Аzyaşlı qızları oğurlayan mafiyanın başında Ramiz Mehdiyevi görürlər- ŞOK
Məcidovlar azyaşlı qızlarını oğurlayan mafiyanın başında Ramiz Mehdiyevi görürlər – QATI AÇILMAYAN CİNAYƏTLƏR
Şabran dağlarındakı kəndlərdə baş verən mübhəm cinayətlərin izi Dağbilicidəki Zamir və Nəzakət Məcidovaların ünvanına da uzanır. 18 il öncə, 2007-ci il avqustun 6-da bu ünvandan böyürtkən yığmağa çıxan 14 yaşlı Nailə və 7 yaşlı Reyhanədən bu günə qədər bir soraq yoxdur. Onların valideynlərini dinlədikcə Şabranda, bəlkə də elə bütün ölkə boyu adam oğurlayan mütəşəkkil, vəzifəli şəxslərin himayəçiliyində olması fikrinin formalaşmasını şərtləndirən bandadan söhbət getdiyi əminliyi yaranır.
-O qorxulu gün Dağbilicidə nə baş verib?
![]()
Nailə və Reyhanə Məcidovaların atası Zamir Məcidov sualımıza belə cavab verir:
-Həmin gün biz yoldaşımla rayonda idik. Bazara böyürtkən satmağa getmişdik. Kənd yeridir, bu yerlərdə əksəriyyət giləmeyvə, sumax yığıb satmaqla dolanır. Biz bazara gedəndən sonra uşaqlar (Nailə və Reyhanə) da çıxıb böyürtkən yığmağa gediblər. Həmin gün günorta saat 12 üçün bazardan qayıtdıq. Mən yoldaşımı, bazara bizimlə gedən qadınları maşından düşürüb yenidən rayona qayıtdım. Orada “taksovatlıq” eləyirdim. Saat 3 radələrində yoldaşım zəng elədi ki, uşaqlar yoxdur. Qayıdıb gəldim, uşaqların axtarışına başladıq. Bütün kəndin camaatı da bizə qoşuldu. Uşaqları düz 10 gün axtardıq. Dağ, dərə, kanal qalmadı uşaqları axtarmayaq. Düz Siyəzənə qədər gedib çıxdıq. Orada göl vardı, ora qədər gedib baxdıq, axtardıq. Mən açıq deyəcəyəm, bizi axtarmaqdan yayındıranlar da vardı. Bunlar Şabran polisinin rəis müavini Məmmədmusa Hüseynov və Şabran prokuroru Faiq Ağayev idi. Onlar birtərfli iş aparırdılar. Yalandan deyirdilər ki, uşaqlar kanala düşüb. Bizə də 3 gün sonra bir iylənmiş meyit verdilər, o da bizim uşaq deyildi. Təxminən 30-35 yaşlı bir qadının meyiti idi. Mən də onlara dedim ki, təhvil verdiyiniz meyit mənim övladım deyil. Bizə qulaq asan olmadı, meyiti gətirib qapıya qoyub qaçdılar. Məni də, yoldaşımı da meyiti qapıya gətirdikləri gün axşama qədər heç bir əsas olmadan Şabran rayon Prokurorluğunda saxladılar.
![]()
Bu yerdə söhbətə oğurlanan qızların anası Nəzakət Məcidova qoşulur. Gözü yollarda qalan ana da israr edir ki, təhvil verilən meyit onun qızı olmayıb:
-Mən qurban verərdim, kaş mənim uşağım olaydı o...
Yaşlı bir qadının meyitini sırıdılar bizə. Atdılar, qayıtdılar getdilər. Mən uşağımı tanımıram? 3 günə meyit çürüməz, saç tökülməz! Axar suda 3 günə elə çürümə gedə bilər meyitdə? Mənim qızım Nailənin boyu 1.20 idi, qapıya atdıqlar meyit 1.60. Mən indi də qurban deyərəm ki, kaş mənim uşaqlarımın ikisinin də meyiti tapılaydı.
![]()
-Uşaqlarınızın Təvəkkül İsmayılov tərəfindən oğurlandığını necə bildiz?
