Rəsulzadənin oğluna Stalinin şəklini çəkdirib nəvəsinə -metirka- vermişdilər
Musavat.com-un həmsöhbəti Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadənin nəticələri Həsən Məmmədov və Rəna Əliyevadır. Onlar Məhəmməd Əmin Rəsulzadənin sürgündə vəfat edən qızı Lətifə xanımın övladı Firuzə xanımın oğlu və qızıdır.
- Həsən bəy, istərdim ki, ailənizin tarixçəsini bizimlə bölüşəsiniz. Gəlin, ilk olaraq söhbətə ananızın sürgün həyatından başlayaq.

- Firuzə Məmmədova Lətifə nənəmin böyük qızı olub. O, 1931-ci il yanvarın 17-də doğulub, 2009-cu ilin 26 yanvarında rəhmətə gedib. Onu Lökbatan qəbiristanlığında dəfn etmişik. 1941-ci ildə 10 yaşında anam Lətifə nənəm və kiçik bacısı İşvə ilə birgə Qazaxıstana sürgün olunub. Onların ən kiçik bacısı 3 yaşlı Sona isə xəstə olduğu üçün Bakıda sanatoriyada saxlanılıb, onu nənəmə verməyiblər. Deyiblər ki, sürgün və uzun yol balaca Sonanın səhhətinə pis təsir edəcək. Əlacsız qalan Lətifə nənəm sürgün olunanda övladını qaynına tapşırıb, deyib, sağalan kimi onu himayəsinə götürsün. Sonralar isə Sonanın həyatı haqqında heç bir məlumat əldə etmək mümkün olmayıb. Anamın böyük əmisi Sonanın arxasınca gedəndə ona deyiblər ki, hansısa zabit uşağı övladlığa götürüb. Bununla da izi itiriblər.
İllər öncə Gürcüstanda Rəsulzadənin varislərindən olan qadın rəhmətə getmişdi. Həmin qadının kim olduğunu bilmədik. Bəlkə də bu, Sona və yaxud da onun övladlarından idi...

- Rəna xanım, Rəsulzadənin sürgündə olan və sonradan qaçan qızı Xalidə xanımın sonrakı taleyi haqda nə bilirsiniz?
- O sürgündən qaçıb Bakıya gəlib və az bir müddət İçərişəhərdə yaşayıb. Lakin mərkəz onun həyatı üçün təhlükəli idi, buna görə də onu Neftçala tərəfə yola salıblar. Ondan sonra da Xalidənin taleyindən xəbər olmayıb.
Anamgil sürgündə Semipalatinsk adlanan ərazidə sürgün həyatı yaşayıblar. Nənəm Lətifə və xalam İşvə 1944-cü ildə soyuqdan, aclıqdan donub ölüblər. Onların meyitləri neçə həftə ortalıqda qalıb, heç kim yaxın durmayıb.
Anamın isə bəxti gətirib və sağ qalıb. O, qazaxların tövlələrini təmizləyirmiş və elə oradaca yatırmış. Həmin vaxt anamın 13 yaşı var imiş. Danışırdı ki, həmin vaxt əmisi arvadı Anya xanım da sürgündə imiş. Lətifə nənəmi və qızı İşvəni elə Anya dəfn edib. Sonra isə anamı Qazaxıstanda uşaq evinə yerləşdirməyə kömək edib.

- Firuzə xanım nə zamana qədər uşaq evində qalıb?
Həsən bəy:
- Təxminən 1946-1947-ci ildə anamın dayısı Azər bəy hərbi xidmətini başa vurub Qazaxıstana qayıtmışdı. Azər həmin vaxt Bakıdakı əmisi ilə məktubla əlaqə saxlayırdı. Anam da əmisinə məktub yazırdı və ona tək qalması ilə bağlı məlumat verirdi. Belə olan halda əmisigil Azər dayısına məktub yollayıblar ki, anama qahmar çıxsın. O deyir ki, dayısı uşaq evinə gələndə onu elə qucaqlayıbmış ki... heç ayrılmırmış.
Rəna xanım:
- Bir məsələni də qeyd edim ki, həmin vaxt Qazaxıstanda tif xəstəliyi geniş yayılıbmış. Xeyli sayda uşaq ölüb. Anam da bərk xəstələnib, hətta elə biliblər ki, ölüb. Onu meyitlərin yığıldığı otağa qoyublar və üstünə cəsədləri yığıblar. Birdən ayılıb ki, üstündə meyitlər var, səs-küy salıb, onu gəlib oradan çıxarıblar. Ondan sonra da Azər dayım gəlib anamı himayəsinə götürüb. Həmin vaxt artıq dayısının oğulları Rais və Ramiz doğulmuşdu.

