Bakının mərkəzində general-leytenantı KİM ÖLDÜRDÜ ?

16 il öncə, Bakının mərkəzində törədilən terror bir anın içində bütün ölkənin silkələmişdi. Bu hadisə dünya mediasının diqqət mərkəzində idi, xəbərlər hazırlayır, Azərbaycanın hava məkanına cavabdeh olan general-leytenant Rail Rzayevə qarşı terrorun səbəbləri haqda ən müxtəlif versiyalar tirajlayırdılar.
Həmin gün, 2009-cu il fevralın 11-də Bakıda yağmurlu qış günlərindən biri idi. Azərbaycan Respublikası müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı (1993-2009), general-leytenant Rail Rzayev yaşadığı ünvandan çıxıb xidməti maşınına əyləşmişdi. Maşın Rail Rzayevi iş yerinə - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə çatdırmalı idi. Yolüstü sürücü maşını o zamankı milli təhlükəsizlik naziri Eldar Mahmudovun eyvanı altında saxlamış, sürücü düşüb yaxınlıqdakı zibil qutusuna Rail Rzayevin evindən götürdüyü tullantıları atıb geri qayıtmışdı. Arxaya çevriləndə Rail Rzayevin başının aşağı oldu]unu, ağzından qan gəldiyini görmüşdü.
Sürücü nə baş verdiyinə fərq etmədən Rail Rzayevi birbaşa Hərbi Hospitala çatdırmışdı. Orada Rail Rzayevi müayinə edən həkimlər başından güllə yarası aldığını müəyyən etmişdilər. Sonradan istintaq belə qənaətə gəlmişdi ki, Rail Rzayevə qarşı terror sürücü maşını zibil qutularının yanında saxlayan zaman gerçəkləşib. O ərazidəki “Təhlükəsiz Şəhər” kameralarının yaddaşına həkk olunan səhnədən belə görünürdü ki, Rail Rzayevin olduğu maşın zibil qutularının yanında dayanır. Sürücü maşından düşür, zibili qutuya atdığı zaman maşına arxa sağ tərəfdən kapişonlu gödəkçədə olan şəxs yaxınlaşır və geri qayıdır. Xidməti maşının salonunda, arxa sağ tərəfdəki oturacaqda əyləşmiş Rail Rzayevin baş nahiyəsinə atəşi də məhz həmin vaxt açdığı ehtimal olunur. Silahın səsboğucusu olduğundan maşından düşən sürücü Rail Rzayevə atəş səsini eşitməyib.
Əfsus ki, ölkənin təcrübəli bir general-leytenantının ölümü ilə bağlı müəmma hələ də qalır. Bu qanlı terrorun üzərindən sirr pərdəsi bu günədək götürülməyib.
Rail Rzayevə qarşı terrordan 1 gün sonra o zaman Müdafiə Nazirliyinin Baş Qərargah rəisi vəzifəsində olan Nəcməddin Sadıkov “Röyters” Agentliyinə açıqlama vermiş, demişdi ki, general Rail Rzayevi ölümündən 1 neçə gün əvvəl izləyiblər. Yəni Rail Rzayevin izlənməsi barədə Müdafiə Nazirliyinin rəhbərliyində məlumat olub. Bu isə o deməkdir ki, Müdafiə Nazirliyinin rəhbərliyinə daxil olan şəxslər generalın güdülməsindən xəbərdarmış. Belə olduqda ortaya sual çıxır - niyə nazir müavinini güdənlər barəsində heç bir tədbir görülməyib?
Vaxtilə Milli Təhlükəsizlik Nazirliyində çalışmış İlham İsmayıl o günlərdə bu məsələyə münasibətinə diqqət edək.
Sitat:
“Nəcməddin Sadıkova belə bir fakt məlum olubsa, bu barədə generalın özünə və nazirliyin rəhbərliyinə məlumat verilməli idi. Ola bilər ki, Sadıkov Rzayevə bu barədə deyib. Bu hadisə ilə bağlı Nəcməddin Sadıkova nə isə məlumdur”.
Nəcməddin Sadıkovun bu məsələ ilə bağlı istintaqa nə deməsi bəlli deyil.