Zamir Məcidov:
-Təvəkkül bizim qızlarımızı oğurlamazdan əvvəl kənddən 35 yaşlı Diləfruzu da oğurlamışdı. Onu da yoxa çıxarmışdı. Bizim qızlar itəndən sonra bütün kənd camaatı bizimlə birgə uşaqları axtarırdı. Təvəkkülü də elə camaat tutub gətirmişdi. Ucqar Canqayıb kəndində tutmuşdular. Onu tutandan sonra Məmmədmusa Hüseynov özünü çatdırdı, onu əlimizdən alıb apardı. Biz Təvəkkülü bir də məhkəmədə gördük. Məhkəmə günortaya qədər bizim tərəfə, günortadan sonra isə Məmmədmusa tərəfə işləyirdi. O, hakimlərə rüşvət vermişdi. Məhkəmədə Təvəkkül onun üzünə dayanmışdı...
Nəzakət Məcidova söhbətə qoşulur, məhkəmədə baş verənləri anladır:
-Təvəkkül məhkəmədə yoldaşıma müraciət elədi, dedi ki, Zamir, mən sənin uşaqlarını öldürməmişəm. Sənin uşaqların Məmmədmusadadır. Mən uşaqları sağ-salamat Məmmədmusaya təhvil vermişəm. Əgər Təvəkkül uşaqları öldürmüşdüsə, elə öldürdüyü yerdə qoyub gedərdi. Guya ki, neçə kilometr çiynində aparıb kanala atıb. Kanala atıbsa, meyitlər hanı?
![]()
Zamir Məcidov əlavə edir:
-Bizə polisdə deyirdilər ki, guya Təvəkkül uşaqların ikisini də öldürüb, meyitlərini də aparıb atıb kanala. Məhkəmədə isə Təvəkkül belə ifadə vermədi. Onu Şabranda polisdə döyüb güclə boynuna qoyublar ki, belə de, ifadə ver. Ancaq məhkəmədə o ifadə verdi, dedi ki, mən uşaqları öldürməmişəm, oğurlayıb aparıb Məmmədmusaya təhvil vermişəm.
-Məmmədmusa uşaqları hara aparıb, niyə aparıb?
Nəzakət Məcidova:
-Məmmədmusa uşaqları satıb. Orqan mafiyasıdır. Bu, zəcirvaridir, gedir üzüyuxarı.
Zamir Məcidov:
-Mən açıq deyirəm, iş gedib bir ucu çıxır Eldar Mahmudova... Bizi 6 ay gözlətdilər. Guya ki, təkrar ekspertiza keçiriləcək. Gözlədilər ki, gətirib qapıya qoyub qaçdıqları meyit çürüsün. Sonra da ekshumasiya elədilər, meyitdən nümunə götürüb guya Moskvaya göndərdilər. Moskvadan aldıqlarını iddia etdikləri bir rəy verdilər. O rəydə mən hərf səhvləri də tutdum. Rəy rus dilində idi, amma Azərbaycan hərfləri vardı. Rəydə bir peçat və telefon nömrələri vardı. Nömrələri yığdım, bir qadın götürdü. Dedim ki, Azərbaycandan belə bir nümunə gətirilibmi? Həmin xanım araşdırdı, dedi ki, belə bir ekspertiza keçirilməyib!
![]()
-Bu barədə məhkəmədə dediz?
-Dedik, baxan olmadı, diqqət göstərilmədi.
-Sizə kim deyirdi ki, meyitdən götürülən nümunə Moskvaya göndərilib?
-Müstəntiq Zakir Saatov. Ağır Cinayətlərin (Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı Baş İdarəsini nəzərədə tutur - E.M) müstəntiqi.
-Azərbaycanda ekspertiza mərkəzi ola-ola nümunəni Moskvaya niyə göndərirdilər?
-O rəy saxta idi. Moskvaya 2 sümük göndərmişdilər, lakin pul ödəməmişdilər deyə, ekspertiza da keçirilməmişdi. Moskvaya zəng etdim, mənə oradan dedilər ki, əgər həmin sümüklərin ekspertizasının keçirilməsini istəyirəmsə, 3 min dollar ödəməliyəm.
