3 uşaqlı valideynləri sevindirəcək təklif: 100 mindən çox ailə...

Azərbaycanda çoxuşaqlı ailə anlayışının beşdən üçə endirilməsi təklif edilir. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Mehriban Vəliyeva hazırda təklif üzərində iş getdiyini bildirib. Bu təkliflər ölkədə demoqrafik inkişafla bağlı hazırlanacaq dövlət proqramına daxil ediləcək.
NUH.аz "Kaspi" qəzetinə istinadən xəbər verir ki, millət vəkilinin sözlərinə görə, ölkədə bu qəbildən olan 100 mindən çox ailə var. Yəni, çoxuşaqlı ailə modeli beşdən üçə endirilsə, 100 mindən çox ailədə yaşayan uşaqlar sosial müavinət ala biləcəklər.
Statistik məlumata əsasən, Azərbaycanda uşaqlı ailələrin sayı 1 347 534-dür. Şəhər yerlərində 725 615, kənd yerlərində 621 919 uşaqlı ailə yaşayır. Onlardan 422 989 ailə biruşaqlıdır. Ölkədəki 557 814 iki uşaqlı ailənin 295 884-ü şəhər, 261 930-u kənd yerlərində məskunlaşıb. Üçuşaqlı ailələrin ümumi sayı 256 261-ə bərabərdir. Dörduşaqlı ailələrin ümumi sayı isə 71 151-dir. Ümumi sayı 23 150 olan beşuşaqlı ailələrin 11 313-ü şəhərdə, 11 837-si kənd yerlərində yaşayır. Altıuşaqlı ailələrin sayı 9 332-dir. Ölkədə yeddi və daha çox uşağı olan 6 837 ailə mövcuddur.
Hazırda beşdən çox uşağı olan ailələrə sosial müavinət verilir və bu müavinətin aylıq məbləği hər uşaq üçün 105 manatdır.
Maraqlıdır, görəsən, hökumət çoxuşaqlı ailə anlayışında dəyişikliyə gedəcəkmi? Demoqrafik proseslər baxımından dövlətin buna ehtiyacı varmı? Bu qərar ölkədə doğum səviyyəsini artıra bilərmi?
"Çoxuşaqlı ailə trend deyil"
Sosioloq Üzeyir Şəfiyev bildirir ki, Azərbaycan yaxın gələcəkdə çoxuşaqlı ailələrin stimullaşdırılması yönündə konkret addımlar atacaq: "Bunu şərtləndirən bir sıra səbəblər mövcuddur. Həm təbii artım getdikcə aşağı düşür, həm də keyfiyyətli və gənc əhaliyə həmişə ehtiyacı var. Nəzərə alaq ki, təbii artım tempinin aşağı düşməsi orta və uzaq perspektivdə səfərbərlik, əmək bazarı ilə bağlı problemlər yarada bilər. Eyni zamanda, təbii artımın aşağı düşməsi ilə mexaniki artım artır. Yəni, bu, ölkəyə miqrant axınını sürətləndirə bilər. Bunun qarşısını almağın yeganə yolu ailə planlaması və demoqrafik siyasəti təşviq etməkdir. Nəticədə miqrant axını olmayacaq, əhali təbii şəkildə çoxalacaq. Onsuz da Azərbaycanda beşuşaqlı ailələrin sayı 1-2 ildən sonra daha da aşağı düşəcək. Çünki artıq Azərbaycan cəmiyyətində düşüncə tərzi dəyişib, çoxuşaqlı ailə trend deyil. İnsanlar düşünürlər ki, bir və ya iki uşağa sahib olub, onları daha keyfiyyətli şəkildə böyütsünlər, yaxşı təhsil versinlər və digər imkanlarla təmin etsinlər. Əsas meyar budur".
Təbii artımda ləngimə
Ekspert vurğulayır ki, Azərbaycanda təbii artımda heç vaxt olmadığı qədər ləngimə müşahidə olunur: "Təsadüfü deyil ki, 2023-cü ildə Azərbaycanda təbii artım əvvəlki ilə nisbətən 15 faiz aşağı düşüb. Bu tendensiya 2024-cü ildə də davam edib. Ona görə çoxuşaqlı ailə anlayışının beşdən üç uşağa endirilməsi təklifi təqdirəlayiq haldır. Bu həm təbii artıma təkan verə bilər, həm də gənclər arasında ailə qurmağa marağı artırar. Eyni zamanda, ailələrin sosial rifahını, dayanıqlığını möhkəmləndirə və gənc əhalinin sayının artmasında dəstək kimi faydalı ola bilər".