Həmin günlərdə aktual olan suallar isə bu gün də açıq qalır.
Nəcməddin Sadıkov Rail Rzayevə izlənildiyini, güdülməsini deyibsə, onu güdənlər, izləyənlər zamanında niyə ələ keçirilməyib?
Başqa bir xüsusata da diqqət edək. Rail Rzayevin ölümündən bir gün əvvəl ölkənin hərbi prokuroru Xanlar Vəliyev tərəfindən dindirilib.
1 gün sonra öldürülən general istintaqa niyə cəlb olunub? Onu niyə şəxsən hərbi prokuror dindirib? Həmin dindirmə ilə Rail Rzayevə qarşı terrorda bağlılıq ola bilərmi? Hörmətli hərbi prokuror ölümündən bir gün əvvəl Hərbi Hava Qüvvələri komandanına hansı sualları verib?
Hadisə baş verəndən bir müddət sonra o vaxtkı baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında Rail Rzayevin qətlə yetirilməsindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirmiş, general-leytenantın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulamışdı. Baş prokuror həmçinin saxlanılan şəxslərin Rail Rzayevin qətlində bilavasitə iştirakının olub-olmamasının da araşdırıldığını qeyd eləmişdi.
2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin(indiki Bakı Ağır Cinayətlər Məhkəməsi – E.M) qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Rail Rzayev sıradan biri yox, müharibə vəziyyətində olan bir dövlətin olduqca mühüm, strateji əhəmiyyətli qoşun növünün komandanı idi. O, Azərbaycan müstəqillik əldə etdikdən sonra öldürülən 3-cü yüksək rütbəli hərbçi idi. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.
Qətllə bağlı bu günə qədər istintaqın, rəsmilərin cavab vermədiyi suallar var. Məsələn, müdafiə nazirinin müavini olan Rail Rzayevin Azərbaycanın Müdafiə Nazirliyindəki kabinetinə ondan icazəsiz kim girməyə cürət edərdi? Xaincəsinə öldürülən generalın yavərinə onun kabinetindəki seyfi kim açdıra bilərdi? Seyfi açdıran şəxs oradan hansı sənədləri götürüb?
Aydındır ki, Rail Rzayevin qətli birmənalı olaraq xaincəsinə siyasi terror olayıdır. Qətldən sonra Eldar Mahmudovun nağılvari versiyaları ortaya atması da məsələnin mahiyyətindən yayındırılmasına xidmət edirdi.
Rail Rzayev 1992-ci ildən etibarən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edirdi. O, bir sıra orden və medallara layiq görülmüş, o cümlədən Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmişdi.
Keçmiş hərbçilər Rail Rzayevin qətlinin səbəblərini onun tutduğu vəzifədə axtarmağı doğru sayırlar. Deyirlər ki, bu terror aktı onun xidməti fəaliyyəti ilə bağlı olan məsələdir. Ona görə ki, Rail Rzayev 17 il ərzində Müdafiə Nazirliyinin rəhbər şəxslərindən biri olub. Bu illər ərzində o, çox məsələləri dərindən bilib. Üstündən 16 il ötsə də, əmindirlər ki, bir sıra məsələlərin içərisində olan Rail Rzayevin qətlinin sırf onun işi ilə bağlı olmasını araşdırmaq gərəkdir.