Nəzakət Məcidova yenidən söhbətə qoşulur:
-Guya o sümüklərdən biri mənim qızımın, biri də Diləfruz Daşdıyevanındır. O sümüklər nə bizim qızımızın, nə də Daşdıyevanın deyildi. O meyit qızımın deyil, bu gün də basdırıldığı yerə getmirik. Orada dəfn olunan mənim qızımın meyiti deyil. Gedin baxın, o qəbir baxımsızdır. O mənim uşağımın meyiti olsa, mən oranı baxımsız qoymaram. Ora məni istər-istəməz cəlb etməlidir, eləmir... Mən ora getməyə iyrənirəm.
Zamir Məcidov:
-Zakir Saatov kiçik qızın (Reyhanə Məcidovanın - E.M) cinayət işini ayırdı, guya ki, axtarışa verdi. Bu işdən sonra ona vəzifə də verdilər. İndiyənə qədər bizimlə maraqlanan yoxdur. Nəinki Ağır Cinayətlərin İstintaq İdarəsi, heç rayon prokurorluğu da maralanmır. Bir deyən yoxdur ki, axı sənin uşaqların itib.
-Uşağın biri ilə bağlı məhkəmədə epizod var, digəri ilə bağlı yoxdur?
-Yoxdur. Reyhanə ilə bağlı heç bir epizod yoxdur, heç araşdırmadılar da. Elə bil heç olmayıb.
-Bu işlərdə Qələgah sakini Ənvər Müslümovun adı hallanırdı? Onun qızlarınızın oğurlanmasına aidiyyəti var?
-Bizim uşaqlar oğurlanandan sonra dedilər ki, uşaqlar onun evinə aparılıb, 3 gün onun evində saxlanılıb. Onu o vaxt uşaqlar oğurlanandan sonra tutdular. O, 9 ay həbsdə yatdı. Sonra da qardaşı Rusiyadan gəldi, mal-qara, qızıl satıb onu qurtardı. Sonra da ortalıqda gəzirdi.
-Azadlığa buraxılandan sonra Ənvər Müslümovla görüşüb bu barədə söhbət etmişdiz?
-Mən görüşüb danışmışdım. Deyirdi ki, məni günahsız həbs ediblər.
-Sizcə Ənvər Müslümovun müəmmalı itkin düşməsi ilə övladlarınızın oğurlanması arasında əlaqə ola bilər?
-Təvəkkül uşaqlarımızı oğurlayanda onun yanında çoban işləyirdi. Onun bu işlərdən xəbəri olub, ona görə onu da aradan götürüblər.
Nəzakət Məcidova:
-Bu işlərdən kimin xəbəri olubsa, hamısını aradan götürüblər. Qələgahda Cəfərin oğlu Rahibi gölə atdılar, dedilər ki, uşaq özünü atıb gölə. Ənvərin xəbəri vardı, onu da aradan götürdülər.
![]()
-Cəfərin oğlu Rahibin bu işlərə nə aidiyyəti vardı?
-Bizim uşaqlar itəndən sonra onu da saxlayıb dindirmişdilər. Cəfərin oğlu Rahib bizim qızlar böyürtkən yığanda o da sumax yığırmış. O, qızlarımızın Təvəkkülün oğurladığını, kimə aparıb təhvil verməsini görmüşdü. Uşaq ifadə verəndən sonra polislər qapılarına gedib atası Cəfəri qorxutdular ki, heç nə danışmasın. Sonradan Rahib də dedi ki, görməmişəm. Hansı ki, onun anası uşaqlar oğurlanandan sonra bizə xəbər göndərmişdi ki, tez özlərini Qələgaha çatdırsınlar, uşaqlar Qələgahda saxlanılır. Həmin gecə biz kənd camaatı ilə birgə Qələgaha getdik. Ora da Məmmədmusa gəldi, Cəfər kişini qırağa çəkdi, ona nə dedisə, onun uşağı Rahib daha heç nəyi boynuna almadı, oğurluğu gördüyünü də daha demədi.
-Qələgahda axtarışlarınız nə nəticə verdi?
