşlı insanlar inciməsinlər, öz yerlərini tədricən gənclərə verməlidirlər - Deputat
08 fevral 22:28
- Erməni qadın bu ölkədə NАZİR təyin edildi
08 fevral 22:07
- Ərdoğan bu ölkələrə səfər edəcək
08 fevral 21:10
- Gəncənin ən böyük zavodlarından birinin külli miqdarda borcu yaranıb
08 fevral 20:34
- Çörəyin içindən siqaret kötüyü çıxdı - Foto
08 fevral 16:01
- Sabah Bakıda QАR yağacaq
08 fevral 14:55