Həsən bəy:
- Daha sonra Azər dayım qərara gəlib ki, anamı Azərbaycana göndərsin. Lakin Qazaxıstanda “metirka”almaq mümkün deyilmiş. Buna görə də “metirka” almaq üçün Dağıstana gediblər. Dağıstanda dayıma təklif ediblər ki, Stalinin bir şəklini çəksin, bunun müqabilində Firuzə xanıma sənəd verilsin. Beləliklə, dayım anamın sənədlərini qaydaya salıb Bakıya göndərib.
Bir məqamı da qeyd edim ki, anamgil sürgünə göndəriləndə əmisi uşaqları qonşuluqda qalırdılar. Lətifə xanımın İçərişəhərdəki evini sürgündə olarkən qaynı oğlanları zəbt etmişdi və onlar sürgündən qayıdan anamı həmin evə buraxmamışdılar, ondan üz döndərmişdilər. Anam onları ölənə kimi bağışlamadı, bərk incimişdi.
Buna görə də Firuzə xanım sürgündən sonra Seyid Hüseyn Sadiqin ailəsi ilə birgə qalıb. Danışırdı ki, kimsə gəlib qapını döyəndə anamı gizlədirmişlər ki, kimsə onun orada olduğunu bilməsin. Seyid Hüseynin bacısı qızı Səyyarə Rzayeva dayısı uşaqları ilə bərabər anamı da himayəsində böyüdüb. Onu işə düzəltmişdi. Mövsümü işçilər kimi onlar gedib işləyirdilər, axşamlar isə gecə məktəbində oxuyurdular. Anam atam Əli bəylə elə orada tanış olub. Atam mədəndə fəhləlik edirdi. Onlar 1952-ci ildə evləniblər. Bu evlilikdən 5 uşaq: böyük bacım Zenfira Hüseynli(rəhmətə gedib),Rəhilə İsgəndərova, Rəna Əliyeva, Həcər Məmmədova və mən dünyaya gəlmişəm.

Anamın ali savadı yox idi, 6-cı sinifə qədər rus və qazax dilində oxumuşdu.
Buna baxmayaraq, çox mütaliə edirdi. 78 il ömür sürdü.
- Sonradan Qazaxıstanda sürgündə olduğu yerlərə gedib baş çəkdimi?
Həsən bəy:
- Anam bir neçə ildən bir məni də götürüb Qazaxıstana Azər dayımın yanına gedirdi. Əksər hallarda mən Rais dayımla Qazaxıstana gedirdim. Sonuncu dəfə 1992-ci ildə Raislə birgə Qazaxıstana getdik ki, Azər dayını Bakıya gətirək. Biz 20 günə yaxın Qaraqandada qaldıq.
Anamgil Korgözdə yaşayanda hələ bəraət almamışdılar. O vaxt Azər dayım onlara gəlib. Küçədə kimsə onu görüb və anama yaxınlaşıb ki, bu, Rəsulzadənin oğludur? Həmin vaxt Firuzə xanım çox qorxmuşdu.
1963-cü ildə anam bəraət kağızı ilə Lökbatandakı evi aldı. Ondan sonra Azər dayım bizə rahat gəlirdi, bir neçə gün qonaq qalırdı. Danışırdı ki, İkinci Dünya müharibəsi zamanı onu İrana göndərmək istəyirlərmiş ki, orada atası ilə görüşsün. Səhv etmirəmsə, Rəsulzadəyə xəbər göndəriblər ki, oğlunu görmək istəyirsənsə, İrana gəl. Əsas məqsəd isə Rəsulzadəni həbs etmək imiş.
- Ailə arxivindən xeyli sayda maraqlı şəkil təqdim etdiniz. Onlar sizə necə gəlib çıxıb?

Rəna xanım:
- Anam hələ sürgündə olarkən o şəkilləri qoruyub saxlayıbmış. Danışırdı ki, uşaq evində qalarkən bəzilərini hətta uşaqlara paylayırmış, sonra da geri alırmış. Nənəsinin, anasının şəkilləri günümüzə kimi gəlib çıxdı.
- Ananızın atası, Müslümzadə Damad Əliheydər oğlunun taleyindən nə deyə bilərsiniz?

Rəna xanım:
- Ona 5 il həbs həyatı vermişdilər. 1944-cü ildə ölüb. Onun güllələndiyini düşünsək də, bu barədə dəqiq məlumat yoxdur. Mən onun bəraət kağızını görmüşdüm.
- Ananızın İçərişəhərdə yaşadığı evin taleyi necə oldu?
- Ona Seyid Hüseynin varisləri nəzarət edir.
- Hazırda Rəsulzadə nəslindən kimlər həyatdadır və əlaqələriniz varmı?