-Qələgahda boş ev vardı, sahibsiz. Bizim kəndin uşaqları Təvəkkülün qardaşı Elnuru oradan tapıb çıxartdılar. Kənddə güman gələn bütün yerləri axtarırdıq.
-Ənvər Müslümovun evində də axtarış apardız?
-Yox, orada axtarış aparmadıq. Qələgahda, Ənvərin evinin yanında olanda mən uşağım Reyhanənin səsini eşitdim. Elə bil ki, “mama” deyib qışqırdı, kimsə də uşağın ağzını tutdu. Həmin “moment”də də Ənvərin qapısına tərəf fənər getdi. Mənim üçün orada dedilər ki, uşaqları itib deyə başını itirib, uşaq nə gəzir burda. Həmin vaxt bizi çaşdırdılar. Gah bizi orada dərə vardı, ora göndərdilər. Gah ferma vardı, ora göndərdilər. Çaşdırdılar bizi. Sonradan məhkəmədə də Təvəkkül Ənvərə dedi ki, niyə dinmirsən? Uşaqlar sənin “Moskviç” maşınında gedib, aparıb kanalın üstündə Məmmədmusaya təhvil veriblər. Kanalın üstündən də uşağın bir “broşka”sını gətirdilər. Sonra bir it gətirdilər, uşağın da paltarını apardılar ki, itə iylətsinlər, uşaqların izinə düşsün. İti gətirdilər, izlə getdi Qələgaha. Orada iti yatırtdılar, qaytarıb apardılar polisə. İt də səhəri günü polis şöbəsində öldü. Bunu bizə polisin rəisi Nizami Sadıqov dedi.
-Cinayəti Nizami Sadıqov araşdırırdı?
-Yox, heç nə araşdırmırdılar. Bizə də imkan vermirdilər. Uşaqlar oğurlanandan 3 gün sonra dedilər ki, Nizami Sadıqov təqaüdə getdi. Onu da belə yola saldılar.
Zamir Məcidov:
-Onlar bizə mane olurdular ki, gedib uşaqlarımızı tapmayaq. Nizami Sadıqov 1 gün səhərdən axşama qədər məni şöbədə saxladı. O vaxt mən Aytəkin Alxaslıya zəng eləmişdim ki, gəlsin çəkiliş eləsin, mən ona baş verənlər haqda müsahibə vermək istəyirdim. Nizami Sadıqov bunu bildi, məni səhərdən axşama qədər polis şöbəsində saxladı, imkan vermədi ki, müsahibə verim.
-Ənvər Müslümov uşaqlarınız oğurlanandan 15 il sonra müəmmalı şəkildə itkin düşüb. Onu necə, axtaran var?
-Ənvər Müslümov itəndən sonra bura polislər gəlmişdi. Ənvəri soruşdular. Biz də dedik ki, gücümüz çatsaydı, elə Məmmədmusaya çatardı, bizim Ənvərlə nə işimiz var? Dedi ki, 3 gün idi ki, uşaqların oğurlanması işini araşdırırıq, sənədləri qaldırmışıq, 4-cü gün Ənvər yoxa çıxdı.
-Ənvər Müslümovu dindiriblər?
-Deyəsən çağırıb sorğu-sual ediblər, o da yoxa çıxıb. Bu işlərin arxasında orqan mafiyası dayanır. Bu Məmmədmusanın dalında kim durub...
-Kim durub?
-Məmmədmusanı niyə tutmadılar? Onun bu qədər adı hallandı. Amma tutmadılar. Bu adamlar o vaxt hamısı Ramiz Mehdiyevə tabe idilər! Nizami Sadıqov başda olmaqla hamısı Ramiz Mehdiyevə tabe idilər. Məmmədmusa da onların əmri ilə oturub-dururdu.
-Bunu özü sizə demişdi?
-Mənə bir dəfə demişdi ki, bu işlər mənlik deyil, Nizami Sadıqovun işidir. Nizami Sadıqov da Ramiz Mehdiyevin adımı, qohumu idi.
-Məmmədmusa Hüseynovu çağırıb sorğu-sual edəndə vəzifədə idi?
