Heydər Əliyev gənc yaşlarınızda sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin edib

Xəbər verdiyimiz kimi, sabiq Baş nazir Artur Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
“Qafqazinfo”nun məlumatına görə, Prezident İlham Əliyev bu gün Artur Rasi-zadəni qəbul edib və ona “Heydər Əliyev” ordenini təqdim edib.
***
Görüşdə çıxış edən dövlət başçısı deyib:
- Hörmətli Artur müəllim, sizi qarşıdan gələn yubileyiniz münasibətilə təbrik edirəm, sizə cansağlığı, uzun ömür arzulayıram. Siz uzun illər ərzində Azərbaycanın inkişafına töhfə vermisiniz. Müxtəlif məsul vəzifələrdə çalışaraq Azərbaycan iqtisadiyyatının inkişafı üçün böyük səylər göstərmisiniz həm sovet dövründə, həm də müstəqillik dövründə. Ulu Öndər Heydər Əliyev sovet dövründə sizin peşəkarlığınızı, biliklərinizi nəzərə alaraq,- hələ o vaxt siz gənc yaşlarınızda idiniz,- sizi qabağa çəkərək, önəmli vəzifələrə təyin etmişdir, Nazirlər Sovetinin sədrinin müavini vəzifəsinə. Ulu Öndər Heydər Əliyev müstəqillik dövründə Azərbaycan Prezidenti seçiləndən sonra ilk təyinatlarından biri də sizi özünə köməkçi təyin etməyi idi. Ondan sonra sizi daha böyük vəzifəyə layiq gördü və Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin etdi.
Təbii olaraq, Ulu Öndər Heydər Əliyev insanları tanıyırdı, onların peşəkarlığını, biliklərini və bilirəm ki, sizi də bir insan kimi həmişə yüksək qiymətləndirirdi. Həm dediyim keyfiyyətlərə, eyni zamanda, prinsipial mövqeyinizə görə. Sizin prinsipial mövqeyiniz bütün məsələlərdə özünü göstərirdi - həm ölkəmizin iqtisadi inkişafı ilə, həm də bütün başqa məsələlərlə bağlı.
***
Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Artur Rasi-zadəyə təqdim edib.
***
Əməyinə verdiyi qiymətə görə dövlət başçısına minnətdarlığını bildirən Artur Rasi-zadə Ulu Öndər Heydər Əliyevin adını daşıyan ordenə layiq görülməyin onun üçün ən böyük şərəf olduğunu deyib, Ümummilli Liderlə və Prezident İlham Əliyevlə uzun illər ərzində çalışmaqdan fəxr hissi keçirdiyini vurğulayıb. Artur Rasi-zadə Azərbaycan Prezidentinin tarixi hadisənin müəllifi olduğunu, torpaqlarımızın 30 illik işğalına son qoyduğunu və orada yeni həyatın başladığını qeyd edib.
Qeyd edək ki, fevralın 26-da Artur Rasi-zadənin 90 yaşı tamam olacaq.
Xatırladaq ki, A.Rasi‑zadə 2003-cü ildən 2018-ci ilədək Baş nazir olub.


- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 2025 16:15
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 2025 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 2025 10:16
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 2025 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 2025 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 2025 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 2025 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 2025 17:29
- İlk 7 ayda 127 milyondan çox insan metrodan istifadə edib (SİYAHI)
17 avqust 2025 16:52
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30
- Zelenski Vaşinqtondan ilk açıqlama verdi: Krımdan imtina etməyə dəyməzdi...
18 avqust 09:09
- Zelenski Trampla görüşmək üçün ABŞ-a yola düşdü
18 avqust 00:06
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
17 avqust 21:53
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 17:18
- Rəqsanə Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək 520 MIN DOLLAR
17 avqust 17:05
- Daha bir rayonda dəbdəbəli yas verilməsi ləğv edildi
17 avqust 16:58
- İlk 7 ayda 127 milyondan çox insan metrodan istifadə edib (SİYAHI)
17 avqust 16:52
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 12:09
- Müslüm Maqomayevin SSRİ-də göstərilməyən konserti –Almaniya TV-sının 1973-cü ilə aid unikal görüntüləri (VİDEO)
17 avqust 11:07
- Zelenski: Bazar ertəsi Trampla görüşə hazırlaşırıq
17 avqust 10:24
- 15 milyona torpaq sahəsi aldı
17 avqust 09:50
- Bu ölkəni kütləvi etirazlar bürüdü - SON DƏQİQƏ
17 avqust 09:30
- Ərdoğanın oğlu Azərbaycana gəldi
17 avqust 09:02
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 00:45
- Tatarıstanlı nazir Talibanı -mehriban quldurlar- adlandırıb
16 avqust 23:25
- Zelenski Putinin tələbini rədd etdi
16 avqust 22:59
- Müğənni Rəqsanə HƏBS EDİLDİ
16 avqust 19:46
- Vidadi Babanlı vəfat etdi
16 avqust 19:38
- Birgə səylər beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər
16 avqust 10:46