Onun ölümündən sonra yayılan və bu günə qədər təkzib edilməyən məlumatlara görə, Rail Rzayev fevralın 4-5-dən izləndiyini bilib. Hətta bu haqda raportla o dövrdə müdafiə naziri və birbaşa tabe olduğu Səfər Əbiyevə, həmin vaxt milli təhlükəsizlik naziri postunu tutan Eldar Mahmudova məlumat verib. 1 həftə sonra isə onu qətlə yetiriblər. Onun raportla izləndiyini məlumatlandırdığı 2 vəzifəli şəxsin sonrakı davranışları da müəmmalıdır. Hadisə baş verən gün ölkə Prezidenti Küveytdə səfərdə idi. Olay baş verəndən dərhal sonra Azərbaycana qayıdıb təcili olaraq Təhlükəsizlik Şurasının iclasını keçirdi. Həmin iclasa Rail Rzayevin raportuna reaksiya verməyən Eldar Mahmudov qatılmadı. Onu müavini Hilal Əsədov əvəzləyirdi. Rail Rzayevin raportunu almış Səfər Əbiyevdən də xəbər olmadı. Müavininin dəfnində, yasında belə iştirak etmədi. Mətbuata da açıqlama vermədi, qətlin açılması üçün səsini də qaldırmadı. Sonradan Eldar Mahmudov bu qətl işi haqda bir neçə dəfə mətbuata açıqlamalar vermiş, general-leytenantın qətlinin 2 ailəsi arasında mülk üstündə yaranmış mübahisəyə görə baş verə biləcəyini dilə gətirmişdi. Rail Rzayevin 2-ci həyat yoldaşı isə Eldar Mahmudovun bu açıqlamalarını özlərinə təhqir hesab edərək məhkəməyə sənədlər hazırlamışdı. Bu haqda general-leytenantın qızı Rahilə Rzayeva “Yeni Müsavat”a müsahibəsində də (bax bu linkdə: https://musavat.com/news/qetle-yetirilen-generalin-qizindan-sok-aciqlamalar-sirler-acilir_324354.html ) demişdi.
Həmin müsahibədən sitat: “Eldar Mahmudov vaxtilə Rail Rzayevin qətli ilə bağlı belə bir versiya səsləndirmişdi ki, guya anamın qohumları mülk üstündə onu qətlə yetiriblər. Bu, çox gülünc versiya idi. O dövrdə anam Eldar Mahmudovu məhkəməyə vermək istəyirdi. Sonradan məsləhət görülmədi. İstintaqda o vaxt məsələ qalxmışdı ki, işdə zərərçəkən kimi mənim anamı tanısınlar. Eldar Mahmudov yerində olan kadr deyildi. Yoxlanılmamış bir versiyanı, sadəcə, nəsə deməyin xətrinə ortaya atırdı. Əsl çekist, kəşfiyyatçı elə bir gülünc versiyanı dilinə gətirməzdi. Eldar Mahmudov həmin versiyanı deyəndən sonra anam güc nazirlərindən birinin yanına getdi. Dedi ki, versiyanız varsa, qoyun ortaya. Yoxdursa, onun versiyaları olan məqaləni ləğv edin.
Jurnalist deyilən versiyanı yazır, amma həmin versiyanın arxasında bizim həyatımızın olduğu nəzərə alınmır. Qətldən sonra elə qüvvələr ortaya çıxdı ki, 1-ci ailəsi ilə 2-ci ailəsinin arasını yalanları ilə qatıb-qarışdırmaq istədilər. O qədər primitiv söhbətlər ortaya atırlar ki... Mal-mülk... Amma həyat göstərdi ki, anam çox müdrik, gözütox qadındır. Anama dəfələrlə deyiblər, o da deyib ki, mən heç kəslə mal-mülk davası etməyəcəyəm. Nə verilir verilir, verilmirsə, verilmir".
Bundan başqa, Rahilə Rzayeva atasının qətlindən 1 həftə əvvəl izlənməsi haqda raportla o dövrdə müdafiə naziri olan Səfər Əbiyevə, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini təsdiqləmişdi.
Sitat: “Rail Rzayev izlənirdisə, bu barədə rəhbərliyi, xüsusi xidmət orqanlarını məlumatlandırmışdı. Niyə onlar tədbir görməyiblər, hərəkətə keçməyiblər? MTN-ə, öz nazirinə müraciət etmişdisə, bunlar hara baxırdılar?”
Bu sualların cavabı bu günə qədər verilməyib. Rail Rzayevin qətlindən sonra Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət başlanan cinayət işi nəticəsizdir.
- Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
17 iyun 2025 00:59
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 2025 14:53
- Daha bir general öldürüldü
15 iyun 2025 02:34
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 2025 23:59
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 2025 13:13
- İranın daha İKİ GENERALI ÖLDÜRÜLDÜ, Tehran aeroportu VURULDU – CANLI
14 iyun 2025 12:03
- TƏCİLİ! Xameneyinin iqamətgahı RAKETLƏ VURULDU
13 iyun 2025 21:58
- İranın Silahlı Qüvvələrinin ÖLDÜRÜLƏN Baş Qərargah rəisi, general Məhəmməd Hüseyn Baqeri AZƏRBAYCANLIDIR...
13 iyun 2025 10:52
- İsrail Tehranın ürəyinə raket endirdi – İran ordusunun baş komandanı öldürüldü
13 iyun 2025 10:44
- Qayıdış Konsepsiyasının reallaşmasında QHT-lər kifayət qədər fəaldırlar - Deputat
13 iyun 2025 01:53
- İran İsrailin hərbi hava bazasını vurdu
17 iyun 02:07
- Azərbaycanın müdafiə naziri Belarusa rəsmi səfər edib
17 iyun 00:59
- Özbəkistanda cinsini dəyişdirənlər adlarını da dəyişə biləcəklər
17 iyun 00:10
- 1897-ci il: Rusiyanın ikinci ən böyük xalqı türklər…
16 iyun 11:09
- Pənah Hüseyn partiya sədrliyindən getdi
16 iyun 10:44
- Britaniya kəşfiyyatına bu qadın rəhbərlik edəcək – MI6 tarixində İLK DƏFƏ
16 iyun 09:26
- İranlılar Türkiyə sərhədinə axışır – kütləvi köç təhlükəsi
16 iyun 09:10
- Bağırsaq sağlamlığını yaxşılaşdırmaq üçün bir nömrəli OT
16 iyun 00:20
- Tarixdə iz qoyan sənəd - Şuşa Bəyannaməsi
15 iyun 23:31
- İsraildən 200 qırıcı havaya qalxdı – İranı dəhşət gözləyir
15 iyun 23:13
- AMEA-dakı qalmaqalla bağlı qərar: Şöbə müdirinin şikayəti ilə professor cərimələndi
15 iyun 20:02
- Şair Vaqif Bayatlı Odərin 75 illiyinə həsr olunmuş tədbir keçirildi
15 iyun 17:35
- Şərurlu İsfəndiyardan gündəm olacaq AÇIQLAMA - VİDEO
15 iyun 15:13
- 3 km dərinlikdə 78 MİLYARD dollar dəyərində nəhəng qızıl yatağı tapıldı
15 iyun 14:53
- Xəbəri olmadan adına şirkət açıldı, 17 min manat vergi borcu gəldi... (VİDEO)
15 iyun 13:51
- Skuterlə aktrisanı vuran şəxs saxlanıldı - VİDEO
15 iyun 12:36
- Xaricdə işləmək istəyənlərin nəzərinə
15 iyun 11:40
- Prezident İlham Əliyevdən MÜHÜM AÇIQLAMA
15 iyun 11:23
- Güləşçimiz erməni rəqibini məğlub edərək Avropa çempionu oldu
15 iyun 09:16
- İsrail Xameneini də vuracaq - rəsmən elan edildi
15 iyun 08:43
- Yerin fırlanması yavaşlayır... gələcəkdə 1 sutka 25 saat olacaq
15 iyun 08:27
- Daha bir general öldürüldü
15 iyun 02:34
- Xumar -Vəhşi kimi- oxudu... - Video
15 iyun 02:17
- İsrail Tehranı bombalamağa başladı
15 iyun 01:55
- İlham Əliyev Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
15 iyun 01:50
- Cəmi 20 qəpiyə damarlarınızı təmizləyin-MÖCÜZƏ SU
15 iyun 00:38
- Stalindən geri qalmayan Xruşov - repressiya yarışında o da minlərlə insanı məhv edib
15 iyun 00:18
- VƏHDƏT Partiyasının növbədənkənar VI Qurultayı keçirildi – Yeni SƏDR seçildi
14 iyun 23:04
- İran İsrailin daha bir F-35 qırıcısını vurdu - PILOT ...
14 iyun 22:43
- Həkim sevgilisini videoları ilə şantaj edən DEPUTATLIĞA NAMİZƏDƏ HÖKM oxundu
14 iyun 13:13