-Vəzifədə idi. O zaman mən onu çox çağırıb sorğu-sual edirdim. Özü də qorxurdu.
-Ramiz Mehdiyevin adını əminliklə çəkirsiz...
-Bu mafiyanın başçısıdır o!
Araşdırmamızın davamını yaxın günlərdə təqdim edəcəyik.
Bizi izləməklə Şabran dağlarındakı adam oğurluqları, oğurluqların izlərinin itirilməsinin ilginc detalları, Ramiz Mehdiyevin yolunun bu kənddən niyə düşməsinin səbəbini də biləcəksiniz.
Hadisə ilə bağlı daha öncə yayımladığımız yazılarla aşağıdakı linklər vasitəsilə tanış ola bilərsiniz:
https://musavat.com/mobile/news/mecidova-bacilarini-ogurlayan-sexs-izsiz-yoxa-cixan-ferma-sahibinin-cobani-olub-sensasion-detallar_1144440.html
https://www.youtube.com/watch?v=D2P5TeKqMwg
https://www.youtube.com/watch?v=bEzSin_Ab5w
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 2026 22:25
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 2026 17:41
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Bakının mərkəzində minlərlə ev söküləcək: Böyük parklar salınacaq (VİDEO)
22 fevral 11:11
- Dünyada ən çox uşaq doğan QADIN - FOTO
22 fevral 10:59
- Şamaxıda zəlzələ oldu
22 fevral 10:47
- Ziya Bünyadovun qətlindən 29 il ötdü - 2 qatilinin biri əməkdaşımıza bunları demişdi
21 fevral 22:25
- Azərbaycanda kərə yağı istehsalı KƏSKİN azaldı
21 fevral 22:10
- Pezeşkiandan dünyaya meydan oxuyan bəyanat: Bütün dünya birləşsə də, təslim olmayacağıq
21 fevral 19:38
- Nazir Çelsi Baxşıyeva ilə gündəmə gələn Pirməmmədovu VƏZİFƏSİNDƏN AZAD ETDİ
21 fevral 17:41
- Ordumuzun əsgəri vəfat etdi - İki ay sonra tərxis olunacaqdı
21 fevral 17:21
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 17:11
- Bu gün Beynəlxalq Ana Dili Günüdür
21 fevral 14:22
- Prezidentdən Naxçıvanla bağlı sərəncam: Bir neçə quruma göstəriş verildi
21 fevral 13:52
- Bir ildə ölkədə neçə uşaq doğulub?
20 fevral 19:05
- Azərbaycanda yeni büdcə təşkilatları yaradıldı (FƏRMAN)
20 fevral 18:51
- Küçədə elektron siqaret çəkənlər bu qədər cərimələnəcək
20 fevral 14:32
- Prezidentin ABŞ səfəri başa çatdı
20 fevral 14:25
- Vardanyana hökm oxundu - 20 il həbs
17 fevral 14:07
- İlham Əliyev Si Szinpinə məktub göndərdi
17 fevral 13:55
- Sənədsiz evi olanların nəzərinə: 15 günə çıxarış almaq mümkün olacaq
17 fevral 13:50
- TƏBİB-in sədr əvəzi: Kadr dəyişiklikləri olacaq
17 fevral 13:34
- Həbsdəki eks-generalın Dubayda biznesi ortaya çıxdı - həyat yoldaşı idarə edir
16 fevral 15:54
- Vüqar Qurbanov vəzifəsindən azad edildi (YENİLƏNİB)
16 fevral 15:30
- Japarov 3 naziri istefaya göndərdi
16 fevral 11:46
- İlham Əliyev Litva Prezidentini təbrik etdi
16 fevral 11:22
- Xanım Vensin Bakıda GİZLİ ziyarəti - Ora niyə gedib?
15 fevral 13:09
- Güllələnən müəllimin vəziyyəti necədir ?
15 fevral 11:53
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 11:34
- Prezident Münxendə görüş keçirdi - Fotolar
14 fevral 13:39
- Göstərir Bakı! - 70 yaşında
14 fevral 12:55
- İlham Əliyev Münhendə France 24 telekanalına müsahibə verdi (VİDEO)
14 fevral 12:27
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