300-350 milyon manat kifayətdir
İqtisadçı-ekspert Fuad İbrahimli bildirir ki, istənilən ölkədə təbii artım zəifləyən zaman demoqrafik nöqteyi-nəzərdən stimullaşdırma mexanizmi işə düşür: "Ailəyə olan münasibətlər baxımından məsələyə yanaşırıqsa, bizdə təbii artım siyasəti var və həmişə də olacaq. Bu baxımdan bizdə ailələrin stimullaşdırılmasına yanaşma demoqrafik nöqteyi-nəzərdən deyil, sosial cəhətdən olmalıdır. Yəni, çoxuşaqlı ailələr "uşaq pulu" ilə təmin edilməlidirlər. Çünki vətəndaşların gəlir və xərc mənbələri arasında böyük uçurum var. Bunu aradan qaldırmaq üçün müxtəlif yollar seçilməlidir. Ya istehlak səbətini tənzimləməliyik ki, reallığı əks etdirsin, ya da çoxuşaqlı ailələrə "uşaq pulu" verməliyik. Bu mənada yeni qanunvericilikdə çoxuşaqlı ailə anlayışının üçə endirilməsi müsbət haldır. İndiki şəraitdə buna ehtiyac var".
İqtisadçı sözügedən təşəbbüsün dəstəkləməsi üçün hökumətin kifayət qədər maliyyə resurslarına malik olduğu qənaətindədir: "Bu mexanizmin icrası maliyyə dayanıqlığı nöqteyi-nəzərdən Azərbaycan iqtisadiyyatı üçün heç bir problem yaratmır. Məsələnin yubanmasına səbəb büdcədə həmin istiqamət üzrə konkret vəsaitin ayrılmamasıdır".
Onun sözlərinə görə, büdcədən bu istiqamətə ildə təxminən 300-350 milyon manat vəsaitin ayrılması kifayətdir. Əgər sosial dəstək bütün kateqoriyadan olan uşaqları əhatə edərsə, bu məbləğ 550 milyon manat civarında ola bilər.
"Dəyişiklik hazırda 3 uşağı olan ailələrə də şamil edilə bilər"
Sosioloq, fəlsəfə doktoru Mail Yaqubun fikrincə, bu istiqamətdə qanunvericiliyə yenidən baxılması günün tələbidir: "Vaxt itirmədən bununla bağlı qanun qəbul olunmalı və dərhal icrasına başlanmalıdır. Hətta biz bu məsələdə xeyli gecikmişik. Çünki mövcud demoqrafik vəziyyətə uyğun aparılan hesablamalara görə, indiki gedişlə 2100-cü ildə Azərbaycan əhalisinin sayı səkkiz milyona düşəcək".
Onun sözlərinə görə, son illər dünyada gedən mənfi tendensiyalar Azərbaycanda da müşahidə edilir: "İlk növbədə, gənclərin ailə qurmağa və uşaq sahibi olmağa meyilləri azalıb. Uşaq dünyaya gətirməyi planlayan ailələr isə əksər hallarda bir uşaqla kifayətlənirlər. Bu da əhali sayının azalmasına səbəb olur. Bunun acı nəticələrini anlamaq fərdlərin deyil, dövlətin üzərinə düşür. Çünki qlobal problemləri ölkədə fərdlər başa düşə bilməz. Bunu dövlət düşünməli və vəziyyətə müdaxilə etməlidir. Əgər dövlət bu istiqamətdə addımlar atmağı hədəfləyirsə, alqışlanmalıdır".
Ekspert hesab edir ki, sözügedən qərar qəbul olunarsa, hazırda üç uşağı olan ailələrə də şamil edilməlidir: "Amma qanunun əsas təşəbbüskarları yəqin ki, bu dəyişikliyin qərar veriləndən sonrakı dövrü əhatə etməsi təklifini irəli sürəcəklər. Bununla yanaşı, ölkədə çoxuşaqlı ailələrin sayının azlığı nəzərə alınaraq dəyişikliyin hazırda üç uşağı olan ailələrə də şamil olunması gözləniləndir".
- Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı
9 iyul 2025 11:16
- Naxçıvana Ali Məclis sədri Bakıdan gətirilə bilər
9 iyul 2025 09:47
- Avropa ilə bağlı ŞOK RƏQƏMLƏR - Uşaqlı və uşaqsız ailələrin SAYI
9 iyul 2025 01:27
- Dana monopoliyası təkcə mal-qara, Teyyub məsələsi deyil, cənablar, MİLLİ TƏHLÜKƏSİZLİK məsələsidir..
8 iyul 2025 13:47
- SON DƏQİQƏ: Putinin generalı və heyəti Bakıda! Bu gün nələr müzakirə ediləcək?
8 iyul 2025 11:25
- Dağıstan rəhbərinin azərbaycanlılara MÜRACİƏTİ
6 iyul 2025 21:26
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
6 iyul 2025 17:29
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
6 iyul 2025 14:47
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
4 iyul 2025 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
4 iyul 2025 19:44
- İki gün sonra ÖCALAN daha bir - Tarixi çağırış edəcək
09 iyul 11:42
- Dünyanın ən gülməli ölkələri açıqlandı: Zirvədə gözlənilməz ölkə yer aldı
09 iyul 11:16
- Paraşütlə tullanıb... ÖLMƏK neçəyədir?
09 iyul 10:08
- Naxçıvana Ali Məclis sədri Bakıdan gətirilə bilər
09 iyul 09:47
- Bu gün Azərbaycanda Diplomatiya Günüdür
09 iyul 02:37
- Rusiyada büdcə kəsiri 6 dəfə artıb; Təhlükəsizlik yastığı sürətlə boşalır...
09 iyul 02:30
- Avropa ilə bağlı ŞOK RƏQƏMLƏR - Uşaqlı və uşaqsız ailələrin SAYI
09 iyul 01:27
- Ərdoğan Nəriman Cəlal və ailəsi ilə görüşdü - Fotolar
09 iyul 00:27
- İran Prezidenti: İsrailin Azərbaycan ərazisindən İrana zərbə endirməsi yalandır
08 iyul 23:33
- Bu şəxslərə diplomatik rütbələr verildi - Siyahı
08 iyul 22:53
- Putinin Bakıya göndərdiyi general Kəmaləddin Heydərovla görüşdü
08 iyul 14:04
- Onları vəzifəyə Prezident təyin edəcək - İLK DƏFƏ
08 iyul 13:37
- Dana monopoliyası təkcə mal-qara, Teyyub məsələsi deyil, cənablar, MİLLİ TƏHLÜKƏSİZLİK məsələsidir..
08 iyul 13:05
- SON DƏQİQƏ: Putinin generalı və heyəti Bakıda! Bu gün nələr müzakirə ediləcək?
08 iyul 11:25
- Paraşütlə qayaya çırpılıb ölən Nuranənin fotoları
08 iyul 11:11
- Abşeron Gənclər şəhərciyində partlayış - Yaralılar var
08 iyul 02:27
- Rusiyada intihar edən nazirlə bağlı şok məqamlar: Hamıdan birinci gəlib göz yaşı tökən gənc qadın kimdir?
08 iyul 02:17
- Xəlil Arslanova HÖKM oxundu - 17 İL
07 iyul 23:51
- Aztelekom-un sabiq sədrinin oğlu Alışanovun səsini gizli yazıbmış - Məhkəmədə üzə çıxdı
07 iyul 23:08
- Putinin BU GÜN işdən qovduğu NAZİR özünü ÖLDÜRDÜ – ŞOK
07 iyul 18:06
- Prezident yeni REKTOR təyin etdi
07 iyul 16:03
- Qusar rayon Samur bələdiyyəsində nələr baş verib, yaxud Gülnarə Muradxanovanın şər-böhtan məktubları...
07 iyul 14:57
- Hər ay 500 min icаrə hаqqı аlаn Rəhim Rəhimov dövlətə nə qədər VERGİ ödəyir ?
07 iyul 13:07
- Bu 9 qidanı soyuducunun alt rəfində saxlamaq OLMAZ
07 iyul 12:31
- Sevindik Hüseynov Amerika dövlətini aldatdı: 137 milyon dollarlıq fırıldaq....
07 iyul 12:22
- KRAL şadlıq sarayında FACİƏ: ölən var
07 iyul 12:06
- İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
07 iyul 11:51
- 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı - Şübhəli qayınatadır
07 iyul 11:11
- Xaricdəki diplomatlarımız Bakıya çağırıldı
07 iyul 10:55
- Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO
07 iyul 10:30