Həsən bəy:
- Rais bəy və onun ailəsi ilə yaxın əlaqələrimiz var. Rəsulzadənin bacısı Şəhrəbanu xanımın övladı Kübra xanım ilə də əlaqəmiz var idi. Onunla 1989-cu ildə tanış olmuşduq, 2002-ci ildə rəhmətə getdi. Onun övladları Səmayə xanım və Nazim müəllimlə əlaqəmiz var. Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, Ümbülbanunun qardaşı Məhəmməd Əli Rəsulzadə Türkiyədə yaşayırdı. Onun oğlanları Eminov soyadını götürmüşdülər ki, çox cəlb olunmasın. İndi isə soyadlarını dəyişib Rəsulzadə ediblər. Mən oğlumun adını Azər, qızımın adını isə Lətifə qoymuşam.

Məhəmməd Əmin Rəsulzadənin kürəkəni Məşədi Damad Məmmədzadə, oğulları Rəsul və Azər.

Əli Məmmədov və Firuzə Məmmədova

Rəsulzadənin xanımı Ümbülbanu və qızı Lətifə

Lətifə xanım və həyat yoldaşı Məşədi Damad Məmmədzadə

Rəsulzadənin övladları: oturan Lətifə xanımdır. Qucağındakı Azər bəydir. Ayaq üstə duran oğlan Rəsul, qız isə Xalidə xanım.

Lətifə xanım 2 yaşında

Firuzə Məmmədova 2 yaşında

Məhəmməd Əmin Rəsulzadənin böyük oğlu Rəsul. Şəhrəbanunun kiçik qızı Kübra ilə Rəsul bir-birini sevirmişlər. Bu şəkli o, qoruyub saxlayıb.

Azər bəy əsgərlikdə

Rəsulzadənin ikinci qızı Xalidə xanım

Səyyarəyə Rzayeva

Firuzə xanım gənclik illərində


- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
30 mart 2026 20:33
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür
31 yanvar 2026 11:37
- Mikayıl İsmayılova məxsus Ağsu Tədris Mərkəzində nələr baş verir ?
25 yanvar 2026 13:12
- İlhamənin oğulluğu Elmira Axundovanın oğlu ilə birləşib deputatlara pul atırdı - Əli Mirəliyevdən ŞOK AÇIQLAMALAR
19 yanvar 2026 17:24
- Ramiz Mehdiyev -Elmira Axundova tandeminin adı keçən 8 milyonluq qalmaqal
12 yanvar 2026 19:04
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
6 yanvar 2026 22:12
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
5 yanvar 2026 18:06
- Tofiq Kazımovun həyat yoldaşı: KQB-də işləyən qaynım demişdi, Səməd Mənsurun kitablarını yandırın..
27 dekabr 2025 11:29
- İranın ən hündür körpüsü partladıldı: ölənlərin sayı..
03 aprel 00:02
- Pezeşkian İlham Əliyevə zəng etdi
02 aprel 23:47
- APREL DÖYÜŞLƏRİNİN 10 İLLİYİNƏ...- Millət vəkili Əli Məsimli
02 aprel 20:46
- Türk dünyası bizim ailəmizdir, başqa ailəmiz yoxdur
02 aprel 20:09
- SEPAH komandanı Məhəmməd Əli Fətəlizadə öldürüldü
02 aprel 18:12
- Moldovadan TARİXİ QƏRAR: Rusiyaya birdəfəlik YOX dedi
02 aprel 14:52
- Prezident TDT dövlətlərinin hökumət başçılarını qəbul etdi (FOTO)
02 aprel 13:03
- Türkiyənin Vitse-prezidenti Azərbaycana səfərə gəldi
02 aprel 12:38
- Azərbaycan Ordusunun Aprel qələbəsindən 10 il ötür
02 aprel 12:21
- Şəhid anası : ARAZ market hələ də hər ay oğlumun maaşını göndərir
01 aprel 23:00
- Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır
01 aprel 21:37
- Zaxarova Azərbaycana təşəkkür etdi
01 aprel 21:29
- Rusiyada 3 günlük matəm elan edildi
01 aprel 13:49
- Yeni Dövlət Proqramı hazırlanacaq (SƏRƏNCAM)
01 aprel 13:42
- 1 aprel – Gülüşün və zarafatın günü
01 aprel 10:53
- Ukraynada daha bir azərbaycanlı həlak oldu - Foto
01 aprel 10:39
- Şimali Kiprin Baş naziri Azərbaycana gəldi - Fotolar
01 aprel 10:26
- Bu gündən onlar 30 manat cərimə ediləcək
01 aprel 00:27
- Onun general pensiyası da kəsildi
31 mart 20:57
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
