Yalnız iki vedrə su və yorğanlardan istifadə ediblər
Respublika Perinatal Mərkəzində 7 yeni doğulmuş körpənin yanğında ölməsi ilə bağlı məhkəmə araşdırması davam edir.
NUH.az məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda əsas təqsirləndirilən şəxs - hadisə baş verən zaman mərkəzin direktoru olmuş Mehriban Abasquliyevanın istintaqa verdiyi ifadəsi elan edilib. O, məhkəmədə sərbəst danışmaqdan imtina etdiyinə görə hakim Leyla Əsgərova-Məmmədova onun əvvəlki ifadəsini oxuyub.
Abasquliyeva hadisəyə görə özünü deyil, TƏBİB-i və işçiləri ittiham edib. İddia edib ki, bəzi əməkdaşlar həm bacarıqsız olub, həm də səhlənkarlıq ediblər. Eks-direktorun istintaqda dediyi sözlərə əsasən, Fövqəladə Hallar Nazirliyi vaxtilə Perinatal Mərkəzə yanğın təhlükəsizliyinin artırılması ilə bağlı təlimat göndərsə də, TƏBİB maliyyə çatışmazlığı səbəbindən tədbirlər görməyib: “Mən direktor təyin ediləndən sonra öz vəsaitim hesabına bəzi işlər gördüm. Yeni doğulmuşlar otağında cəmi 3 işçi masası var idi, mən artırdım, əlavə çarpayılar gətizdirdim. Ancaq indi mənə təşəkkür etmək əvəzinə, artıq xəstə qəbulunda ittiham edirlər”.
Təqsirləndirilən şəxs xəstə sayının çarpayı sayından çox olması ilə bağlı ittihamları qəbul etməyib və bunun digər xəstəxanalarda da adi hal olduğunu deyib.
Hadisə gecəsi növbədə olan tibb işçilərinin fəaliyyətini də tənqid edən Abasquliyeva bildirib ki, onlar yanğını söndürmək üçün yalnız iki vedrə su və tezalışan yorğanlardan istifadə ediblər: “Yanğınsöndürən balonlar var idi, amma istifadə etməyi bacarmayıblar. Halbuki ilkin yanğınsöndürmə qaydalarını bilməliydilər. Bəziləri isə ümumiyyətlə, kənardan seyr edib. Baş prokuror Kamran Əliyev də hadisə yerində jurnalistlərə açıqlamasında deyib ki, yanğın başlayan zaman növbətçi həkim yalnız 7 dəqiqə sonra hadisə yerinə gəlib”.
Abasquliyeva özündən əvvəl mərkəzə rəhbərlik etmiş Məryəm Rzayevanı da günahlandıraraq onun da məsuliyyətə cəlb olunmasını tələb edib: “Guya mən direktor gələndən sonra təhlükəsizlik tədbirlərinin artırılmasına ehtiyac olduğunu mənə bildirib. Yalandır. Deyə bilər ki, işdən çıxanda fövqəladə hallar nazirinə də bu barədə məlumat verib. Buna inanmaq olmaz. Onun barəsində də cinayət işi başlanmalıdır.”
Növbəti məhkəmə iclasında Mehriban Abasquliyevanın digər ifadələri elan ediləcək.
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 2026 13:10
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 2026 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
